23 Noyabr 2017, Cümə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2017
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

 

 

LİNKLƏR

 

 

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq səhiyyə xidmətlərini müasir tələblərə uyğunlaşdırmaq, əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətini daha da yüksəltmək və icbari tibbi sığorta sisteminin tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Sədərək rayonunda icbari tibbi sığorta tətbiq olunsun.
2. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Aparatı Sədərək rayonunda icbari tibbi sığortanın tətbiqinə dair tədbirlər planının layihəsini hazırlayıb Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə təqdim etsin.
3. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (bundan sonra – Agentlik):
3.1. 2017-ci il iyul ayının 1-dən Sədərək rayonunda icbari tibbi sığortanın tətbiqini həyata keçirsin;

3.2. Sədərək rayonunda yerləşən tibb müəssisələri tərəfindən həyata keçirilməsi mümkün olmayan icbari tibbi sığortanın baza zərfinə daxil olan tibbi xidmətlərin və həmin tibbi xidmətləri göstərəcək tibb müəssisələrinin siyahısı ilə bağlı təkliflərini Naxçıvan Muxtar Respublikası Ali Məclisinə təqdim etsin;
3.3. icbari tibbi sığortanın həyata keçirilməsi məqsədi ilə aşağıdakıları əhatə edən elektron portal yaratsın və onun fəaliyyətini təmin etsin:
1) icbari tibbi sığortaya cəlb olunmaq üçün tələb olunan sənədlərin siyahısı və icbari tibbi sığortanın şərtləri barədə məlumat;
2) icbari tibbi sığortaya cəlb olunan əhali, tibb müəssisələri və tibb işçilərinə dair mərkəzləşdirilmiş məlumat bazasının yaradılması;
3) əhalinin sığortalanma prosesinin və qeydiyyatının elektron qaydada həyata keçirilməsi;
4) icbari tibbi sığorta çərçivəsində əhaliyə göstə­rilən tibbi xidmətlərə dair vahid məlumat bazasının yaradılması;
5) icbari tibbi sığorta çərçivəsində tibb müəssisələri tərəfindən göstərilən xidmətlər üzrə maliyyələşmənin elektron qaydada aparılması;
6) bu Fərmanın 4.1-4.8-ci bəndlərində nəzərdə tutulmuş məlumatlara dair bazanın yaradılması;
7) icbari tibbi sığortaya dair tibbi statistikanın elektron qaydada aparılması;
8) sığortalanma, tibbi xidmətlərin həyata keçirilməsi və tibb müəssisələrinə ödənişlər üzrə elektron hesabatların hazırlanması, monitorinq və nəzarətin aparılması.
4. Aşağıda qeyd olunan dövlət orqanları Agentliyə bu Fərmanla nəzərdə tutulan hədlər daxilində məlumatlara real vaxt rejimində çıxış imkanı yaradılmasını (bu mümkün olmadıqda həmin məlumatların 2 (iki) iş günü müddətində elektron daşıyıcılarda təqdim edilməsini) təmin etsinlər:
4.1. Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi:
4.1.0. icbari tibbi sığortaya cəlb olunan şəxslərin şəxsiyyətini təsdiq edən sənəd üzrə məlumatlar;
4.2. Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi:
4.2.1. icbari tibbi sığortaya cəlb olunan şəxsin iş yeri və gəlirləri üzrə məlumatlar;
4.2.2. icbari tibbi sığortaya cəlb olunan pensiyaçı və işləməyib sosial müavinət alan şəxslər barədə məlumatlar;
4.2.3. icbari tibbi sığortaya cəlb olunan “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz statusu almış vətəndaşlar barədə məlumatlar;
4.2.4. icbari tibbi sığortaya cəlb olunan ünvanlı dövlət sosial yardımı alan şəxslər barədə məlumatlar;
4.3. Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyi:
4.3.1. icbari tibbi sığortaya cəlb olunan hüquqi və fiziki şəxslərin vergi ödəyicisinin eyniləşdirmə nömrəsi barədə məlumatlar;
4.3.2. vergi orqanları tərəfindən qəbul olunmuş gəlir vergisi və ya sadələşdirilmiş vergi bəyannaməsi üzrə məlumatlar;
4.4. Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi:
4.4.0. icbari tibbi sığortaya cəlb olunan ali təhsil müəssisələrində əyani təhsil alan tələbələr, o cümlədən onların təhsil müəssisəsinə qəbul olunma və təhsil müəssisəsini bitirmə tarixləri barədə məlumatlar;
4.5. Naxçıvan Muxtar Respublikasının Dövlət Miqrasiya Xidməti:
4.5.0. icbari tibbi sığortaya cəlb olunan müvəqqəti və ya daimi yaşamaq hüququ almış şəxslər, onların məşğulluğu və qeydiyyatı barədə məlumatlar;
4.6. Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi:
4.6.1. Sədərək rayonunda qeydiyyatda olan şəxslərin ölüm faktının qeydiyyata alınmasına dair məlumatlar;
4.6.2. Sədərək rayonunda doğum faktının qeydiyyata alınmasına dair məlumatlar;
4.7. Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyi:
4.7.1. icbari tibbi sığortada iştirak edən tibb müəssisələrinin adı, ünvanı, göstərdikləri tibbi xidmətlər;
4.7.2. icbari tibbi sığortada iştirak edən tibb müəssisələrində işləyən həkimlər, orta tibb heyəti, texniki işçilər və xidmət heyəti barədə məlumatlar (onların iş yeri, vəzifəsi, ixtisası, sertifikasiya şəhadətnaməsinə dair məlumatlar göstərilməklə);
4.7.3. Sədərək rayonunda səhiyyə sahəsində mövcud dövlət proqramları ilə əhatə olunan şəxslər barədə məlumatlar, o cümlədən şəxsin xəstəliyinin növü və dövlət pro­qramı ilə əhatə olunduğu müddət üzrə məlumatlar;
4.8. Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi:
4.8.0. Sədərək rayonunda özəl tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərə verilmiş lisenziyalar üzrə məlumatlar.
5. Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Vergilər Nazirliyinə, Təhsil Nazirliyinə, Dövlət Miqrasiya Xidmətinə, Ədliyyə Nazirliyinə, Səhiyyə Nazirliyinə və İqtisadiyyat Nazirliyinə tapşırılsın ki, bu Fərmanın 4.1-4.8-ci bəndlərində nəzərdə tutulan məlumatların Agentliyə təqdim edilməsini təmin etsinlər.
6. Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyi dövlət (tədbirlər) proqramları ilə əhatə olunan xəstəliklərlə əlaqədar dərman təchizatını qanunvericiliyə əsasən təmin etsin.
7. Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi icbari tibbi sığortanın tətbiqi üçün zəruri vəsaitin Naxçıvan Muxtar Respublikasının 2017-ci il üçün dövlət büdcəsindən Agentliyə ayrılmasını təmin etsin.
8. Bütün mərkəzi icra hakimiyyəti orqanlarına, aidiyyəti dövlət qurumlarına, Sədərək Rayon İcra Hakimiyyətinə tapşırılsın ki, bu Fərmandan irəli gələn vəzifələrin icrası ilə bağlı Agentliyə zəruri köməklik göstərilməsini təmin etsinlər.
9. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 3 may 2017-ci il

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

5321352
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
5936
18695
60926
369558
5321352

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter