27 İyun 2017, Çərşənbə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

ARXİV

İyun 2017
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

Mayın 9-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində Azərbaycan Respublikası medallarının, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının fəxri adlarının döş nişanlarının və vəsiqələrinin, Azərbaycan Respublikası Prezidentinin mükafatının təqdimat mərasimi keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov təltif olunanları Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının təltiflərinə layiq görülmələri münasibətilə təbrik edərək demişdir: Dövlət təltifləri o ölkədə olur ki, həmin ölkədə inkişaf, sabitlik və dövlət-xalq birliyi vardır. Ulu öndər Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə bütün sahələrdə inkişafa nail olunmuş, sabitlik və dövlət-xalq birliyi təmin edilmişdir. Ümummilli liderin müəyyənləşdirdiyi yol bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, ölkəmiz inkişaf edir, müxtəlif sahələrdə çalışan və fərqlənən insanlar dövlət mükafatları ilə təltif olunurlar. Bütün bunlar dövlətimizin gələcək inkişafına xidmət etməklə yanaşı, həm də yeni nəsillər üçün nümunədir.

Ali Məclisin Sədri demişdir: Bu gün 9 May Qələbə bayramıdır. Azərbaycan xalqı İkinci Dünya müharibəsində həm insan resursları, həm də təbii resursları ilə iştirak edərək qələbəyə öz layiqli töhfəsini vermişdir. Həmçinin bugünkü tədbir ümummilli liderimiz Heydər Əliyevin doğum günü ərəfəsində keçirilir. Hər il mayın 10-u ölkəmizdə əlamətdar gün kimi qeyd olunur. Çünki ulu öndər Heydər Əliyevin həyatı və fəaliyyəti Azərbaycan xalqının və dövlətinin tarixinə çevrilib. Bu gün ümummilli liderimiz Heydər Əliyevin yolu ölkəmizdə davam etdirilir, yaşadılır. Azərbaycanda Heydər Əliyev yoluna alternativ yoxdur. Heydər Əliyev yolu dövlətçilik, dövlət-xalq birliyi, müstəqillik və inkişaf yoludur. Azərbaycan dövlətinin inkişafı, müstəqilliyimizin qorunub saxlanılması və daha da möhkəmləndirilməsi, xalqımızın firavan həyatının təmin olunması ulu öndər Heydər Əliyev yolunun bəhrəsidir. Ona görə də öz fəaliyyətləri ilə fərqlənən, ulu öndərin yoluna, dövlətçiliyə töhfələr verənlərin əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilir.
Ali Məclisin Sədri təltif olunanları və onların timsalında bütün muxtar respublika əhalisini ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının ildönümü və Qələbə bayramı münasibətilə təbrik etmiş, gələcək işlərində uğurlar arzulamışdır.
Sonra Ali Məclisin Sədri medalların, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının fəxri adlarının döş nişanlarını və vəsiqələrini, Azərbaycan Respublikası Prezidentinin mükafatını təqdim etmişdir.
Təltif olunanlardan Aytən Məmmədova, Tofiq Seyidov, Sahil Əliyev, Hüseyn Qarayev, Şəhruz Cəfərov, Tural Bağırov, Azər Cəfərli, Fatma Əliyeva, Zülfiyyə Zeynalova və Nəsibə Hüseynova əməklərinə verilən qiymətə görə minnətdarlıq etmişlər. Qeyd olunmuşdur ki, ölkəmizdə ulu öndərin siyasi xəttinin uğurla davam etdirilməsi bütün sahələrdə inkişafı təmin etmişdir. Bu gün xalqımız müstəqil ölkəmizdə sabitlik və rifah içində yaşayır. İnkişaf, tərəqqi və davamlı dövlət qayğısı insanları daha yaxşı işləməyə sövq edir. Təltif olunanlar bundan sonra da ulu öndərin siyasi xəttinə öz töhfələrini verməyə, vətənimizin inkişafında pay sahibi olmağa söz vermişlər.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3027633
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
7698
15326
23024
463100
3027633

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter