18 Avqust 2017, Cümə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

 

ARXİV

Avqust 2017
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

 

 

LİNKLƏR

 

 

İyulun 26-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun Tədbirlər Planına uyğun olaraq Naxçıvan Dövlət Musiqili Dram Teatrında belçikalı şair-dramaturq, Nobel mükafatı laureatı Moris Metterlinqin “Göy quş” əsərinin tamaşasına baxış olmuşdur.

Naxçıvan teatrında ilk dəfə səhnəyə qoyulan “Göy quş” pyesi nikbin ideyaları təlqin edir. Uşaq nağılı poetikasında yazılmış bu fəlsəfi əsər müdrik və ibrətamiz duyğular aşılayır. Tamaşada odunçunun oğlu Tiltil və qızı Mitilin qonşudakı xəstə qıza əlac etmək üçün Milad bayramı gecəsi sehrli Göy quşun axtarışına çıxaraq başqa xatirələr, gecənin sarayı, meşə, xoşbəxtliklər bağı, xoşbəxt gələcək dünyalarına səyahətlərindən bəhs olunur. Səyahət zamanı onlar dünyadan çoxdan köçmüş nənə-babalarının, eləcə də ağacların, heyvanların, işığın və gecənin gizlətdiyi təbiət sirlərinin ruhları ilə qarşılaşırlar. Tamaşanın sonunda bacı və qardaş yuxudan oyanaraq, öz dünyalarına qayıdırlar. Məlum olur ki, onların səyahəti bir gecə ərzində baş verib. Onlar başa düşürlər ki, xoşbəxtlik simvolu olan Göy quş hər kəsin öz qəlbindədir. Hər bir insanın xoşbəxtliyi onun qəlbindəki sevgi və xeyirxahlıqdır. Xoşbəxt olmaq istəyənlər xeyirxah olmağı bacarmalıdırlar. Ən böyük xoşbəxtlik isə ana, valideyn sevgisidir. Tamaşadakı uşaq obrazları bəşəriyyətin xoşbəxt gələcəyini simvolizə edərək əsərin ideyasının açılmasına imkan verir.
Azərbaycan Respublikasının Əməkdar artisti Tofiq Seyidovun quruluş verdiyi tamaşanın rəssamı Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva, musiqi tərtibatçısı sənətşünaslıq üzrə fəlsəfə doktoru Natəvan Qədimovadır. Azərbaycan Respublikasının Əməkdar artistləri Behruz Haqverdiyev, Əli Əliyev, Naxçıvan Muxtar Respublikasının Əməkdar artistləri Vüsal Rzayev, Kəklik Novruzova, gənc aktyorlardan Heyran Abdullayeva, Vəli Babayev, Şölə Novruzbəyli və Fatimə Yusifli əsərin uğurlu səhnə həllinə nail ola bilmişlər.
Tamaşadan sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov səhnə arxasına keçərək yaradıcı heyətlə ­görüşmüşdür.
Ali Məclisin Sədri uğurlu tamaşa münasibətilə kollektivi təbrik edərək demişdir: Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun Tədbirlər Planına uyğun olaraq hər il müxtəlif janrlarda əsərlər seçilərək Naxçıvan teatrında səhnəyə qoyulur. Belə tamaşalardan biri də Moris Metterlinqin “Göy quş” fəlsəfi əsəri əsasında hazırlanmış tamaşadır. Naxçıvan teatrında tarixi, dram, komediya və digər janrlarda əsərlər oynanılıb. Son dövrlərdə fəlsəfi janrda yazılmış əsərlər də səhnəyə qoyulur. Belə əsərlərdən biri də “Göy quş” pyesidir. Rejissor işi, səhnə dekorasiyaları, musiqi tərtibatı, peşəkar aktyorlarla yanaşı, muxtar respublikada fəaliyyət göstərən teatrların həvəskar və gənc aktyorlarının çıxışları tamaşanın uğurlu alınmasına səbəb oldu.
Ali Məclisin Sədri demişdir: Fəlsəfi janrda yazılmış əsərlər çətin qavranılmasına baxmayaraq, böyük mənalar ifadə edir. Ona görə də tamaşa muxtar respublikanın rayonlarında da göstərilməli, geniş kütləyə təqdim olunmalıdır. Tamaşanın uğurlu alınması həm də Naxçıvanın inkişafının göstəricisidir. Çünki hər bir yerin inkişafı, təkcə iqtisadi inkişafla deyil, həm də mədəni inkişafla ölçü­lür. Mədəni inkişaf olmadan ümumi inkişafı təmin etmək mümkün deyil.
Ali Məclisin Sədri rejissora və kollektivə təşəkkür etmiş, onlara yeni yaradıcılıq uğurları arzulamışdır.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3809803
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
14478
14451
73915
264020
3809803

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter