22 İyul 2017, Şənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

 

ARXİV

İyul 2017
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

 

 

LİNKLƏR

 

 

Tələbata uyğun keyfiyyətli məhsul istehsalı və kənd təsərrüfatının rentabelli inkişafı ərzaq təhlükəsizliyinin təmin olunmasında vacib məsələdir. Muxtar respublikada bu amil diqqətdə saxlanılır. Həyata keçirilən aqrotexniki tədbirlər, keyfiyyətli toxum və gübrə təminatı, torpaqların münbitləşdirilməsi və müasir irriqasiya sistemlərinin istifadəyə verilməsi Naxçıvanda taxıl əkini sahələrini xeyli genişləndirmişdir. Bu ilin məhsulu üçün muxtar respublikada 22 min 268 hektar sahədə buğda, 9 min 364 hektar sahədə isə arpa əkilmişdir. Hazırda taxıl sahələrində biçin aparılır.

İyulun 1-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Kəngərli rayonunun Böyükdüz kəndindəki taxıl əkini sahəsinə gəlmiş, taxıl biçininin gedişi ilə maraqlanmışdır.
Məlumat verilmişdir ki, 400 hektar taxıl sahəsində şırım üsulu ilə yerli iqlim şəraitinə uyğun məhsuldar “Qobustan” toxum sortu əkilmişdir. Ərazidə qapalı suvarma şəbəkəsinin quraşdırılması, mütərəqqi əkin və suvarma metodlarından istifadə, zərərvericilərə və xəstəliklərə qarşı vaxtında mübarizə tədbirlərinin görülməsi taxılın vegetasiya dövründə yaxşı inkişafına və bol məhsul istehsalına səbəb olmuşdur. Biçinə “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin 6 kombaynı cəlb olunmuşdur. Bu günə qədər 100 hektarda biçin aparılmışdır. Məhsuldarlıq orta hesabla 30 sentnerdir.
Muxtar respublikada taxıl biçininin iyul ayının sonuna qədər başa çatdırılması nəzərdə tutulub. Anbar və dəyirmanlarda taxılın qəbulu da mütəşəkkil qaydada həyata keçirilir.
Ali Məclisin Sədri taxılın biçini və qəbulu, eləcə də payızlıq əkinə hazırlıq barədə müvafiq tapşırıqlar vermişdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3403094
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
3861
18489
78715
319707
3403094

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter