23 İyun 2018, Şənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

İyun 2018
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1

 

 

LİNKLƏR

 

 

Muxtar respublikada hərbi hissələrin döyüş qabiliyyətinin yaxşılaşdırılması ilə yanaşı, zabit-gizir ailələrinin sosial məişət şəraitinin yaxşılaşdırılması da diqqət mərkəzində saxlanılır. Hərbi şəhərciklərdə yeni yaşayış binaları, sosial obyektlər, xidmət sahələri, məktəb binaları və uşaq bağçaları tikilərək istifadəyə verilir.

Dekabrın 31-də “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının hərbi şəhərciyində yeni uşaq bağçası istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali ­Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmiş, binada yaradılan şəraitlə tanış olmuşdur.
Məlumat verilmişdir ki, zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarət olan bağça 72 yerlikdir. Binada yataq və yemək otaqları, oyun və tədbir zalları, mətbəx, camaşırxana və anbar vardır. Uşaqların tərbiyəsinə, sağlamlığına və qidalanmasına ciddi diqqət yetirilir.

Valideyn Günay Nağıyeva zabit-gizir ailələri adından minnətdarlıq edərək demişdir ki, yeni uşaq bağçasının istifadəyə verilməsi zabit-gizir ailələrinə göstərilən qayğının daha bir ifadəsidir. Yaradılan şərait uşaqların məktəbəqədər təlim-tərbiyəsinin yüksək səviyyədə təşkilinə və onların sağlamlığının qorunmasına imkan verəcəkdir.
Ali Məclisin Sədri məktəbəqədər tərbiyənin düzgün təşkili, uşaqların qidalanması və sağlamlığının qorunması barədə tapşırıqlar vermişdir.
Tədbirlər zalında uşaqlar Azərbaycan Respublikasının Dövlət Himnini ifa etmiş, Vətənimizə, ulu öndər Heydər Əliyevə həsr olunmuş şeirlər söyləmiş, mahnılar oxumuşlar.
Ali Məclisin Sədri uşaqlara hədiyyələr təqdim etmiş, onlarla xatirə şəkli çəkdirmişdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

2620968
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1899
5032
26653
113754
2620968

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter