24 Oktyabr 2017, Çərşənbə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Oktyabr 2017
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

 

 

LİNKLƏR

 

 

Xəbər verdiyimiz kimi, Hindistan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Sanjay Rana martın 5-dən 8-dək Naxçıvan Muxtar Respublikasında səfərdə olub. Səfər çərçivəsində diplomat muxtar respublikanın təhsil, mədəniyyət, səhiyyə və istehsal müəssisələri ilə tanış olub, bir sıra görüşlər keçirib. Səfərin sonuncu günü isə hindistanlı səfir Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyini ziyarət edib, şəhərin “Sərşəhər” küçəsində yerləşən kəhrizə baxıb. Naxçıvan Muxtar Respublikasından xoş ovqatla ayrılan səfir Sanjay Rana səfərlə bağlı təəssüratlarını “Şərq qapısı” qəzeti ilə bölüşüb:
– İlk olaraq Naxçıvana səfərinizin məqsədini bilmək istərdik.
– Naxçıvan Muxtar Respublikasına səfərimin məqsədi bu regionla yaxından tanış olmaq idi və bu tanışlıq mənə çox xoş təsir bağışladı. Burada olduğum müddətdə muxtar respublikanın təhsil, mədəniyyət, səhiyyə müəssisələrini gəzdik, muzeyləri ziyarət etdik. Mən muxtar respublikada bir sıra yüksək səviyyəli görüşlərdə oldum, əməkdaşlığımızın gələcək inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi apardıq. Bu görüşlər maraqlı keçdi və Hindistan ilə Azərbaycan, həmçinin Naxçıvan arasındakı əlaqələr üçün yeni ideyalar ortaya çıxdı. Düşünürəm ki, həmin yeni ideyalar bundan sonrakı əməkdaşlığımızda əhəmiyyətli rol oynayacaq.

– Səfər təəssüratlarınızı necə ifadə edərdiniz?
– Qeyd etdiyim kimi, muxtar respublika ilə tanışlıq məndə xoş təəssüratlar yaratdı. Şahidi oldum ki, Naxçıvan zəngin tarixi keçmişə və mədəniyyətə malikdir. Səfər proqramı yaxşı təşkil olunduğu üçün qısa vaxt ərzində imkan tapıb bir çox yerlərdə olduq. Eyni zamanda bu diyarla tanışlıq bir daha göstərdi ki, xalqlarımızın adət-ənənələri, mədəniyyətləri arasında oxşarlıqlar var. Hətta mən düşünürəm ki, gələcəkdə bizim mədəniyyət sahəsində çalışan mütəxəssislərimizi bura dəvət edə bilərik.
– Qeyd etdiyiniz kimi muxtar respublikaya səfəriniz çərçivəsində burada bir çox görüşlər keçirdiniz və müxtəlif sahələr üzrə fikir mübadiləsi aparmaq imkanınız oldu. Necə düşünürsünüz, Naxçıvan Muxtar Respublikası ilə hansı sahələrdə əməkdaşlıq daha perspektivlidir?
– Hesab edirəm ki, iqtisadi sahələrdə geniş əməkdaşlıq imkanlarımız vardır. Çünki Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı yaxşı inkişaf edib, bu sahədə yaxşı əlaqələr qura bilərik. Digər tərəfdən, mən su və kanalizasiya, həmçinin irriqasiya layihələri ilə bağlı iş görəcəyimizi düşünürəm. İnanıram ki, mənim bura ikinci səfərimdə bu sahənin mütəxəssisləri də yanımızda olacaq. Bundan əlavə, mədəniyyət, turizm və təhsil sahələri üzrə də faydalı əməkdaşlıq əlaqələri quracağımıza inanıram.
– Sağ olun.

Səbuhi Həsənov

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4829616
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
10739
17982
28721
364676
4829616

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter