08 Avqust 2020, Şənbə

Muxtar respublikanın dağlıq rayonlarından olan Şahbuzda da taxıl biçininə başlanılıb. Biçin, əsasən, Şahbuzkənd, Türkeş, Sələsüz və Daylaqlı kəndlərində aparılır.

Taxılın toplanılmasında “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Şahbuz rayon bazasına məxsus 2, fiziki şəxslərə aid 3 kombayndan istifadə olunur. Bu ilin məhsulu üçün rayonda, ümumilikdə, 1563 hektar sahədə taxıl əkini aparılıb. Rayonun təbii-iqlim şəraitinə uyğun olaraq burada taxıl biçininə digər rayonlarla müqayisədə gec başlanılır.
Qeyd edək ki, Şahbuz rayonunda taxılçılığa maraq ildən-ilə artır. Buna səbəb isə bu sahəyə göstərilən dövlət qayğısı və yeni suvarma sistemlərinin quraşdırılmasıdır. Ötən il Türkeş kəndində qapalı suvarma sistemləri quraşdırılmasının nəticəsidir ki, bu il ən çox taxıl rayonun həmin kəndində əkilib. Belə ki, torpaq mülkiyyətçiləri Türkeşdə 300 hektardan artıq sahədə taxıl əkiblər.

Xəbərlər şöbəsi

ARXİV

Avqust 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR