23 İyun 2017, Cümə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

ARXİV

İyun 2017
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

İyunun 1-də – Uşaqların Beynəlxalq Müdafiə Günündə Naxçıvanqala Tarix-Memarlıq Muzey Kompleksində festival keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov festivalda çıxış edərək demişdir: Bu gün sizinlə birlikdə Uşaqların Beynəlxalq Müdafiə Gününü qeyd edirik. O cəmiyyət möhkəmdir ki, o dövlət inkişaf edərək irəli gedir ki, o xalq xoşbəxt gələcəyə malikdir ki, orada uşaqlara qayğı var. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev də ölkəmizin gələcəyinin təminatçısı olan uşaqlara qayğını dövlətin əsas vəzifəsi hesab edərək deyirdi ki, “Uşaqlara qayğı hər bir Azərbaycan vətəndaşının müqəddəs borcudur. Uşağa qayğı göstərmək, uşaqları qorumaq, onları müdafiə etmək bizim vətəndaşlıq borcumuzdur”.
Ali Məclisin Sədri demişdir: Ulu öndərimizin Azərbaycan gənclərinə və uşaqlara böyük diqqət və qayğısının bəhrələri bu gün müstəqil dövlətimizdə aydın görünür. Bu diqqətin nəticəsidir ki, Azərbaycanda uşaq hüquqları etibarlı şəkildə qorunur. Uşaqların sağlam mühitdə böyümələri üçün bütün tədbirlər görülür. Dövlət uşaq siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan yeganə ölkədir ki, müharibə şəraitində olmasına baxmayaraq sosial sahəyə, ana və uşaq hüquqlarının qorunmasına diqqət göstərilir, Dövlət Proqramları qəbul edilir. Uşaqların istedadlarının üzə çıxarılması, biliklərinin artırılması dövlət orqanlarının həyata keçirməli olduğu əsas tədbirlər sırasındadır. Bu istiqamətdə həyata keçirilən mühüm tədbirlərdən biri də “Ölkəmizi tanıyaq” layihəsidir.
Qeyd olunmuşdur ki, Naxçıvan Muxtar Respublikasında da uşaqların inkişafı, onların cəmiyyətin layiqli üzvü kimi yetişməsi diqqətdə saxlanılır. Ötən müddət ərzində uşaqların təhsili sahəsində mühüm işlər görülmüş, şəhər, qəsəbə və kəndlərimizdə ümumtəhsil məktəbləri istifadəyə verilmiş, maddi-texniki bazası gücləndirilmişdir. Məktəblərimizdə informasiya texnologiyalarının son nailiyyətləri olan avadanlıqlar quraşdırılmışdır. Bu tədbirlər sayəsində kəndlə şəhər arasında fərq aradan qaldırılıb. Muxtar respublikada məhdud fiziki imkanlı uşaqların da təhsilə cəlb olunması və reabilitasiyası diqqət mərkəzindədir. Bu məqsədlə Dövlət Proqramı qəbul edilmiş, audio və elektron kitabxana, Distant Tədris Mərkəzi yaradılmış, Uşaq Bərpa Mərkəzinin fəaliyyəti gücləndirilmişdir. Muxtar respublikamızda uşaqlar asudə vaxtlarını da səmərəli keçirirlər. Gənc nəslin ixtiyarına böyük infrastruktur sahələri, Uşaq Kitabxanası, Dövlət Uşaq və Kukla teatrları, Uşaq Filarmoniyası, Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi, şahmat və uşaq musiqi məktəbləri, məktəbdənkənar tərbiyə müəssisələri, idman obyektləri və Ağbulaq İstirahət Mərkəzi verilmişdir.
Ali Məclisin Sədri demişdir: O uşaq hərtərəfli inkişaf edir ki, o sağlam olsun. Ona görə də uşaqların sağlamlıqlarının qorunmasına diqqət artırılır. Muxtar respublikada yaradılan müasir səhiyyə infrastrukturu, mütəmadi olaraq aparılan profilaktika və müayinə tədbirləri gələcəyimiz olan gənc nəslə göstərilən qayğının ifadəsidir. Həyata keçirilən tədbirlər, görülən işlər nəticəsində muxtar respublikada istedadlı və sağlam nəsil yetişib. İstedadlı nəsil – parlaq gələcək deməkdir. Bu mənada istedadlı uşaqların aşkara çıxarılması üçün müxtəlif tədbirlər, bilik və yaradıcılıq müsabiqələri, sərgilər, idman yarışları keçirilir. İstedadlı uşaqların adları Naxçıvan Muxtar Respublikası gənc istedadlarının “Qızıl kitabı”na yazılır, onlar Ali Məclis Sədrinin xüsusi aylıq təqaüdünə layiq görülürlər. Biz əminik ki, gələcəkdə adları “Qızıl kitab”a yazılan istedadların sayı daha da artacaqdır.
“Uşaqlara qayğı yalnız dövlət qurumlarının yox, hamının mühüm vəzifəsi olmalıdır. Uşaqların xalqımıza xas olan milli dəyərlər ruhunda tərbiyə olunması, təhsilli, vətənpərvər və sağlam yetişmələri bizim hamımızı düşündürməli, cəmiyyətin bütün təbəqələri dövlət uşaq siyasətinin həyata keçirilməsinə öz töhfəsini verməlidir”, – deyən Ali Məclisin Sədri Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə uşaqları təbrik etmiş, onlara yaxşı təhsil almalarını, Vətənə layiqli övlad kimi böyümələrini arzulamış, uşaqlara müraciətlə çıxışını ümummilli liderimizin fikirləri ilə tamamlamışdır: “Azərbaycanın gələcəyi sizinlə bağlıdır, sizin istedadınızla, gələcək fəaliyyətinizlə bağlıdır”.
Sonra Ali Məclisin Sədri təhsil, idman, musiqi, rəsm və tətbiqi sənət sahələrində nailiyyətlərinə görə fərqlənən uşaqlara hədiyyələr təqdim etmişdir.
Tədbirin aparıcıları qeyd etmişlər ki, muxtar respublikada uşaqlara göstərilən qayğını hər gün görür və hiss edirik. Bizim yüksək mənəvi-əxlaqi mühitdə, milli dəyərlər əsasında tərbiyə olunmağımız və təhsil almağımız dövlətimizin diqqət mərkəzindədir. Muxtar respublikada uşaqlar üçün yaradılan şəraitin nəticəsidir ki, asudə vaxtımızı səmərəli keçirir, məktəbdənkənar tərbiyə müəssisələrinin dərnəklərində fəal iştirak edir, istedadımızı artırırıq. Bugünkü festivalda da uşaqlar öz istedadlarını nümayiş etdirəcəklər. Uşaqların Beynəlxalq Müdafiəsi Gününün yüksək səviyyədə keçirilməsi muxtar respublika rəhbərinin uşaqlara diqqətinin əyani ifadəsidir.
Tədbirin aparıcıları bu diqqət və qayğıya görə bütün uşaqlar adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlıqlarını bildirmiş, festivalı açıq elan etmişlər.
Festivalın bədii hissəsində Naxçıvan Dövlət Uşaq Filarmoniyasının Xalq çalğı alətləri ansamblının ifasında xalq mahnılarımız və muğamlar səslənmişdir. Gənc Heydərçilər ümummilli liderimizə həsr olunmuş şeiri bədii qiraət etmiş, Uşaq bağçalarının, məktəbdənkənar təhsil müəssisələrinin, o cümlədən uşaq musiqi məktəblərinin mahnı və rəqs ansamblları maraqlı nömrələr təqdim etmişlər.
Festivalda muxtar respublikanın ümumtəhsil məktəblərində və məktəbdənkənar təhsil müəssisələrində fəaliyyət göstərən müxtəlif dərnəklərin üzvü olan istedadlı uşaqların hazırladıqları əl işləri – dekorativ, tikmə, toxuma və rəsm əsərlərinin, müxtəlif maketlərin və uşaq məhsulları istehsal edən müəssisələrin məhsullarının sərgi-satışı təşkil olunmuşdu.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti