24 Oktyabr 2017, Çərşənbə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Oktyabr 2017
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

 

 

LİNKLƏR

 

 

Ötən həftə Bakıda keçirilmiş BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunda iştirak etmiş Amerika Birləşmiş Ştatlarından olan siyasi analitik və araşdırmaçı jurnalist Peter Tase Naxçıvan Muxtar Respublikasına da səfər edərək onun görməli yerləri, tarixi abidələri və təhsil müəssisələri ilə yaxından tanış olub. Amerikalı jurnalisti redaksiyamıza dəvət edib, onun təəssüratlarını öyrəndik: 

– Artıq üç gündür ki, Naxçıvandasınız və səfərinizdən hansı təəssüratlarınız vardır?

– Bu, mənim Naxçıvana ikinci səfərimdir. 2014-cü ilin payızında keçirilən humanitar forumun iştirakçısı kimi o zaman yenə də Naxçıvana səfər etmişdim. Bu dəfə də qismət oldu, gözəl ölkənizə dəvət aldım və yenidən Naxçıvana gəldim. Naxçıvana ilk gəlişimdən sonra çox dəyişikliklərin şahidiyəm. Təəssüratlarıma Naxçıvan Beynəlxalq Hava Limanında sərnişinlər üçün yaradılmış şəraitdən başlamaq istəyirəm. Limanın xidmət potensialının artırılması məqsədilə görülmüş işlər onu göstərir ki, Naxçıvan hər gün yüzlərlə qonağı qarşılamaq üçün bütün imkanlara malikdir. Bu, inkişaf edən ölkəniz üçün çox vacibdir, çünki indi bütün dünyanın diqqəti Naxçıvandadır.

  – Səfəriniz zamanı diqqətçəkən nələr gördünüz?

– ABŞ-la Azərbaycan arasında 12 saata yaxın zaman fərqi olsa da, heç yorulmuram. Naxçıvanda özümü rahat hiss edirəm. Əvvəlcə Ordubadda olduq. Şəhər, onun quruluşu, məscidləri, digər tarixi abidələri, Ordubad çinarları məndə dərin təəssürat yaradıb. Milli yeməklərinizi çox bəyənirəm. Mənə görə Naxçıvan mətbəxinin əvəzi yoxdur. Ordubadda nələr görmədik? Bu şəhər başdan-başa muzeydir. Fikrimcə, Ordubad şəhəri YUNESKO-nun ümumdünya irsi siyahısına salınmalıdır. Bununla bağlı dünyanın nüfuzlu mətbuat orqanlarında yazılar dərc etdirəcəyəm. Mənim əsas maraq obyektim tarixi abidələr və arxeoloji mədəniyyət nümunələri üzrədir. Ordubadda aldığım təəssüratlar bir neçə yazımın əsas motivi olacaq.

– Naxçıvandakı tarixi abidələr sizə nə deyir?

– Vətənpərvərlik! Bilirsiniz, hər bir insan öz vətənini çox sevir. Ancaq bunu sözdən çox işdə, əməldə etmək daha yaxşıdır. Mənə bərpa olunan Gülüstan türbəsini göstərdilər. Bu, bir qəhrəmanlıqdır. Necə ki azərbaycanlılar bir zamanlar bu yerləri qorumaq, onun üzərində tarixi abidələr ucaltmaq üçün fədakarlıq edib, bu gün də həmin ənənə davam etdirilir. Bu abidələr təkcə Azərbaycanın deyildir. Onlar bütün bəşəriyyətin maddi-mədəni irsi kimi gələcək nəsillər üçün qorunub saxlanılmalıdır. Naxçıvanda tarixi abidələrə göstərilən diqqət məni heyrətləndirdi. Bu baxımdan Naxçıvanın rəhbəri cənab Vasif Talıbovun gördüyü işlər dünya əhəmiyyətlidir.

– Əlincəqalaya getdinizmi?

– Ordubaddan geri dönüşdə hava yağışlı olsa da, qalaya qalxmaq imkanımız oldu. Bu, mənim həyatımda möhtəşəm bir an idi. Bir daha belə bir hissi yaşaya biləcəyimə inanmıram. Qalanın müdafiəçiləri 14 il ərzində işğalçıdan qorunmaq üçün böyük qəhrəmanlıq göstəriblər. İnsanlar tarix yazıblar. Bu tarix bu gün də yazılır. Əlincəqalanın bərpasını, tarixi bərpasını nəzərdə tuturam. Bəli, bu, tarixi bir fürsətdir. Mənə verilən məlumata görə artıq iki ildir ki, burada bərpa işləri aparılır. Bu möhtəşəm tarixi qalanın bərpası həm müasir Azərbaycan tarixinin bir hissəsi, həm də mükəmməl liderliyin doğurduğu böyük vətənpərvərlik illüstrasiyasıdır. Bu işin həm də psixoloji tərəfi vardır. Buradakı daşlarda, pillələrdə qalanın müdafiəçilərinin qəhrəmanlığı qədər Naxçıvan rəhbərinin səbri və qətiyyəti də aydın oxunur. Bu işlər Naxçıvanın və bütün Azərbaycanın mənfəəti naminə çox əhəmiyyətlidir. Modern dünya da bütün bunlara ümumbəşəri işlər kimi yanaşır. İnanıram ki, yaxın zamanda bütün bunlar beynəlxalq səviyyədə də öz qiymətini alacaqdır.

– Sizinlə redaksiyanın həyətində söhbətləşərkən Naxçıvandakı məktəblərin, universitetlərin və istehsal müəssisələrinin müasirliyindən danışdınız. Deyəsən, təhsil və istehsal müəssisələri sizdə zəngin təəssürat yaradıb.

– Bilirsinizmi, öz keçmişi ərzində yüz, ikiyüzillik müstəqillik tarixi olan çoxlu ölkələr tanıyıram. Məsələn, Cənubi Amerika qitəsindəki ölkələrdə elə kəndlər və hətta kiçik şəhərlər vardır ki, orada bir dənə də olsun məktəb yoxdur. Bu gün Naxçıvanda yeni tikilmiş yüzlərlə məktəb, kollec və universitet binasını yalnız ölkəsinin və millətinin gələcəyini düşünən insanlar yarada bilər. Mən öyrənəndə ki, burada muzeylərlə məktəblər arasında interaktiv əlaqə yaradılır, açığı çox təəccübləndim. Dünyanın heç bir inkişaf etmiş ölkəsində bu işi pulsuz həyata keçirmirlər. Bu, bir vətənpərvərlik nümunəsidir. Mən yenə tarixi abidələr mövzusuna qayıtmaq istəyirəm. Məsələn, bildiyiniz kimi, Peruda qədim İnk mədəniyyətinin zəngin izləri vardır. Ancaq mən istəyirəm ki, onlar Naxçıvana gəlsinlər və görsünlər ki, tarixi abidələrə necə qayğı göstərmək lazımdır. Bütün bunlar blokada şəraitində, onun çətinlikləri altında həyata keçirilib. Düşünürəm ki, əgər Azərbaycana qarşı erməni təcavüzü olmasaydı, bu gözəl diyar, eləcə də bütün ölkəniz daha da inkişaf edə bilərdi. Mən Naxçıvan Dövlət Universitetinin və “Naxçıvan” Universitetinin kampusu ilə tanış oldum və tələbələrlə görüşdüm. Belə bir müasir universitet şəhərciyi yalnız Avropanın paytaxt şəhərləri ilə müqayisə oluna bilər. Buradakı tələbələrlə söhbətdə onların fəallığını yaxından hiss elədim. Bundan əvvəl Naxçıvan Biznes Mərkəzi ilə tanış olmuşdum. Burada nümayiş etdirilən Naxçıvan məhsullarına gəldikdə isə onu deyə bilərəm ki, bu, cəmi iki onilliyə sığa bilən astronomik inkişafın nəticəsi ola bilər. Əgər Badamlı suyu artıq ərəb ölkələrinə satılırsa, bu, möcüzədir. Naxçıvandakı daş məhsulları istehsalı müəssisəsi də öz müasirliyi ilə məni heyrətləndirdi. İnanın, dünyanın mərmər idxal edən ölkələrinin Naxçıvan mərmərindən xəbəri olsa, onlar daha italyan mərməri almayacaqlar. Çünki buradakı məhsullar həm ucuz, həm də keyfiyyətlidir. Başqa bir fakt isə daha heyrətamizdir. Mənə dedilər ki, artıq Naxçıvanda 8 elektrik stansiyası vardır. Buna heç kim heyrətlənməyə bilməz. Müqayisə aparaq, Braziliya kimi böyük bir ölkə­də 1984-cü ildən bəri cəmi 7 elektrik stansiyası tikilib. Ancaq 1995-ci ildən sonra biri Günəş stansiyası olmaqla, Naxçıvanda 7 elektrik stansiyası yaradılıb. Bunlar təəccüblü olsa da, faktdır. Fakt odur ki, naxçıvanlılar bunları edə biliblər. Dostlarımızın uğurları bizi çox sevindirir.

– Artıq Naxçıvandan ayrılırsınız. Ümid edirik ki, ABŞ-dakı dostlarımızla bölüşə biləcəyiniz çox təəssüratlar əldə etmisiniz.

Bəli, Naxçıvana bu səfərimlə, ümumiyyətlə, Bakı forumunda iştirakımla ölkənizi daha yaxından tanıdım. Bu, mənim üçün tarixi bir hadisə oldu. Sizi də, qəzetinizin əməkdaşlarını da yaxından tanıdım. Bu, mənim üçün yeni bir başlanğıcdır. Çox dərin təəssüratlar və pozitiv enerji ilə ölkənizdən ayrılıram. Müxtəlif vaxtlarda “Şərq qapısı” qəzetində dərc olunmuş məqalələrimin olduğu nüsxələr də mənim üçün ən yaxşı hədiyyə oldu. Bu gözəl diyarınızın inkişafı və qorunması işində hamınıza uğurlar arzulayıram.

– Müsahibə üçün sağ olun.

 Əli Cabbarov

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4829787
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
10910
17982
28892
364847
4829787

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter