22 İyul 2017, Şənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

 

ARXİV

İyul 2017
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

 

 

LİNKLƏR

 

 

İyulun 5-də Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətində 2016-2017-ci illərdə baytarlıq xidməti sahəsində görülmüş işlər və qarşıda duran vəzifələrlə bağlı səyyar müşavirə keçirilib. 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müşavirədə çıxış edərək demişdir: Muxtar respublikada kənd təsərrüfatının, eləcə də onun aparıcı sahələrindən olan heyvandarlığın inkişafı daim diqqət mərkəzində saxlanılır. Son illər heyvandarlıqla məşğul olan təsərrüfat subyektlərinə maliyyə dəstəyinin gücləndirilməsi, məhsuldar cins mal-qaranın alınıb gətirilməsi, süni mayalandırmanın tətbiqi, qarışıq yem istehsalı müəssisələrinin fəaliyyətə başlaması, təbii yem və otlaq sahələrinin su təminatının yaxşılaşdırılması, həmçinin qəbul olunmuş dövlət proqramlarında nəzərdə tutulan vəzifələrin icrası heyvandarlığın inkişafına öz təsirini göstərmişdir. 2000-ci illə müqayisədə 2017-ci ilin   ötən dövründə muxtar respublikada iribuynuzlu mal-qaranın və xırdabuynuzlu heyvanların sayı 2 dəfəyədək artmışdır. Bu hesaba daxili bazarda heyvan mənşəli ərzaq məhsullarının istehsal həcmində artım əldə olunmuşdur. 

 Qeyd olunmuşdur ki, keyfiyyətli və təhlükəsiz heyvandarlıq məhsulları istehsalına nail olunması müasir dövrdə qarşıda duran əsas vəzifələrdəndir. Çünki sağlam qida sağlam insan deməkdir. Ona görə də insanların sağlamlıqlarının qorunması tədbirlərinə ilk növbədə baytarlıq xidmətində fəaliyyəti səmərəli təşkil etməklə başlamaq lazım idi. Bu amil nəzərə alınaraq muxtar respublikada baytarlıq təbabəti dövrün tələblərinə uyğun qurulmuş, müasir infrastruktur yaradılmış, maddi-texniki baza möhkəmləndirilmişdir. Yerlərdə xidmətin fəaliyyətini gücləndirmək və nəzarət tədbirlərini yaxşılaşdırmaq məqsədilə istifadəyə verilən hər bir kənd mərkəzində baytarlıq məntəqələri üçün lazımi avadanlıqlarla təchiz olunmuş iş yerləri ayrılmışdır. Muxtar respublikada baytarlıq təbabəti üzrə ixtisaslı kadrların hazırlanmasına da diqqət artırılmışdır. Naxçıvan Dövlət Universitetində və Naxçıvan Dövlət Texniki Kollecində müvafiq ixtisaslar üzrə kadr hazırlığı həyata keçirilir. 

Ali Məclisin Sədri demişdir: Heyvandarlığın inkişafında müsbət dinamikanın qorunub saxlanması, məhsuldarlığın artırılması və müxtəlif xəstəliklərə qarşı mübarizə tədbirlərinin vaxtında aparılması üçün Baytarlıq Xidməti fəaliyyətini daha da gücləndirməlidir. Xidmət yaradılmış şəraitdən düzgün istifadə edərək epizootik sabitliyi qoruyub saxlamalı, heyvanlar arasında peyvəndləmə, diaqnostik müayinə və digər tədbirlərin səmərəli təşkilinə nail olmalı, istifadə olunan dərmanların keyfiyyətinə və saxlanılma şəraitinə ciddi nəzarət edilməlidir. Naxçıvan şəhərində və rayon mərkəzlərində heyvandarlıq-arıçılıq sahələri üzrə əczaxanaların yaradılması davam etdirilməlidir. 

Müşavirədə vurğulanmışdır ki, heyvandarlığın inkişafında intensiv metodlara daha çox üstünlük verilməlidir. Mövcud mal-qaranın cins tərkibinin yaxşılaşdırılması, məhsuldarlığın yüksəldilməsi, təbii yolla keçən xəstəliklərin qarşısının alınması məqsədilə süni mayalanma tədbirlərinin əhatə dairəsi və əhali arasında maarifləndirmə işləri genişləndirilməlidir. Süni mayalanma işinin səmərəliyini artırmaq üçün keyfiyyətli toxum bankı yaradılmalı, bu sahə üzrə mütəxəssislərin peşəkarlıq səviyyəsi yüksəldilməlidir. Məhsuldarlığı daha da artırmaq, heyvanlara zootexniki qaydalara uyğun qulluq göstərilməsini, eləcə də daim baytar nəzarəti altında olmasını təşkil etmək məqsədilə müasir standartlara uyğun özəl iri damazlıq təsərrüfatlarının yaradılması bundan sonra da diqqətdə saxlanmalıdır. 

Ali Məclisin Sədri demişdir: Sərhəd yaşayış məntəqələrində dezinfeksiya işlərinin aparılmasına, epizootik vəziyyətin təhlilinə nəzarət gücləndirilməli, aşkar olunan xəstəliklərə qarşı operativ tədbirlər görülməlidir. Baytarlıq Xidməti mütəmadi olaraq heyvanların yaylaqda saxlanma şəraiti ilə maraqlanmalı, mövsümə uyğun peyvəndləmə tədbirlərinin aparılmasını təmin etməlidir. Yerli arı genefondunun mühafizəsi, arı xəstəliklərinin qarşısının alınması üçün qabaqcıl təcrübənin öyrənilməsi və tətbiqi ilə bağlı    sahibkarlar arasında maarifləndirici tədbirlər görülməlidir. Ali və orta ixtisas məktəblərində baytarlıq  təbabəti ixtisası üzrə təhsil alan tələbələrin təcrübi biliklərinin daha da möhkəmləndirilməsi üçün yaradılmış şəraitdən səmərəli istifadə edilməlidir. 

Ali Məclisin Sədri çıxışını aqrar sahənin inkişafının vacibliyini və əhəmiyyətini qeyd edən ölkə Prezidenti cənab İlham Əliyevin fikirləri ilə tamamlamışdır: “Kənd təsərrüfatı ilə bağlı məsələlər xüsusi diqqət tələb edir. Çünki bu sahə həm məşğulluqdur, həm inkişafdır, həm də ixracdır”. 

Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri Elşad Əliyev çıxış edərək demişdir ki, əhalini ilboyu heyvandarlıq məhsulları ilə təmin etmək aqrar sahədə qarşıda duran əsas vəzifələrdəndir. Hazırda muxtar  respublikada 235 böyük heyvandarlıq, 65 quşçuluq, 102 arıçılıq, 15 balıqçılıq təsərrüfatı fəaliyyət göstərir. Göstərilən dövlət qayğısının nəticəsidir ki, haliyədə muxtar respublikada  3 ət, 12 süd, 1 gön-dəri emalı,   1 balıq konserv, 1 yem istehsalı müəssisəsi və 2 yem sexi fəaliyyət göstərir. Heyvandarlıqda  damazlıq təsərrüfatlarının inkişafı əsas məsələlərdən biridir. 2009-2015-ci illərdə  “Naxçıvan Aqrolizinq” ASC-nin xətti ilə muxtar respublikaya 1937 baş düyə alınıb gətirilərək lizinq yolu ilə sahibkarlara verilmişdir. Damazlıq və süni mayalama tədbirləri mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasına və heyvandarlıq məhsullarının intensiv artımına səbəb olmuşdur. Süni mayalanma yolu ilə alınmış hər baş buzova görə heyvan sahiblərinə 100 manat həcmində subsidiyanın verilməsi bu sahəyə olan marağı daha da artırmışdır. 

Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin rəisi Əbil Əbilov demişdir ki, Dövlət Baytarlıq Xidmətinin və laboratoriyaların maddi-texniki bazası möhkəmləndirilmiş, müasir tələblərə cavab verən məntəqələr yaradılmışdır. Bu gün Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidməti muxtar respublikada mövcud olan 117 min başdan çox iribuynuzlu, 728 min başdan artıq xırdabuynuzlu heyvanların, 1 milyon başdan çox quşların, 70 min arı ailələrinin, o cümlədən vəhşi heyvanların yarada biləcəyi epizootoloji vəziyyəti nəzarətdə saxlayır. 2016-cı il ərzində və 2017-ci ilin müvafiq dövründə muxtar respublikada qarayara, quduzluq, dabaq, brusellyoz, vərəm, çiçək, pasterellyoz, quşlarda taun, o cümlədən arı xəstəliklərinə qarşı epizootiya əleyhinə tədbirlər aparılmışdır. Bu gün əsas məsələ qeyd olunan xəstəliklərin yarada biləcəyi bioloji, zoonotik, yoluxucu təhlükələrin aradan qaldırılmasından ibarətdir. Göstərilən yüksək dövlət dəstəyi, təsdiq olunmuş tədbirlər planı, koordinasiyalı fəaliyyət, yaradılmış kadr potensialı, maddi-texniki cəhətdən təchiz olunmuş laboratoriyalar qarşıya qoyulan məqsədə nail olmağa imkan verir. Əbil Əbilov Dövlət Baytarlıq Xidmətinin kollektivi adından göstərilən qayğıya görə minnətdarlıq etmişdir.

Sonra Ali Məclisin Sədri Dövlət Baytarlıq Xidmətinin işdə fərqlənən əməkdaşlarına xalça və saat hədiyyə etmiş, texniklərə yeni alınan 3 ədəd süni mayalandırma avadanlığı təqdim olunmuşdur. 

Ali Məclisin Sədri baytarlıq xidməti əməkdaşları ilə söhbət zamanı demişdir: Baytarlıq təbabətinin düzgün təşkili cəmiyyətin sağlamlığına xidmət edir. Həyata keçirilən tədbirlərin nəticəsidir ki, muxtar respublikada epizodik vəziyyət sabitdir. Yaz və payız aylarında təsərrüfatlarda dezinfeksiya işləri aparılır, sağlam heyvandarlıq məhsulları istehsal olunur. Naxçıvan Dövlət Universitetində və Naxçıvan Dövlət Texniki Kollecində müvafiq ixtisaslar üzrə kadr hazırlığı bu sahədə varisliyi təmin edir. Muxtar respublikada baytarlıq təbabəti üzrə kadr hazırlığı bundan sonra da diqqətdə saxlanmalı, Dövlət Baytarlıq Xidmətinin əməkdaşları daim öz üzərlərində işləməli, bilik və təcrübələrini artırmalıdırlar. Həkim baytarlar mütəmadi olaraq təsərrüfatlarda olmalı, baytarlıqda elmi metodlarla yanaşı, xalq təbabətindən də geniş istifadə olunmalıdır. Rayon icra hakimiyyətləri süni mayalandırma təbirlərinə, mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasına, məhsuldarlığın artırılmasına və heyvanların saxlanma şəraitinə diqqəti artırmalıdırlar.   

 Ali Məclisin Sədri Baytarlıq Xidmətinin əməkdaşlarına təşəkkür etmiş, onlara gələcək işlərində uğurlar arzulamışdır.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3403234
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
4001
18489
78855
319847
3403234

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter