18 İyun 2018, Bazar ertəsi

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

İyun 2018
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1

 

 

LİNKLƏR

 

 

“Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun 14.1-ci maddəsinə uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisi qərara alır:
1. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) məruzəsi nəzərə alınsın.
2. İnsan hüquq və azadlıqlarının təmin edilməsi ilə bağlı məsələlər gündəlik nəzarətdə saxlansın.

Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 7 yanvar 2017-ci il

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın)
2016-cı ildə fəaliyyəti haqqında illik

M Ə R U Z Ə

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) muxtar respublikada vətəndaşların hüquq və azadlıqlarının müdafiəsinə yönəlmiş tədbirləri 2016-cı ildə də davam etdirmişdir.
2016-cı ildə Müvəkkilin ünvanına yazılı, şifahi və elektron formada 106 müraciət daxil olmuşdur. Daxil olan müraciətlərin 45-ni şikayətlər, 61-ni isə ərizələr təşkil etmişdir.

Qanunun tələblərinə müvafiq olaraq şikayətlərin Müvəkkilin səlahiyyətlərinə aid olmaması səbəbindən 8 şikayətə baxılmasından imtina edilmişdir. 37 müraciət baxılmaq üçün icraata qəbul edilmiş, onlardan 10-u təmin edilmişdir. 27 şikayətə baxılması zamanı hüquq pozuntusu aşkar edilməmişdir. Daxil olan müraciətlərin araşdırılması ilə əlaqədar muxtar respublikanın dövlət və yerli özünü­idarəetmə orqanlarına müvafiq sorğular ünvanlanmış, ərizəçilərə hüquqları izah edilmişdir.
Müraciətlərə qanunla müəyyən edilmiş müddətlərdə baxılmış və daxil olan bütün müraciətlər cavablandırılmışdır.
2016-cı ildə də Müvəkkil hüquqi maarifləndirmə sahəsində fəaliyyətini əsasən insan hüquqlarının müxtəlif istiqamətləri üzrə, müxtəlif sosial qruplara ünvanlanan müvafiq tədbirlərin həyata keçirilməsi və maarifləndirici vəsaitlərin hazırlanması istiqamətində davam etdirmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nda nəzərdə tutulmuş tədbirlərin muxtar respublikada tətbiqi vəziyyətinin öyrənilməsi, habelə görülən işlərin müzakirəsi və əlaqələndirilməsi məqsədilə aid qurumların iştirakı ilə müvafiq konfranslar keçirilmiş, Proqramın icrası təmin edilmişdir.
Hər il olduğu kimi insan hüquqları sahəsində əlamətdar günlər “18 iyun Azərbaycan Respublikasında İnsan Hüquqları Günü”, “21 sentyabr Beynəlxalq Sülh Günü”, “10 dekabr Beynəlxalq İnsan Hüquqları Günü” qeyd edilmiş və müvafiq tədbirlər keçirilmişdir.
Ümumilikdə, 2016-cı il ərzində Müvəkkil təsisatı tərəfindən müxtəlif sosial qruplara ünvanlanmış və insan hüquqlarının müxtəlif istiqamətləri üzrə 77 tədbir keçirilmiş, o cümlədən hüquqi maarifləndirici vəsaitlər hazırlanaraq yayılmışdır.
2016-cı ildə Hərbi qulluqçuların hüquqlarının müdafiəsi və bu sahədə hüquqi maarifləndirmə diqqət mərkəzində olmuş, Əlahiddə Ümumqoşun Ordusu və “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyası ilə birgə hazırlanmış tədbirlər planına əsasən muxtar respublika ərazisindəki birləşmə və hərbi hissələrdə tədbirlər keçirilmiş, hüquqi vəsaitlər təqdim edilmişdir.
Ötən ildə məhkumların hüquqlarının müdafiəsi və bu sahədə hüquqi maarifləndirmənin həyata keçirilməsi davam etdirilmiş, Ədliyyə Nazirliyi ilə hazırlanmış birgə tədbirlər planına əsasən cəzaçəkmə müəssisələrində insan hüquqlarının müxtəlif istiqamətləri üzrə maarifləndirici tədbirlər keçirilmiş, müəssisənin kitabxanalarına hüquqi vəsaitlər təqdim edilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təşəbbüsü ilə 2016-cı ildə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin tabeliyində olan cəzaçəkmə müəssisələrində 9 məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş, 3 məhkumun cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilmişdir. Bununla yanaşı 28 May Respublika Günü ilə əlaqədar qəbul edilmiş amnistiya aktına əsasən 9 məhkum cəzasının çəkilməmiş hissəsindən vaxtından əvvəl azad edilmiş, 1 məhkumun isə cəzası 6 ay azaldılmışdır.
Ümumilikdə, 2016-cı il ərzində cəzaçəkmə müəssisələrində cəza çəkən 22 məhkum barəsində humanist tədbirlər tətbiq edilmişdir.
2016-cı ildə Müvəkkil preventiv mexanizm yurisdiksiyasının şamil olunduğu orqanlar üzrə ümumilikdə 31 müəssisədə mütəmadi olaraq və əvvəlcədən xəbərdarlıq edilmədən 102 başçəkmə həyata keçirmiş, preventiv mexanizmin fəaliyyəti ilə bağlı maarifləndirmə tədbirlərində 1036 nəfər iştirak etmişdir.
“Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Qanuna edilən 22 iyul 2016-cı il tarixli dəyişikliklərə əsasən preventiv mexanizm funksiyalarının qanunsuz miqrantların saxlanılması mərkəzinə də şamil edilməsi təsisatın fəaliyyətinin təkmilləşdirilməsinə, həmçinin insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi işinin daha səmərəli təşkilinə xidmət etmişdir.
Ötən il ərzində Müvəkkil aparatında beynəlxalq təcrübə mübadiləsi sahəsindəki əlaqələrin inkişaf etdirilməsi diqqət mərkəzində saxlanılmış, beynəlxalq qurumların Azərbaycan üzrə ofisləri, xarici dövlətlərin ölkəmizdəki səfirliklərinin nümayəndələri ilə görüşlər keçirilmişdir.
Ötən ildə də informasiya və ictimaiyyətlə əlaqələrin təşkili istiqamətində işlər davam etdirilmişdir.
Müvəkkilin rəsmi internet səhifəsində informasiyaların mütəmadi olaraq yenilənməsi, elektron kitabxana bazasının daha da zənginləşdirilməsi, muxtar respublikada insan hüquqları ilə bağlı həyata keçirilən tədbirlərin, o cümlədən Müvəkkil və təsisatın fəaliyyətinin işıqlandırılması, elektron müraciət səhifəsinin fəaliyyəti daim diqqət mərkəzində saxlanılmışdır.
Qeyd edilməlidir ki, ötən illər ərzində muxtar respublikada informasiya-kommunikasiya texnologiyalarının inkişafı və bu sahədə hüquqi bazanın formalaşdırılması əsas insan və vətəndaş hüquq və azadlıqlarının, o cümlədən informasiya əldə etmək hüququnun, fikir, söz, məlumat azadlığının daha səmərəli təmin edilməsinə xidmət etmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə Vətəndaşların Müraciətləri üzrə Elektron Qeydiyyat və İdarələrarası Elektron Sənəd Dövriyyəsi sistemlərinin istifadəyə verilməsi vətəndaş cəmiyyətinin, vətəndaşla dövlət orqanları arasında münasibətlərin inkişafında, dövlət orqanlarının vətəndaşların müraciətlərini və onların icrası ilə bağlı digər məlumatların vaxtında qeydiyyata alınması və vətəndaşların müraciət etmək hüququnun daha da səmərəli təmin edilməsində mühüm rol oynamışdır.
Qeyd edilməlidir ki, muxtar respublikanın sosial-iqtisadi inkişafı, bütün sahələrdə müasir çağırışlara əsaslanan yeni üsul və sistemlərin tətbiqi, habelə dövlət orqanlarının fəaliyyətinin davamlı təkmilləşdirilməsi insan hüquqlarının və azadlıqlarının səmərəli təmin edilməsi və etibarlı müdafiəsinə də geniş imkanlar açmışdır.
Müvəkkil təsisatı muxtar respublikamızda yaradılan şəraitdən istifadə edərək bundan sonra da üzərinə düşən vəzifələrin yerinə yetirilməsi istiqamətində səylərini davam etdirəcəkdir.

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

2594635
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
320
4843
320
87421
2594635

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter