20 Oktyabr 2017, Cümə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Oktyabr 2017
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

 

 

LİNKLƏR

 

 

Mayın 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, görkəmli dövlət xadimi Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül qoymuş, ulu öndərin xatirəsini dərin ehtiramla yad etmişdir.

Nazirlik, komitə, baş idarələrin və müəssisələrin rəhbərləri, hərbi hissələrin komandirləri, elm, təhsil müəssisələrinin və ictimaiyyətin nümayəndələri də abidə önünə gül düzmüşlər.
Xalqının əbədiyaşar lideri kimi vətəninə tarixi nailiyyətlər qazandıran, adını vətən tarixinin şərəf salnaməsinə çevirən ulu öndər Heydər Əliyevin anadan olmasından 94 il ötür. Ölkəmizə hər iki rəhbərliyi dövrü böyük quruculuq, inkişaf, sabitlik və tərəqqi illəri kimi tarixə yazılan, ən çətin məqamlarda xalqının köməyinə çatan, onu məhv olmaq, parçalanmaq və tarix səhnəsindən silinmək təhlükəsindən xilas edən dahi rəhbər hər bir Azərbaycan vətəndaşının qəlbində yaşayır və yaşayacaqdır.
Ulu öndər 1969-1982-ci illərdə keçmiş İttifaq respublikaları içərisində inkişaf səviyyəsinə görə geridə qalan Azərbaycanı qısa zamanda qabaqcıl respublikalar sırasına çıxardı. Respublikamızda kənd təsərrüfatı canlandırıldı, məhsul istehsalı artırıldı, yeni zavodlar, fabriklər, böyük sənaye müəssisələri tikildi, iş yerləri açıldı, yollar çəkildi, məktəb binaları, xəstəxanalar, mədəniyyət obyektləri istifadəyə verildi. Bununla yanaşı, həmin dövrdə imperiya təzyiqlərinə baxmayaraq milli ruhun və milli özünüdərkin dirçəldilməsi, milli dəyərlərimizin, adət-ənənələrimizin təbliği və qorunub-saxlanılması istiqamətində ardıcıl tədbirlər görüldü, bütün sahələrdə milli kadr hazırlığının əsası qoyuldu. Xüsusilə gənclərin hərb sənətinə marağının artırılması, hərbi təmayüllü məktəbin yaradılması, azərbaycanlı gənclərin Sovetlər Birliyinin nüfuzlu ali hərbi məktəblərində təhsil almağa göndərilməsi dahi şəxsiyyətin ölkəmizin gələcək müstəqilliyi naminə həyata keçirdiyi məqsədyönlü tədbirlərin tərkib hissəsi idi. Sonrakı dövrdə zaman bir daha təsdiq etdi ki, ümummilli liderin ötən əsrin 70-ci illərində yaratdığı iqtisadi və milli kadr potensialı olmasaydı, Azərbaycanın müstəqilliyi haqqında danışmaq da mümkün olmayacaqdı.
Ötən əsrin 90-cı illərində xalqımızın böyük oğlunun siyasi arenadan uzaqlaşması ilə Azərbaycanın ağır və çətinliklərlə dolu dövrü başladı. Xalqın əsl liderə ehtiyacı olduğu belə bir dövrdə dahi rəhbər Naxçıvandan xilaskarlıq missiyasına başladı, Azərbaycanın qurtuluş və inkişaf tarixini yazdı. Ümummilli liderimizin rəhbərliyi ilə Naxçıvanda milli dövlətçiliyimizin və müstəqilliyimizin bərpası istiqamətində qəti addımlar atıldı. Üçrəngli bayrağımız ilk dəfə Naxçıvan parlamentində qaldırıldı, Sovetlər Birliyinin mövcud olduğu bir vaxtda cəsarətli addım atılaraq Naxçıvan Muxtar Respublikasının adından “Sovet Sosialist” sözləri götürüldü. Sovet qoşun hissələri və sərhəd dəstələri onlara məxsus silah-sursat və texnikanın Naxçıvanda saxlanılması şərtilə buradan çıxarıldı, onların bazasında ilk milli ordu yaradıldı.
Ölkə Prezidenti cənab İlham Əliyev həmin dövrü xarakterizə edərək demişdir: “Heydər Əliyevin Naxçıvandakı fəaliyyəti müstəqilliyə gedən yolda əsas rol oynamışdır. Məhz onun təşəbbüsü və rəhbərliyi ilə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvanda rəsmi dövlət bayrağı kimi təsdiq edildi... Sovet İttifaqının saxlanmasına dair referendumun keçirilməsi məhz Naxçıvanda mümkün olmadı... Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adı dəyişildi və Naxçıvan Muxtar Respublikası adı təsdiq edildi. Bu, müstəqilliyə gedən yolların müxtəlif istiqamətləri idi və o da təsadüfi deyil ki, məhz o illərdə Azərbaycan dövlətçiliyinin gələcəyi müəyyən edilirdi. Bunun nəticəsi olaraq 1993-cü ildə Azərbaycanda vətəndaş müharibəsi başlayanda xalq yenə də ulu öndərə üz tutdu, onu siyasi hakimiyyətə dəvət etdi, Prezident vəzifəsinə seçdi və beləliklə, Azərbaycanda quruculuq, sabitlik, inkişaf dövrü başladı”.
Milli qurtuluş günündən başlanan qurucu­luq dövrü Azərbaycanda davamlı inkişaf mərhələsinin və hüquqi dövlət quruculuğunun əsasını qoydu, torpaqlarımızın işğalının qarşısı alındı, milli ordu yaradıldı, əhalinin rifahı yaxşılaşdırıldı, kompleks iqtisadi islahatlar həyata keçirildi. Düşünülmüş xarici siyasət kursu ölkəmizin mövqeyinin möhkəmlənməsinə və nüfuzlu beynəlxalq təşkilatlarda uğurla təmsil olunmasına imkan yaratdı, Azərbaycanın haqq səsi yüksək tribunalardan bütün dünyaya çatdırıldı.
Bu gün ölkəmizdə ulu öndər Heydər Əliyevin siyasi xətti Azərbaycan Respublikasının ­Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Heydər Əliyev yolu Azərbaycana davamlı inkişaf, sabitlik və firavan həyat bəxş etmişdir. Azərbaycan dünya dövlətləri sırasında öz layiqli yerini tutmuşdur. Güclü ordu və möhkəm iqtisadi potensial Azərbaycanı dünyada etibarlı tərəfdaşa çevirmişdir. Müstəqil Azərbaycan mötəbər beynəlxalq tədbirlərə, idman yarışlarına ev sahibliyi edir, regional enerji və nəqliyyat layihələrinin uğurlu iştirakçısı kimi öz iqtisadi və siyasi qüdrətini daha da artırır. Bütün bunların bir səbəbi var: o da ölkəmizdə davam və inkişaf etdirilən Heydər Əliyev yoludur. Ölkə Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Heydər Əliyev siyasəti Azərbaycanda davam etdirilir. Bu siyasətin alternativi yoxdur. Son illərin təcrübəsi onu göstərir ki, ölkəmiz və xalqımız yalnız bu yolla qabağa gedə bilər. Biz ulu öndərin siyasi irsinə sadiqik, onun siyasətini davam etdiririk, zənginləşdiririk”.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və tədbir iştirakçıları Heydər Əliyev Muzeyinə gələrək ümummilli lider Heydər Əliyevin həyatını və çoxşaxəli dövlətçilik fəaliyyətini əks etdirən eksponatlara baxmışlar.
Ali Məclisin Sədri Heydər Əliyev Muzeyinə yeni eksponatlar təqdim etmişdir.
Mayın 10-da Naxçıvan Muxtar Respublikasının bütün rayon mərkəzlərində də ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə tədbirlər keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4763136
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
4868
19017
71711
298196
4763136

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter