23 İyul 2017, Bazar

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

 

ARXİV

İyul 2017
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

 

 

LİNKLƏR

 

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 7 iyul tarixli Fərmanı ilə təsdiq edilmişdir


I. Ümumi müddəalar

1. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya (bundan sonra – Komissiya) Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2008-ci il 22 aprel tarixli 118-III FR nömrəli Fərmanı ilə yaradılmışdır.
2. Komissiya dövlət qulluğu sahəsində qəbul edilmiş normativ hüquqi aktların Naxçıvan Muxtar Respublikasında tətbiqini təşkil edən, dövlət qulluğu üçün kadrların müsabiqə əsasında seçilməsi, yerləşdirilməsi, dövlət qulluqçularının etik davranış qaydalarına əməl olunmasına nəzarət edilməsi, dövlət qulluqçularının əlavə təhsili və sosial müdafiəsi sahəsində, həmçinin dövlət qulluğu ilə bağlı digər məsələlər barədə qanunvericiliklə nəzərdə tutulmuş siyasətin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır.
3. Komissiya öz fəaliyyətində Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının konstitusiyalarını və qanunlarını, Azərbaycan Respublikası Prezidentinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamlarını və bu Əsasnaməni rəhbər tutur.
4. Komissiya bu Əsasnamədə nəzərdə tutulan vəzifə və funksiyalarını yerinə yetirərkən və hüquqları həyata keçirərkən digər icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları və muxtar respublikada qeydiyyatdan keçən qeyri- hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

5. Komissiya bilavasitə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə tabedir və onun qarşısında hesabat verir.
6. Komissiya müstəqil balansa, qanunvericiliyə uyğun sərəncamında olan dövlət əmlakına, üzərində Dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürə, müvafiq ştamplara, blanklara və bank idarələrində müvafiq hesablara malikdir.
7. Komissiyanın saxlanma xərcləri və fəaliyyəti imtahanların təşkili və keçirilməsindən əldə olunan vəsaitlər, habelə qanunvericilikdə nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir.
8. Komissiya Naxçıvan şəhərində yerləşir.

II. Komissiyanın fəaliyyət istiqamətləri

9. Komissiyanın fəaliyyət istiqamətləri aşağıdakılardır:
9.1. dövlət qulluğu sahəsində dövlət siyasətinin formalaşdırılmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini təmin edir;
9.2. dövlət qulluğunun kadr təminatının proqnozlaşdırılması sahəsində təkliflər hazırlayır;
9.3. dövlət qulluğu və kadr məsələləri sahəsində fəaliyyətin təkmilləşdirilməsi üçün tələb olunan normativ hüquqi aktların layihələrini hazırlayır;
9.4. dövlət qulluqçularının peşə hazırlığı və əlavə təhsili sahəsində dövlət orqanlarının fəaliyyətini əlaqələndirir, bu sahədə işlərin vəziyyətini təhlil edir və təkliflər hazırlayır;
9.5. dövlət qulluqçularının reyestrini təkmilləşdirir və ondan səmərəli istifadə olunmasını təmin edir;
9.6. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə elan edir, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün test imtahanları keçirir və şəffaflığı təmin edir;
9.7. müvafiq sahədə kadr hazırlığını təmin edir, həmçinin mütəxəssislərin hazırlanması və əlavə təhsili üçün tədbirlər görür;
9.8. prokurorluq, daxili işlər, ədliyyə, fövqəladə hallar, miqrasiya, gömrük, vergi və dövlət qulluğunun xüsusi növünə aid olan digər orqanlarda vətəndaşların qulluğa qəbul edilməsi üçün elan olunmuş müsabiqələrin test imtahanlarını keçirir;
9.9. dövlət qulluqçuları tərəfindən etik davranış qaydalarına əməl olunmasına qanunvericiliklə müəyyən edilmiş qaydada nəzarət edir və etik davranış qaydaları haqqında qanunvericiliyin tətbiqi ilə bağlı məsələləri əlaqələndirir;
9.10. qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.

III. Komissiyanın vəzifələri

10. Komissiya bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:
10.1. dövlət qulluğunun təkmilləşdirilməsinə dair pro­qramların və digər sənədlərin hazırlanmasını və həyata keçirilməsini təşkil etmək;
10.2. dövlət qulluğuna dair qanunvericiliyin dövlət orqanlarında tətbiqinə nəzarət etmək;
10.3. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, dövlət qulluğuna qəbul və dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün test imtahanından keçənlərə sertifikat vermək;
10.4. dövlət qulluğu üzrə verilən sertifikatların uçotunu aparmaq;
10.5. müsahibə elan edilməsi nəzərdə tutulan vakant dövlət qulluğu vəzifələrinə dair müsahibə məlumatlarının (müvafiq vəzifə üzrə vəzifə təlimatının, müsahibə pro­qramlarının, müsahibə elanının, müsahibənin keçirilmə qrafikinin, keçirilmiş müsahibənin nəticələrinin) internet saytında yerləşdirilməsini təmin etmək;
10.6. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, yaradılmış müsahibə komissiyasının tərkibinə nümayəndələr təqdim etmək;
10.7. dövlət orqanlarının nümayəndələri və müstəqil ekspertlər üçün müsahibənin aparılması üzrə təlimlər təşkil etmək;
10.8. dövlət qulluğuna qəbul və dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanları ilə, inzibati vəzifələrin tutulması üzrə müsahibələrlə bağlı xüsusi halların araşdırılması üçün komissiyalar yaratmaq;
10.9. dövlət qulluqçularından və digər şəxslərdən “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarının pozulması ilə bağlı şikayətlər və məlumatlar qəbul etmək, araşdırmalar aparmaq, belə halların aradan qaldırılması üçün dövlət orqanlarına və vəzifəli şəxslərə təqdimat vermək və yol verilmiş pozuntu halları barədə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə məlumat vermək;
10.10. dövlət qulluğuna dair qanunvericiliyin icra vəziyyətini öyrənmək və bu barədə hesabat hazırlamaq;
10.11. dövlət orqanlarının dövlət qulluğu ilə bağlı qanunsuz aktlarının ləğv edilməsinə dair təkliflər vermək;
10.12. daxil olmuş materiallarda hüquqpozmaların əlamətləri olduqda, həmin materialları yoxlanılmaq üçün müvafiq orqanlara göndərmək;
10.13. dövlət qulluğu və dövlət qulluqçularının etik davranış qaydaları barədə maarifləndirmə işi aparmaq;
10.14. dövlət qulluqçularının reyestrini aparmaq və dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi barədə məlumatların həmin reyestrə daxil edilməsini təmin etmək;
10.15. müvafiq sahədə kadr hazırlığını təmin etmək, həmçinin mütəxəssislərin əlavə təhsili üçün tədbirlər görmək;
10.16. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı qanunvericiliklə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini təmin etmək;
10.17. Komissiyanın fəaliyyəti ilə bağlı daxil olan ərizə və şikayətlərə baxmaq və qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görmək;
10.18. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

IV. Komissiyanın hüquqları

11. Komissiyanın öz vəzifələrini həyata keçirmək üçün aşağıdakı hüquqları vardır:
11.1. fəaliyyət istiqamətləri üzrə normativ hüquqi aktların layihələrini hazırlamaq və ya onların hazırlanmasında iştirak etmək;
11.2. dövlət qulluğunun təkmilləşdirilməsinə dair təkliflər vermək;
11.3. öz vəzifə və funksiyalarının yerinə yetirilməsi üçün zəruri olan məlumatları dövlət orqanlarından, təşkilatlardan, vəzifəli şəxslərdən sorğu etmək və almaq;
11.4. fəaliyyət istiqamətlərinə uyğun rəy vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq;
11.5. dövlət orqanlarından vakant olan dövlət qulluğu vəzifələrinin siyahılarını, barəsində müsahibə elan edilməsi nəzərdə tutulan vakant dövlət qulluğu vəzifələrinə dair müsahibə məlumatlarını və vakant vəzifəyə təyinata dair məlumatı tələb etmək;
11.6. dövlət qulluğunun inkişafına yönəlmiş dövlət və beynəlxalq proqramların həyata keçirilməsində iştirak etmək;
11.7. konfranslar, müşavirələr və seminarlar keçirmək və digər tədbirlər təşkil etmək;
11.8. muxtar respublikada qeydiyyatdan keçən qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri və müstəqil ekspertlərlə əməkdaşlıq etmək;
11.9. ilk dəfə dövlət qulluğuna qəbul olan şəxslər üçün dövlət qulluğuna dair qanunvericiliyin tətbiqi, etik davranış, korrupsiyaya qarşı mübarizə və sair məsələlər üzrə təlim kursları təşkil etmək;
11.10. daxil olmuş şikayətlər və məlumatlardan irəli gələn məsələlərin həlli üzrə təkliflər, tövsiyələr və təqdimatlar vermək;
11.11. müxtəlif qurumların və şəxslərin müraciəti əsasında tələb olunan sahədə şəxslərin bilik səviyyəsini qiymətləndirmək;
11.12. test bankının formalaşdırılması, proqram təminatının yaradılması və təkmilləşdirilməsi məqsədi ilə işçi qruplar və ekspert şuraları təşkil etmək, yaradılmış test bankının mütəmadi təftişini aparmaq;
11.13. ödənişli əsaslarla sınaq imtahanları keçirmək və müqavilə əsasında hazırlıq kursları, təlimlər təşkil etmək;
11.14. test imtahanlarının məzmunu və mahiyyəti haqqında müxtəlif metodik vəsaitlər və test topluları hazırlamaq və dərc etmək;
11.15. qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

V. Komissiyanın fəaliyyətinin təşkili

12. Komissiyanın fəaliyyətinə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən sədr rəhbərlik edir.
13. Komissiyanın sədri Komissiyaya həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və funksiyaların həyata keçirilməsinə görə şəxsən məsuliyyət daşıyır.
14. Komissiyanın strukturu Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən müəyyən edilir.
15. Komissiya sədrinin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən müavini vardır.
16. Komissiyanın sədri:
16.1. Komissiyanın fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;
16.2. Komissiyanın fəaliyyəti barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə hesabat verir;
16.3. digər dövlət orqanları ilə Komissiyanın qarşılıqlı fəaliyyətini təmin edir, həmin orqanlarda, həmçinin məhkəmələrdə, hüquqi və fiziki şəxslərlə münasibətlərdə Komissiyanı təmsil edir;
16.4. müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində Komissiyanın aparatının strukturunu, ştat cədvəlini və onların xərclər smetasını təsdiq edir;
16.5. Komissiya sədrinin müavininin vəzifə səlahiyyətlərini müəyyən edir;
16.6. Komissiyanın işçilərini vəzifəyə təyin edir və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirlərini görür;
16.7. Komissiyanın işçiləri üçün icrası məcburi olan əmrlər və göstərişlər verir;
16.8. öz səlahiyyətləri daxilində beynəlxalq əməkdaşlıqda iştirak edir, müvafiq beynəlxalq təşkilatlarda və beynəlxalq tədbirlərdə Naxçıvan Muxtar Respublikasını təmsil edir;
16.9. qanunvericiliyə uyğun olaraq digər səlahiyyətləri həyata keçirir.
17. Komissiyada Komissiyanın sədrindən (Kollegiyanın sədri), onun müavinindən, Komissiyanın digər rəhbər işçilərindən və dövlət qulluğu sahəsi üzrə mütəxəssislərdən ibarət Kollegiya yaradılır.
18. Kollegiyanın üzvlərinin sayı və tərkibi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən təsdiq edilir.
19. Kollegiya öz iclaslarında Komissiyanın fəaliyyəti ilə bağlı məsələləri müzakirə edir və onlar haqqında müvafiq qərarlar qəbul edir.
20. Kollegiyanın iclasları Kollegiya üzvlərinin yarısından çoxu iştirak etdikdə səlahiyyətlidir.
21. Kollegiyanın qərarları onun üzvlərinin adi səs çoxluğu ilə qəbul edilir. Kollegiyanın qərarları protokollarla rəsmiləşdirilir və bir qayda olaraq, sədrin əmrləri ilə həyata keçirilir. Səslər bərabər bölündükdə Kollegiya sədrinin səsi həlledici hesab edilir.
22. Zəruri hallarda Kollegiyanın iclaslarında iştirak etmək üçün müzakirə olunan məsələlərlə bilavasitə əlaqəli olan dövlət və digər orqanların mütəxəssisləri dəvət edilə bilərlər.

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3415467
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
3038
13196
91088
332080
3415467

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter