27 İyun 2017, Çərşənbə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

ARXİV

İyun 2017
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

 

Naxçıvan Muxtar Respublikasında uşaqların əlverişli sosial mühitdə böyüməsi diqqətdə saxlanılır. Müasir uşaq bağçaları istifadəyə verilir, uşaqların fiziki və əqli inkişafı, istedad və bacarıqlarının üzə çıxarılması, asudə vaxtının və tərbiyəsinin düzgün təşkili sahəsində ardıcıl tədbirlər görülür. 

 Aprelin 14-də  Kəngərli rayonunun Qıvraq qəsəbəsində yeni uşaq bağçası istifadəyə verilmişdir. 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmişdir. 

Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov çıxış edərək demişdir ki, 2016-cı ildə aparılan tikinti, yenidənqurma və təmir işlərindən sonra rayonun Yurdçu kəndində məktəb binası, kənd və xidmət mərkəzləri, avtomobil yolu, Qıvraq qəsəbə tam orta məktəbi, Akademik Zərifə xanım Əliyeva adına Şahtaxtı kənd tam orta məktəbi, Böyükdüz kəndində Azərbaycan Vətən Müharibəsi veteranı üçün fərdi mənzil, Xok və Böyükdüz kəndlərində 117 hektar torpaq sahəsini əhatə edən yeni qapalı suvarma şəbəkəsi istifadəyə verilmişdir. Hazırda Qarabağlar Türbə Kompleksində elmi və tarixi əsaslarla bərpa işləri aparılır, rayon mərkəzində 7 mərtəbədən ibarət 48 mənzilli yaşayış binası tikilir. Bundan başqa Böyükdüz kəndi ərazisində 400 hektar torpaq sahəsini əhatə edən yeni qapalı suvarma şəbəkəsi də qurulacaqdır. Tikinti-quruculuq işlərinin davamı olaraq Kəngərli rayonunda müasir uşaq bağçasının istifadəyə verilməsi də rayon ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanır. İcra başçısı Kəngərli rayonunun hərtərəfli inkişafı sahəsində həyata keçirilən tədbirlərə görə minnətdarlıq etmişdir. 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Kəngərli rayonunun Qıvraq qəsəbəsində 224 yerlik uşaq bağçasının istifadəyə verilməsi münasibətilə kollektivi və valideynləri təbrik edərək demişdir: “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə əsasən uşaq bağçaları məktəbəqədər təhsil müəssisəsi və təhsilin ilk pilləsi kimi uşaqların erkən yaş dövründən intellektual, fiziki və psixi inkişafını, istedad və qabiliyyətinin üzə çıxarılmasını, estetik tərbiyəsini təmin edir. Ölkəmizdə dövlət uşaq siyasətinin tərkib hissəsi kimi uşaqların sağlam böyüməsi istiqamətində lazımi tədbirlər görülür. Uşaq bağçalarının tikilib istifadəyə verilməsi bu tədbirlər sırasında xüsusi yer tutur. 

Ali Məclisin Sədri demişdir: Son illər Naxçıvan Muxtar Respublikasında 3-ü hərbi şəhərciklərdə olmaqla 21 uşaq bağçası tikilərək istifadəyə verilmiş, bağçalarda uşaqların məktəbəqədər tərbiyəsinin təşkili və sağlam böyümələri üçün müasir şərait yaradılmışdır. Həmçinin dövlət-uşaq siyasətinin davamı olaraq muxtar respublikada 2016-cı tədris ilindən başlayaraq 5 yaşlı uşaqlar həftədə 3 dəfə olmaqla ümumtəhsil məktəblərində məktəbəhazırlıq qruplarına gedirlər. Bu da uşaqların birinci siniflərə hazır gəlmələrinə xidmət edir. 

Qeyd olunmuşdur ki, bağçalara müxtəlif yaş qrupundan olan uşaqlar cəlb olunur, onların intellektual inkişafı ilə yanaşı, estetik tərbiyəsi və düzgün qidalanması da diqqətdə saxlanılır. Uşaqların maraqlarına uyğun oyunlar və tədbirlər keçirilir, onların istedad və qabiliyyətləri üzə çıxarılır. Bu mənada müasir uşaq bağçalarının istifadəyə verilməsi ölkəmizin gələcəyi olan uşaqların əqli, psixoloji və fiziki cəhətdən sağlam böyüməsinə hesablanıb. Eyni zamanda uşaq bağçalarının tikilməsi ailələrə dəstəkdir. Xüsusilə işləyən valideynlər və aztəminatlı ailələr uşaqlarını rahatlıqla bağçalara etibar edirlər. Sağlamlıq imkanları məhdud uşaqların bağçalara cəlbi isə onların erkən yaşlardan cəmiyyətə inteqrasiyasına imkan verir. Görülən bu işlər və yaradılan şərait isə cəmiyyətdə bütün uşaqların məktəbəqədər tərbiyəsinin təşkilinə imkan verir.

Ali Məclisin Sədri demişdir: Bu gün istifadəyə verilən Qıvraq Qəsəbə uşaq bağçasına 160 uşaq cəlb olunmuş, 40 nəfər işlə təmin edilmişdir. Kollektiv yaradılan şəraitdən səmərəli istifadə etməli, uşaqların tərbiyəsi, sağlam qidalanması, intellektual və fiziki inkişafı düzgün təşkil olunmalı, onlar gələcək təhsilə hazırlanmalıdırlar. Dövlətin bu sahədə həyata keçirdiyi tədbirlər Kəngərli rayonunda da öz nəticəsini verməli, bağçada tərbiyə olunan uşaqlar gələcəkdə cəmiyyətimizin sağlam üzvünə çevrilməlidirlər. 

Ali Məclisin Sədri bu işlərin həyata keçirilməsində kollektivə uğurlar arzulamış, bağçanın tikintisində əməyi olanlara təşəkkür etmişdir.  

Bildirilmişdir ki, yeni yaradılan uşaq­ bağçası zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarətdir. Bağçada 2 körpələr, 3 orta, 3 böyüklər və 3 məktəbə hazırlıq qrupları olmaqla ümumilikdə 11 qrup fəaliyyət göstərir. Ən müasir infrastrukturla təchiz edilən bağçada uşaqların təlim-tərbiyəsi və gələcəyin sağlam vətəndaşları kimi yetişmələri üçün hər cür şərait yaradılmış, hər qrup üçün yataq otaqları, yemək və oyun zalları, tədbirlər zalı, valideynlər otağı, tibb otağı, mətbəx, ərzaq anbarı, çamaşırxana və digər otaqlar istifadəyə verilmişdir. 

Valideynlərdən Səbinə Həsənova uşaq bağçasında yaradılan şəraitə görə ailələr adından minnətdarlıq edərək demişdir: Kəngərli rayonunda uzun illər uşaq bağçası fəaliyyət göstərmirdi. Bu gün müasir uşaq bağçasının istifadəyə verilməsi ailələrin, hər bir valideynin və uşaqların böyük sevincinə səbəb olub. Artıq işləyən anaların rahatlığı təmin edilib. Çünki uşaqlarımızı müasir məktəbəqədər tərbiyə müəssisəsinə etibar edəcəyik. Yeni uşaq bağçası həm gələcəyimiz olan uşaqlara, həm də ailələrə göstərilən  qayğının daha bir ifadəsidir. 

Ali Məclisin Sədri bağçada yaş qruplarına uyğun təlim-tərbiyə qaydalarının tətbiq olunması, valideyni işləyən, aztəminatlı ailələrdən olan və sağlamlıq imkanları məhdud uşaqların qəbuluna üstünlük verilməsi, uşaqların mütəmadi tibbi müayinədən keçirilməsi və sağlam qidalanmasına diqqət yetirilməsi barədə tapşırıqlar vermişdir. 

Tədbirlər zalında uşaqlar Azərbaycan Respublikasının Dövlət Himnini ifa etmiş, ulu öndər Heydər Əliyevə həsr olunmuş şeirlər söyləmiş, mahnılar oxumuşlar. 

Ali Məclisin Sədri uşaqlarla xatirə şəkli çəkdirmişdir. 

Uşaq bağçasının həyəti də abadlaşdırılmış, istirahət guşəsi və uşaq əyləncə qurğuları qoyulmuşdur. 

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3027718
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
7783
15326
23109
463185
3027718

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter