03 Mart 2021, Çərşənbə

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən “Dövlət orqanlarında kargüzarlığın, dövlət qulluqçularının reyestrinin və şəxsi işlərinin aparılması qaydaları” mövzusunda maarifləndirici seminar keçirilib.

 Komissiyanın sədri İsmayıl Qəribli tədbiri giriş sözü ilə açaraq bildirib ki, dövlət qulluğuna dair qanunvericiliyin dövlət orqanlarında düzgün tətbiqi ilə bağlı mütəmadi olaraq maarifləndirici tədbirlər həyata keçirilir. 2019-cu ildə komissiya tərəfindən dövlət qulluğu sahəsində qəbul edilmiş normativ-hüquqi aktların dövlət qulluqçuları tərəfindən öyrənilməsi ilə bağlı təşkil olunan 13 seminarda 1238 dövlət qulluqçusu iştirak edib. Lakin buna baxmayaraq, bəzi hallarda qanunvericiliyin tələblərinin pozulması halları müşahidə olunur. Belə ki, 2019-cu il ərzində komissiya tərəfindən 6 dövlət orqanının normativ-hüquqi aktlara uyğun olmayan 7 qərarı ləğv etdirilib. Keçirilən seminarın əsas məqsədi qanunvericiliyin tələblərinin dövlət qulluqçularının diqqətinə çatdırılmasıdır.

Sonra komissiyanın əməkdaşı Orxan Abdullayev hazırlanmış slayd vasitəsilə “Dövlət orqanlarında kargüzarlığın, dövlət qulluqçularının reyestrinin və şəxsi işlərinin aparılması qaydaları”nı izah edib. Seminarda kargüzarlığın aparılması işi, o cümlədən sənədlərin hazırlanması, qeydiyyatı, hərəkəti, icrası, uçotu və arxivə verilməsi, habelə vətəndaşların müraciətlərinin qəbulu və qeydiyyata alınması, müraciətlərə baxılması və cavablandırılması, vətəndaşların qəbulunun təşkil edilməsi, müraciətlərlə bağlı sənədlərin qovluqlaşdırılması və saxlanılması qaydaları, o cümlədən dövlət qulluqçularının reyestrinin və şəxsi işlərinin aparılması barədə geniş məlumat verilib. Çıxışda bu proseslər zamanı müşahidə olunan nöqsanlara da toxunulub.
Sonda müzakirə aparılıb, iştirakçıları maraqlandıran suallar ətraflı cavab­landırılıb.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin Sədri yanında
Dövlət Qulluğu Məsələləri üzrə
Komissiyanın mətbuat xidməti

ARXİV

Mart 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR