22 İyul 2018, Bazar

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

İyul 2018
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

 

 

LİNKLƏR

 

 

Dünya Şahmat Federasiyasının vitse-prezidenti, Türkiyə Respublikası Şahmat Federasiyasının prezidenti Gülkız Tülayın rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına səfərə gəlib.

Qonaqlar əvvəlcə ümummilli ­liderimiz Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gələrək öz ehtiramlarını bildirib, Heydər Əliyev Muzeyini ziyarət ediblər.
Nümayəndə heyəti Culfa, Ordubad və Babək rayonlarında fəaliyyət göstərən Uşaq-gənclər şahmat məktəblərində olub, burada dərs prosesini izləyib, turnirlərdə uğurlar qazanan gənc şahmatçılarla görüşüblər.
Duzdağ Fizioterapiya Mərkəzinin fəaliyyəti ilə maraqlanan qonaqlara məlumat verilib ki, Naxçıvanda havanın təmiz, iqlimin quru, günəşli günlərin sayının çox olması xəstəxanada rütubətin səviyyəsini normal saxlayır. Müalicə turizminin inkişafı baxımından mühüm əhəmiyyət daşıyan mərkəzə dünyanın bir çox ölkə­lərindən də müraciətlər olur.
Duz Muzeyi ilə tanışlıq zamanı bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 12 sentyabr tarixli Sərəncamına əsasən yaradılan Naxçıvan Duz Muzeyi xalqımızın tarixinin, mədəniyyətinin, milli-mədəni dəyərlərinin qorunub yaşadılması baxımından mühüm əhəmiyyətə malikdir.
Qonaqlar, həmçinin “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında və “Naxçıvanqala” Tarix-Memarlıq Muzey kompleksləri ilə də tanış olub, Nuh Peyğəmbərin məzarüstü türbəsini ziyarət edib, Naxçıvan Biznes Mərkəzinin fəaliyyəti ilə maraqlanıblar.
Naxçıvan Şəhər Şahmat Mərkəzində yaradılan şərait nümayəndə heyətində xoş təəssürat yaradıb. Bildirilib ki, 2009-cu ildə fəaliyyətə başlayan mərkəz ötən dövr ərzində gənc zəka sahiblərinin yetişməsində, uşaqlar arasında bu idman növünə marağın artırılmasında mühüm rol oynayıb.
Dünya Şahmat Federasiyasının vitse-prezidenti, Türkiyə Respublikası Şahmat Federasiyasının prezidenti Gülkız Tülay “Şərq qapısı” qəzetinə müsahibəsində səfərinin məqsədi və təəssüratları barədə ­deyib:
– Səfərimin məqsədi Naxçıvanda fəaliyyət göstərən şahmat məktəbləri ilə yaxından tanış olmaq, mayın 1-də start veriləcək “Naxçıvan – 2018” Beynəlxalq Şahmat Festivalının açılışında iştirak etmək və gələcəkdə bu idman növü üzrə həm Türkiyədə, həm də Naxçıvanda keçiriləcək yarışlarda idmançıların iştirakını təmin etmək üçün birgə əməkdaşlığı daha da artırmaqdır.
Muxtar respublikanın bir sıra şahmat məktəblərində olduq və gördük ki, Naxçıvanda şahmatın inkişafı, kütləviliyinin təmin edilməsi üçün böyük işlər görülüb. Təsadüfi deyil ki, muxtar respublika son illər bu idman növü üzrə beynəlxalq turnirlərin keçirilməsi üçün mərkəz rolunu oynayır. Bütün bunlar Türkiyə dövlətini və türk xalqını ürəkdən sevindirir. İnanırıq ki, gələcəkdə bu idman növü üzrə birgə səylərimiz daha yüksək nəticələr verəcək.
Qədim diyara səfərimiz çərçivəsində fürsətdən istifadə edib muxtar respublikanın bir sıra tarixi abidələrini, mədəniyyət, səhiyyə müəssisələrini gəzdik, Naxçıvan Biznes Mərkəzinin fəaliyyəti ilə maraqlandıq. Olduğumuz hər yerdə bizi qonaqpərvərliklə qarşıladılar. Buna görə minnətdaram.
Sonda qeyd etmək istəyirəm ki, muxtar respublikanın tarixiliyi, eyni zamanda müasir görünüşü məni heyran etdi. Naxçıvanda olduğuma, bu qədim diyarla yaxından tanışlığıma çox sevindim. Bura gələcəkdə bir daha səfər etməyi düşünürəm.

 Nail ƏSGƏROV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

2764176
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
242
4900
31227
105415
2764176

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter