21 Avqust 2017, Bazar ertəsi

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

  

ARXİV

Avqust 2017
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

 

 

LİNKLƏR

 

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Bakının Səbail rayonunun Bibiheybət qəsəbəsində inşa olunmuş SOCAR-ın Bakı Ali Neft Məktəbinin yeni kampusunun açılışında iştirak edib.
Azərbaycan Prezidenti İlham Əliyev yeni kampusda görülən işləri əks etdirən stendlərlə tanış olub.
Bildirilib ki, 7 hektar ərazisi olan kampusun tikintisinə 2012-ci ildə başlanılıb və tədris üçün tam hazır vəziyyətə gətirilib. Təhsil kompleksi xüsusi dizaynla yüksək standartlar səviyyəsində, dünyanın tanınmış universitetlərinin təcrübəsinə əsaslanaraq ən son texnoloji nailiyyətlərlə inşa olunub. Bakı Ali Neft Məktəbinin kampusu əsas tədris korpusunu, kitabxana kompleksini, kütləvi tədbirlər üçün akt zalını, idarəetmə bölmələrinin yerləşdiyi binanı, yeməkxananı, uşaq bağçasını, ən müasir tələblərə cavab verən və qapalı idman zallarından, qapalı üzgüçülük hovuzundan, açıq tennis, voleybol, basketbol meydançalarından və stadiondan ibarət idman və 400 nəfərlik yataqxana kompleksini birləşdirir.
Prezident İlham Əliyev kampusun açılışını bildirən lenti kəsib.
Dövlətimizin başçısı əsas korpusda yaradılan şəraitlə tanış olub. Burada ümummilli lider Heydər Əliyevin büstü qoyulub, ulu öndərin və Prezident İlham Əliyevin təhsilə qayğısını əks etdirən fotoguşə yaradılıb. Kampusdakı 600 yerlik akt zalı kütləvi-mədəni tədbirlərin yüksək səviyyədə təşkili üçün modern tələblərə cavab verən infrastruktura malikdir.
Sonra dövlətimizin başçısına Bakı Ali Neft Məktəbinin tələbələri tərəfindən ixtira edilən avtomatik Günəş izləmə sistemi haqqında məlumat verilib. Bildirilib ki, bu sistem gün ərzində günəş şüalarını izləyir və panelləri Günəşə yönəlmiş vəziyyətdə saxlayır. Artıq məktəbin ərazisində bu sistemin istifadəsinə başlanılıb.
Azərbaycan Prezidenti İlham Əliyev Bakı Ali Neft Məktəbinin tələbə-müəllim heyəti ilə görüşüb.
Dövlətimizin başçısı görüşdə çıxış edib.
Sonda xatirə şəkli çəkdirilib.

AZƏRTAC

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3852495
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
14417
13316
14417
306712
3852495

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter