20 Oktyabr 2017, Cümə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Oktyabr 2017
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

 

 

LİNKLƏR

 

 

Mayın 3-də Naxçıvan Dövlət Musiqili Dram Teatrında ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Naxçıvan-2017” Beynəlxalq Şahmat Festivalının açılışı olmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov, Beynəlxalq Şahmat Federasiyasının prezidenti Kirsan İlümjinov və Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov tədbirdə iştirak etmişlər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Naxçıvan-2017” Beynəlxalq Şahmat Festivalının öz işinə başlaması münasibətilə bütün iştirakçıları təbrik etmiş, şahmatçıları və qonaqları salamlayaraq demişdir: Gənclərin intellektual və mənəvi inkişafında, asudə vaxtlarının səmərəli təşkilində şahmat əvəzsiz vasitədir. Ona görə də Naxçıvan Muxtar Respublikasında şahmatın inkişafına xüsusi diqqət göstərilir, uşaq-gənclər şahmat məktəbləri ilə yanaşı, ümumtəhsil məktəblərində də şahmat fənni tədris olunur. Hər il Naxçıvanda keçirilən beynəlxalq şahmat festivalı və digər şahmat yarışları şahmatın inkişafında, bu sahədə gənc istedadların yetişməsində böyük rola malikdir. Biz xüsusilə Beynəlxalq Şahmat Festivalının işinə mühüm əhəmiyyət veririk. Bu mötəbər və ənənəvi yarışa göstərilən böyük maraq, iştirakçı zəka sahiblərinin sayının hər il artması haqlı olaraq Naxçıvanı özünəməxsus şahmat mərkəzinə çevirmişdir.

Ali Məclisin Sədri dəvəti qəbul edib “Naxçıvan-2017” Beynəlxalq Şahmat Festivalında iştirak etdiklərinə görə şahmatçılara və qonaqlara təşəkkürünü bildirmiş, yarışların sağlam rəqabət və idman mübarizəsi şəraitində keçəcəyinə əminliyini ifadə etmiş, şahmatçılara qələbə arzulamış və festivalı açıq elan etmişdir.
Beynəlxalq Şahmat Federasiyasının prezidenti Kirsan İlümjinov çıxış edərək demişdir: Azərbaycanda şahmatın qədim tarixi və ənənələri vardır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev şahmatın inkişafına böyük qayğı göstərmişdir. Bu siyasəti Azərbaycan Prezidenti İlham Əliyev də davam etdirir. Cənab İlham Əliyevin Sərəncamı ilə dünyada ilk dəfə olaraq Azərbaycanda şahmatın inkişafı ilə bağlı xüsusi Dövlət Proqramının qəbul edilərək həyata keçirilməsi Beynəlxalq Şahmat Federasiyasına üzv olan ölkələr üçün nümunədir. Bütün bunların nəticəsidir ki, 2016-cı ildə Bakı şəhərində keçirilən, 2 mindən artıq reytinqli şahmatçının iştirak etdiyi Ümumdünya Şahmat Olimpiadası Beynəlxalq Şahmat Federasiyasının tarixində ən yaddaqalan olimpiada oldu. Naxçıvan Muxtar Respublikasında şahmatın inkişafı sahəsində görülən işlər, xüsusilə ümumtəhsil məktəblərində şahmatın tədris olunması, istedadlı şahmatçıların yetişdirilməsi Naxçıvan şahmat məktəbini ümumdünya şahmat ailəsinin nümunəvi üzvünə çevirmişdir. Kirsan İlümjinov şahmatın inkişafına göstərdiyi qayğıya və yaradılan şəraitə görə Beynəlxalq Şahmat Federasiyası adından Ali Məclisin Sədrinə minnətdarlıq etmişdir.
Sonra Kirsan İlümjinov Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədri Vüqar Səfərova “Beynəlxalq təşkilatçı”, şahmat üzrə məşqiçi-müəllim Toğrul Həsənzadəyə isə “Beynəlxalq usta” diplom və döş nişanlarını təqdim etmişdir.
Azərbaycan Respublikası gənclər və idman naziri Azad Rəhimov çıxış edərək demişdir ki, bu gün ölkə Prezidenti cənab İlham Əliyev idmanın inkişafına xüsusi diqqət yetirir. Azərbaycanda hər il beynəlxalq idman yarışları keçirilir. Bu il də ölkəmizdə mötəbər idman yarışları, xüsusilə IV İslam Həmrəyliyi Oyunları keçiriləcəkdir. İdmanın inkişafı sahəsində görülən işlər şahmatı da əhatə etmişdir. Keçirilən şahmat yarışlarının, xüsusilə beynəlxalq şahmat olimpiadasının yüksək səviyyədə təşkil olunması, azərbaycanlı şahmatçıların yarışlarda uğurlu çıxışı bunu bir daha təsdiq etdi. Hər il Naxçıvanda ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş beynəlxalq şahmat festivalının keçirilməsi və festivalda reytinqli şahmatçıların iştirakı yarışların əhəmiyyətini daha da artırır.
Tədbirdə çıxış edən Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov diqqətə çatdırmışdır ki, ölkəmizdə şahmatın inkişafı və kütləviliyinin təmin olunmasına xüsusi diqqət yetirilir. Artıq Azərbaycan dünyada həm də şahmatın inkişaf etdiyi ölkə kimi tanınır. Naxçıvan Muxtar Respublikasında da şahmatın inkişafı sahəsində görülən işlər, müasir maddi-texniki və tədris bazasının yaradılması, gənclərin idmanın bu növünə marağının ilbəil artması və istedadlı şahmatçıların yetişməsi böyük məmnunluq doğurur.
Beynəlxalq dərəcəli hakim, şahmat festivalının baş hakimi Faiq Həsənov Naxçıvanda şahmat üzrə beynəlxalq yarışların uğurla keçirildiyini bildirmiş, “Naxçıvan-2017” Beynəlxalq Şahmat Festivalının əhəmiyyətindən danışmışdır.
Sonra şahmat festivalının püşkü atılmışdır.
“Naxçıvan-2017” Beynəlxalq Şahmat Festivalında 10 ölkədən 300-dən artıq şahmatçı iştirak edir. İsveçrə sistemi üzrə keçiriləcək festivalda iştirak edən şahmatçılar arasında 16 beynəlxalq qrossmeyster və 17 beynəlxalq şahmat ustası vardır.
Tədbirdə Naxçıvan Dövlət Filarmoniyasının kollektivi konsert proqramı ilə çıxış etmişdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4763141
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
4873
19017
71716
298201
4763141

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter