23 Noyabr 2017, Cümə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2017
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

 

 

LİNKLƏR

 

 

Mayın 9-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan şəhərindəki Xatirə kompleksinə gələrək Böyük Vətən müharibəsi veteranları ilə görüşmüş, onları alman faşizmi üzərində qələbənin 72-ci ildönümü münasibətilə təbrik etmişdir.

Ali Məclisin Sədri kompleksdəki abidənin önünə tər gül dəstəsi qoymuş, müharibədə həlak olmuş azərbaycanlıların xatirəsinə dərin ehtiramını bildirmişdir.
Mərasim iştirakçıları və ictimaiyyətin nümayəndələri də abidə önünə gül dəstələri düzmüşlər.
Sonra Dövlət Himni səsləndirilmişdir.
Azərbaycan xalqı faşizm üzərində tarixi qələbəyə mühüm töhfələr vermiş, cəbhəyə 600 mindən çox oğul və qızını yola salmışdır. Azərbaycanlı çağırışçılardan və könüllülərdən ibarət 77-ci, 223-cü, 336-cı, 402-ci və 416-cı atıcı diviziyalar böyük qəhrəmanlıq göstərərək Zaqafqaziya cəbhəsindən Berlinədək qanlı-qadalı döyüş yolu keçmişlər. Xalqımız arxa cəbhədə də misilsiz əmək hünərləri göstərmiş, ordunun ehtiyaclarını ödəmək üçün gecə-gündüz fədakarlıqla çalışmışdır. Böyük Qələbəyə Bakı neftinin töhfəsi əvəzsiz olmuşdur.
Naxçıvanlılar da müharibədə qəhrəmancasına döyüşmüş, qələbənin qazanılmasında öz töhfələrini vermişlər. 402-ci diviziya Naxçıvanda formalaşdırılaraq cəbhəyə yola salınmış, göstərdikləri igidliklərə görə 3 həmyerlimiz Sovet İttifaqı Qəhrəmanı kimi yüksək ada layiq görülmüş, bir nəfər “Şöhrət” ordeninin hər üç dərəcəsi, müharibə iştirakçılarından 600-ə yaxını orden və medallarla təltif olunmuşdur.
1941-1945-ci illər veteranlarını “xalqın qızıl fondu” adlandıran ümummilli lider Heydər Əliyev ölkəmizə hər iki rəhbərliyi dövründə müharibə veteranlarının qayğılarına diqqətlə yanaşmış, onların sosial məsələlərinin həlli istiqamətində mühüm qərarlar qəbul etmişdir. Görkəmli dövlət xadiminin Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışından sonra 9 May ölkəmizdə Qələbə Günü kimi rəsmiləşdirilmiş, dövlət bayramları sırasına daxil edilmişdir.
Ulu öndərimizin siyasi xəttini uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyev də müharibə veteranlarına xüsusi qayğı göstərir. 1941-1945-ci illər İkinci Dünya müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi bu diqqət və qayğının parlaq ifadəsidir.
İkinci Dünya müharibəsində şərəfli döyüş yolu keçmiş Azərbaycan övladlarının heç vaxt yaddaşlardan silinməyən qəhrəmanlıq və şücaəti gənc nəsil üçün əsl vətənpərvərlik nümunəsidir. Ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi: “Hər bir gənc veteranlarımızın qəhrəmanlıq nümunələrindən, əmək fədakarlığından özü üçün nümunə götürməlidir. O qəhrəmanlıq nümunələri bugünkü nəslimiz, gələcək nəsillər üçün örnək, məktəb, təcrübə mənbəyi olmalıdır”.
Həmin gün Naxçıvan Muxtar Respublikasının bütün rayon mərkəzlərində də faşizm üzərində qələbənin 72-ci ildönümü münasibətilə tədbirlər keçirilmişdir.


Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

5321232
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
5816
18695
60806
369438
5321232

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter