18 İyun 2018, Bazar ertəsi

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

İyun 2018
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1

 

 

LİNKLƏR

 

 

Yanvarın 14-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr” barədə müşavirə keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali ­Məclisi­nin Sədri Vasif Talıbov müşavirəni açaraq demişdir ki, gənclərin asudə vaxtının səmərəli təşkilində, onların sağlam böyüməsində və gələcəyə hazırlanmasında idmanın mühüm rolu vardır. Çünki cəmiyyətin ­sağlamlığı insanların, xüsusilə də gənclərin sağlamlığından asılıdır. Bu mənada hər bir gəncə ölkənin gələcəyi kimi baxmaq lazımdır. Muxtar respublikada bu məsələ diqqətdə saxlanılır, gənc­lərin idmana və təhsilə cəlbi istiqamətində ardıcıl tədbirlər görülür, hər il bədən tərbiyəsi və idmanın inkişafı ilə bağlı müşavirə keçirilir, vəzifələr müəyyənləşdirilir. Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında yaradılan müasir təhsil və idman infrastrukturu gənc nəslin bacarığına görə peşə seçiminə və təhsil almasına, müxtəlif idman növləri ilə məşğul olmasına imkan verir. Bu sahədə görülən işlərin nəticəsidir ki, muxtar respublikada sağlam gənc nəsil yetişir. Gənclər zərərli vərdişlərdən və hüquqazidd hərəkətlərdən uzaqdır. Hər il ali məktəblərə qəbul olan gənclərin, eləcə də yüksək bal toplayanların sayı artır, gənclər müxtəlif idman yarışlarında uğurla çıxış edir, muxtar respublika iqtisadiyyatının inkişafına öz töhfələrini verirlər.
Ali Məclisin Sədri sağlam gənc nəslin hazırlanmasında əməyi olanlara təşəkkür etmişdir.
Müşavirədə Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov bədən tərbiyəsi və idmanın inkişafı sahəsində görülən işlər barədə çıxış edərək demişdir ki, muxtar respublikada müasir idman infrastrukturu formalaşdırılmış, uşaq və gənclərin idmanla məşğul olmasına, onların müxtəlif səviyyəli çempionat, turnir və yarışlarda iştirak etməsinə hərtərəfli şərait yaradılmışdır. Muxtar respublikada 2 Olimpiya İdman Kompleksi, 2 Üzgüçülük Mərkəzi, Şahmat Mərkəzi, Atıcılıq Mərkəzi, rayon mərkəzlərində şahmat məktəbləri, uşaq-gənc­lər idman məktəbləri, stadion və süni örtüklü mini futbol meydançaları, tam orta məktəblərdə müasir idman zalları, olimpiya ağırlıqqaldırma qurğuları və 821 sadə tipli idman avadanlıqları mövcuddur. Bununla yanaşı, 2002-ci ildə Boks, Güləş, Karate-do, Şərq Döyüşü Sənəti, Şahmat, Futbol, Voleybol, Basketbol, 2006-cı ildə Paralimpiya, 2013-cü ildə isə Atıcılıq, Hava və Ekstremal İdman Növləri federasiyaları yaradılmışdır. Ötən dövrdə qonşu ölkələrlə idman əlaqələri genişləndirilmiş, idmançıların muxtar respublika yarışları ilə bərabər, dünya çempionatlarında, beynəlxalq yarışlarda və yoldaşlıq görüşlərində, ölkə birinciliklərində iştirakı təmin edilmişdir. 2016-cı ildə muxtar respublika idmançıları dünya çempionatlarında 1, Avropa çempionatlarında 5, beynəlxalq turnirlərdə 63, Azərbaycan birinciliklərində 39 medal qazanmışlar. Məşqçilərə təlimlər, treninqlər, gənc idmançılara nümunəvi dərslərin keçirilməsi də diqqətdə saxlanılmış, bütün idman növləri və federasiyalar üzrə peşəkar və təcrübəli məşqçilər dəvət edilmiş, komandaların təlim-məşq toplanışları keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədri Vüqar Səfərov çıxış edərək demişdir ki, muxtar respublikamızda şahmatın inkişafı və onun maddi-texniki bazasının möhkəmləndirilməsi daim diqqətdə saxlanılır. Şahmat Federasiyasının üzvləri yaradılan bu şəraitdən səmərəli istifadə edirlər. 2016-cı ildə şahmatın kütləviliyinin təmin olunması, bu sahədə yüksək peşəkarlıq səviyyəsinə malik mütəxəssislərin formalaşdırılması istiqamətində tədbirlər görülmüş, Naxçıvan Şahmat Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 93 illiyinə həsr olunmuş Naxçıvan–2016 Beynəlxalq Şahmat Festivalı, Naxçıvan Muxtar Respublika birinciliyi, Naxçıvan şəhərində və rayon mərkəzlərində komanda və şəxsi birinciliklər, eləcə də seçmə yarışlar keçirilmişdir. İyun ayında keçirilən Naxçıvan Şahmat Mərkəzinin açıq birinciliyi FİDE-də beynəlxalq reytinqli yarışlar sırasında qeydiyyata düşmüşdür. Bakı şəhərində keçirilən Dünya Şahmat Olimpiadasında Naxçıvandan 2 şahmatçı Azərbaycan komandasının tərkibində, 1 məşqçi müəllim isə beynəlxalq hakim kimi iştirak etmişdir. Ötən il Dünya Şahmat Federasiyasının qərarı ilə Naxçıvan şəhər şahmatçısı Toğrul Həsənzadə beynəlxalq usta, Babək rayon şahmatçısı Aynur Kətanova FİDE ustası, Culfa rayon Şahmat məktəbinin direktoru Hüseyn Tağıyev FİDE hakimi tituluna layiq görülmüş, şahmat üzrə keçirilən beynəlxalq yarışlarda 2 şahmatçı birinci, 1 şahmatçı üçüncü yerə layiq görülmüş, 13 şahmatçı isə müxtəlif mükafatlar qazanmışdır.
Bədii gimnastika üzrə Azərbaycan Respublikasının idman ustası Humay Qafarova demişdir ki, muxtar respublikada müasir idman infrastrukturunun yaradılması, gənclərin sağlamlığının qorunmasında, onların asudə vaxtlarının səmərəli təşkilində və istedadlı gənclərin üzə çıxarılmasında mühüm rol oynayır. Yaradılan şərait, göstərilən diqqət və qayğı nəticəsində hazırda muxtar respublikada bütün yaş qrupları üzrə bədən tərbiyəsi və idmanla məşğul olan yeniyetmə və gənclərin sayı artmaqdadır. İdmançılar həm ölkə daxilində, həm də ölkədən kənarda, beynəlxalq səviyyəli yarışlarda iştirak edərək muxtar respublikanı layiqincə təmsil edirlər. Yaradılan şəraitdən bundan sonra da səmərəli istifadə olunacağını bildirən Humay Qafarova Naxçıvanda idmanın inkişafına göstərdiyi qayğıya görə muxtar respublika gəncləri və idmançıları adından minnətdarlığını bildirmiş və Ali Məclisin Sədrini doğum günü münasibətilə təbrik etmişdir.
Ali Məclisin Sədri muxtar respublikada bədii gimnastikanın inkişafı və qızların idmana cəlbi sahəsindəki fəaliyyətinə görə Humay Qafarovaya təşəkkür etmiş, qızların bu və digər idman növlərinə marağının artırılması ilə bağlı aid təşkilatlara və federasiyalara tapşırıqlar vermişdir.
Naxçıvan Muxtar Respublikası Ali ­Məclisinin Sədri Vasif Talıbov müşavirədə çıxış edərək demişdir: Azərbaycan Respublikasında ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan idman siyasətinin davam etdirilməsi nəticəsində müasir idman infrastrukturu formalaşdırılmış, idman hərəkatı genişlənmiş, Azərbaycan idman yarışlarının keçirildiyi beynəlxalq mərkəzə çevrilmişdir. 2016-cı ilin idman yekunlarına həsr olunmuş tədbirdə çıxış edən ölkə ­Prezidenti cənab İlham Əliyev demişdir: “İdmanın inkişafı bizim dövlət siyasətimizdir və idman infrastrukturunun yaradılması prosesi davam edir. Biz gələcək illərdə də bu istiqamətdə işlərimizi davam etdirəcəyik ki, hər bir rayonda idmanla məşğul olmaq üçün ən müasir şərait yaradılsın”.
Qeyd olunmuşdur ki, Naxçıvan Muxtar Respublikasında da əhalinin sağlam həyat tərzinin, xüsusən böyüməkdə olan gənc nəslin hərtərəfli inkişafının təmin edilməsində bədən tərbiyəsi və idmanın roluna böyük əhəmiyyət verilir. Aparılan idman siyasəti idmanın kütləviliyinə nail olmaq, onu inkişaf və təbliğ etdirmək, sağlam nəsil yetişdirmək məqsədinə xidmət edir. Yaradılmış şərait idmanın kütləviliyinə öz təsirini göstərmiş, muxtar respublikamızda müxtəlif beynəlxalq və ölkə səviyyəli yarışlar keçirilmiş, idmançılarımız nüfuzlu yarışların mükafatçıları sırasına düşmüşdür. Bununla yanaşı, uşaq və gənclərin idmana cəlbi istiqamətində də əsaslı işlər görülməkdədir. Hazırda muxtar respublikada 7 yaşdan 18 yaşadək 89 min 995 uşaq və gənc vardır ki, onun da 47 min 399-u oğlan, 42 min 596-sı qızdır. Oğlanlardan 30 min 385-i, yaxud 64 faizi, qızlardan isə 7 min 546-sı, yaxud 18 faizi idmanla məşğul olur. Sağlamlıq imkanları məhdud olan uşaq və gənclərdən isə 153-ü idmanla məşğul olur ki, bunun da 105-i oğlan, 48-i isə qızlardır.
Ali Məclisin Sədri demişdir: Əvvəlki dövrlərlə müqayisədə 2016-cı ildə gənclərin idmana cəlbi istiqamətində irəliləyişlər olsa da, aparılmış təhlillər onu deməyə əsas verir ki, yaradılan şəraitdən hələ də səmərəli istifadə olunmur. Nəzərə almaq lazımdır ki, bədən tərbiyəsi və idmanla məşğul olmaq təkcə yarışlarda iştirak etmək və yüksək nailiyyət əldə etmək məqsədi daşımır; bu, eyni zamanda xəstəlik və zərərli vərdişlərin qarşısının alınmasını, əhali sağlamlığının təmin olunmasını da nəzərdə tutur. Bu xüsusatı əsas götürərək ona nail olmalıyıq ki, muxtar respublikada bədən tərbiyəsi və idman sahəsində yaradılanlardan bütün vətəndaşlar, o cümlədən gənclər səmərəli istifadə etsinlər. Ona görə də Gənclər və İdman Nazirliyi, idman federasiyaları muxtar respublikada idman növlərinin inkişaf etdirilməsi, gənclərin idmana cəlbi, idmanın kütləviliyinin artırılması sahəsində fəaliyyətlərini gücləndirməlidirlər.
Muxtar respublikada yaradılan idman infrastrukturunun, o cümlədən idman obyekt və qurğularının qorunması və onlardan səmərəli istifadə üçün Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, idman federasiyaları, şəhər və rayon icra hakimiyyətləri birgə fəaliyyət göstərməlidir. Peşəkar məşqçilərin hazırlanması sahəsində 2016-cı ildə federasiyalar tərəfindən bir sıra işlər görülmüşdür. 2017-ci ildə də Gənclər və İdman Nazirliyi, eləcə də idman federasiyaları məşqçilərin hazırlanması, eləcə də peşəkar məşqçiləri dəvət etməklə muxtar respublikada seminar və məşğələlərin keçirilməsini təmin etməlidirlər.
Bildirilmişdir ki, muxtar respublikada keçirilən idman yarışları, xüsusən də ölkə və beynəlxalq səviyyəli yarışlar gənc idmançıların təcrübəsinin artırılmasında mühüm rol oynayır. Gənclər və İdman Nazirliyi və idman federasiyaları bu cür idman yarışlarının keçirilməsini davam etdirməlidir. Ötən il əksər federasiyaların rayon bölmələri fəaliyyətlərini düzgün qura bilməmiş, gənclərin bölmələrə cəlbi zəif təşkil edilmişdir. İdman federasiyaları bölmələrin fəaliyyətlərini gücləndirməli, federasiyadaxili idman yarışları keçirilməlidir. Rayon icra hakimiyyətləri də bu məsələyə diqqəti artırmalı, istedadlı gənclər həvəsləndirilməli, onların ölkə və beynəlxalq səviyyəli yarışlarda iştirakları təmin edilməlidir.
Ali Məclisin Sədri diqqətə çatdırmışdır ki, ümumtəhsil məktəblərində yaradılan idman infrastrukturundan səmərəli istifadə və onların qorunması sahəsində, eləcə də fiziki tərbiyə fənninin tədrisində nöqsanlar vardır. Təhsil Nazirliyi böyüməkdə olan nəslin fiziki inkişafına, onların sağlamlığına qayğı ilə yanaşmalıdır. Ümumtəhsil məktəblərində fiziki tərbiyə dərslərinin tədrisinə nəzarət olunmalı, uşaq-gənclər şahmat və idman məktəblərinin fəaliyyəti gücləndirilməli, uşaq və gənclərin asudə vaxtları səmərəli təşkil edilməlidir. Təhsil Nazirliyi və Şahmat Federasiyası Naxçıvan Şəhər Şahmat Mərkəzi ilə rayon şahmat məktəbləri arasında interaktiv dərslərin qrafik əsasında keçirilməsini təmin etməlidir. Gənclər və İdman Nazirliyi hamiliyə götürdüyü Naxçıvan Dövlət Universitetinin Bədən tərbiyəsi və idman ixtisası üzrə peşəkar gənc kadrların hazırlıq səviyyəsinin artırılması üçün zəruri tədbirlər görməlidir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu ali təhsil müəssisələri və idman federasiyaları ilə birlikdə proqram hazırlamalı, gənclərin idmana cəlbinə diqqəti artırmalı, onların iştirakı ilə yürüşlər və müxtəlif idman tədbirləri keçirməlidir.
Qeyd olunmuşdur ki, muxtar respublikada qızların idmana cəlbinə diqqət artırılmalıdır. Gənclər və İdman Nazirliyi və idman federasiyaları bu sahədə zəruri tədbirləri davam etdirməli, qızların müvafiq idman növləri üzrə federasiyalara cəlbinə nail olmalıdırlar. Gənclər və İdman Nazirliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə məhdud fiziki imkanlı gənclərin muxtar respublikanın idman həyatına daha fəal inteqrasiyası sahəsində tədbirləri davam etdirməli, bədən tərbiyəsi və idmanın bu kateqoriyadan olan şəxslərin reabilitasiyasına və sağlam həyata inteqrasiyasına təsiri ilə bağlı təbliğat işlərini gücləndirməli, Paralimpiya Federasiyasının rayon mərkəzlərində də filialları təşkil olunmalıdır. Bununla yanaşı, imkansız ailələrdən olan uşaq və yeniyetmələrin idman geyim və ləvazimatlarla təmin olunmalarına diqqət edilməlidir. Bədən tərbiyəsi və idmanla məşğul olanların tibbi nəzarət və xidmətlə təminatı da vacib məsələlərdəndir. Gənclər və İdman Nazirliyi İdman Tibb Mərkəzinin bu sahədə fəaliyyətini gücləndirməli, keçirilən yarışlarda tibbi xidmət və həkim nəzarəti təmin edilməlidir.
Muxtar respublikada mövcud Olimpiya İdman kompleksləri öz fəaliyyətlərini gücləndirməli, şəhər və rayon icra hakimiyyətləri yerlərdə yaradılmış şəraitdən, o cümlədən idman qurğu və avadanlıqlarından səmərəli istifadəyə nail olmalıdırlar. İdman federasiyaları, Gənclər və İdman Nazirliyi, şəhər və rayon icra hakimiyyətləri 2017-ci ildə hər bir şəhər və rayon ərazisində keçiriləcək idman tədbirlərinin planını təsdiq edib, icrasını təmin etməlidirlər. Təhsil Nazirliyi Gənclər və İdman Nazirliyi, idman federasiyaları birlikdə məktəblərarası idman yarışlarının və şahmat birinciliklərinin keçirilməsi ilə bağlı tədbirlər planı hazırlayıb icrasına nail olsunlar. Mövcud stadionlardan səmərəli istifadə, eyni zamanda yeni stadionların qurulması və bərpası ilə bağlı tədbirlərin həyata keçirilməsi şəhər və rayon icra hakimiyyətləri ilə Gənclər və İdman Nazirliyinə tapşırılır. İdmanın kütləviliyini təmin etmək üçün təbliğat mexanizmi düzgün qurulmalı, muxtar respublikanın kütləvi informasiya vasitələri bununla bağlı tematik materiallar hazırlamalı, bədən tərbiyəsi və idmanın həyat tərzinə çevrilməsinə çalışmalıdırlar. Muxtar respublikada idmanın inkişafının sağlam gəncliyin formalaşdırılmasındakı rolunu nəzərə alaraq bütün aid təşkilatlar qarşılarında duran vəzifələrin məsuliyyətini dərk edərək bədən tərbiyəsi və idmanın hərtərəfli inkişafına nail olmalıdırlar.
Ali Məclisin Sədri 2016-cı ili nəticələrlə başa vuran federasiyalara təşəkkürünü bildirmiş, 2017-ci ildə fəaliyyətlərində uğurlar arzulamışdır.
Sonra Ali Məclisin Sədri 2016-cı ildə ölkə və beynəlxalq yarışlarda uğurlu nəticələr qazandıqlarına görə 8 idmançıya və 6 məşqçi müəllimə pul mükafatları təqdim etmişdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

2594636
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
321
4843
321
87422
2594636

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter