26 Aprel 2017, Çərşənbə

ARXİV

Aprel 2017
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

Təbiət bizdən qayğı tələb edir. Onu qorumaq, zənginləşdirərək gələcək nəsillərə çatdırmaq qarşımızda duran əsas vəzifələrdəndir. Muxtar respublikada əlverişli ekoloji mühitin yaradılması sahəsində həyata keçirilən tədbirlər də bu məqsədə xidmət edir. Kəskin kontinental iqlim şəraitinin mövcud olmasına baxmayaraq Naxçıvanda təbii sərvətlərdən səmərəli istifadə olunur, keçirilən iməciliklərdə torpaq xüsusiyyətləri nəzərə alınaraq yeni yaşıllıqlar və meyvə bağları salınır.

Aprelin 8-də muxtar respublikada növbəti iməciliklər keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Uzunoba Su Anbarının ətrafında keçirilən iməcilikdə iştirak etmiş, ərazidə yeni meyvə tingləri əkmişdir.

Məlumat verilmişdir ki, ötən illər keçirilən iməciliklər zamanı Uzunoba Su Anbarının ətrafındakı 20 hektar sahədə qoruyucu yaşıllıq zolağı salınmışdır. Bu gün isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivlərinin iştirakı ilə daha 1 hektar ərazidə minə yaxın müxtəlif meyvə tingləri əkilmişdir. Meyvə bağında damcı üsulu ilə suvarma şəbəkəsi qurulacaq, becərmə işləri aqrotexniki qaydalara uyğun aparılacaqdır.

Ali Məclisin Sədri yaşıllıq sahələrinin genişləndirilməsi ilə bağlı tapşırıqlar vermişdir.

Həmin gün muxtar respublikada keçirilən iməciliklərdə 30 hektarda 17 min 620 meyvə və meşə, 95 min üzüm tingi əkilmişdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

1977117
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
10482
25913
52302
397095
1977117

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter