07 Dekabr 2021, Çərşənbə axşamı

Bu gün muxtar respublikada iqtisadi inkişafın səmərəliliyinin artırılmasında keyfiyyət əsas meyar kimi qəbul olunur. Buna görə də daxili bazarın qorunması istiqamətində təsərrüfat subyektlərində istehsal edilən və idxal olunan məhsulların keyfiyyətinə dövlət nəzarəti diqqət mərkəzində saxlanılır. 

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin bilavasitə diqqət və qayğısı sayəsində həyata keçirilən tədbirlər istehlakçıların hüquqlarının qorunmasına, əhalinin tələbatının daha keyfiyyətli məhsullarla ödənilməsinə hərtərəfli şərait yaratmışdır. Bu il fevral ayının 27-də Naxçıvan Biznes Mərkəzində sahibkarlarla keçirilən görüşdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri daxili bazarın keyfiyyətli və təhlükəsiz yerli məhsullarla təminatı baxımından dövlət orqanları ilə birlikdə sahibkarlar qarşısında da mühüm vəzifələr müəyyənləşdirərək demişdir: “İqtisadiyyat Nazirliyi aidiyyəti qurumlarla birgə özünüməşğulluğun təmin edilməsi, ailə təsərrüfatlarının inkişafı və yerli xammala əsaslanan yeni istehsal sahələrinin yaradılması istiqamətində tədbirlər həyata keçirməli, ailə təsərrüfatları tərəfindən istehsal olunan məhsulların rəqabətqabiliyyətinə, ixracyönümlülüyünə, standartlara uyğun dizayn və qablaşdırılmasına diqqət artırılmalı, idxaldan asılılıq aradan qaldırılmalı, xammaldan-satış baza­rınadək məsələlər təhlil edilməlidir”. Bütün bunlar, nəticə etibarilə, istehlakçıların təhlükəsiz və keyfiyyətli məhsullarla təmin edilməsinə şərait yaradan vacib amillərdəndir. Ona görə ki, yerli istehsalın təşkili bir tərəfdən xaricə valyuta axınının qarşısını alaraq idxaldan asılılığı aradan qaldırırsa, digər tərəfdən məhsulun istehlakçılara daha münasib qiymətlərlə çatdırılmasına imkan yaradır, mənşəyi məlum olmayan, ekoloji cəhətdən o qədər də təmiz hesab edilməyən məhsulların bazarlara yol açmasının qarşısını alır. Bu da muxtar respublikada daxili bazarın, eyni zamanda istehlakçıların hüquqlarının qorunması deməkdir.

Yеrli istehsalın genişləndirilməsi və istеhsаlçılаrın mənаfеlərinin qоrunmаsı məqsədilə Naxçıvan Muxtar Respublikasında istehsal olunan ərzaq və qeyri-ərzaq məhsulları haqqında məlumat bazası hazırlanmış, tоpdаn və pərаkəndə sаtış оbyеktlərində yеrli istеhsаl məhsullаrının sаtışınа üstünlük vеrilməsi ilə bаğlı sаhibkаrlаrlа mааrifləndirici tədbirlər keçirilmişdir. Artıq sahibkarlar tərəfindən, xüsusilə yeyinti məhsullarının lazımi keyfiyyətdə istehsalına, onların saxlanma şəraitinə riayət olunmasına, daşınmasına və satışına, istehlakçılara göstərilən xidmət səviyyəsinin xeyli dərəcədə yaxşılaşdırılmasına nail olunmuşdur.
Cari ilin ötən dövrü ərzində daxili bazarda süni qiymət artımının və razılaşdırılmamış qiymətlərin tətbiqinin qarşısının alınması istiqamətində muxtar respublikanın şəhər, rayon və kəndlərində fəaliyyət göstərən ticarət obyektlərində mütəmadi olaraq monitorinqlər keçirilmiş, satışa çıxarılan məhsulların üzərinə qiymət yarlıqlarının vurulması təmin edilmiş, satışda olan əsas istehlak mallarının qiymətləri nəzarətdə saxlanılmışdır.
Daxili bazara nəzarət və keyfiyyətin yüksəldilməsi məqsədilə 2021-ci ilin ötən dövrü ərzində 924 halda istehsal, ticarət və xidmət obyektlərində qiymət və keyfiyyətə nəzarət həyata keçirilmişdir.
Məhsulun istehlakçılara çatdırılmasında bütün tələblərə riayət olunur ki, bu da muxtar respublika əhalisinin ekoloji cəhətdən təmiz, keyfiyyətli və etibarlı ərzaqla təminatına imkan verir. Bunun üçün malların keyfiyyət və təhlükəsizlik göstəriciləri üzrə laborator müayinələr aparılır, nəticələrə uyğun olaraq operativ tədbirlər görülür. Belə ki, cari ilin ötən dövrü ərzində ərzaq mallarının keyfiyyət və təhlükəsizlik göstəricilərinin qiymətləndirilməsi ilə bağlı 455 səyyar və 1567 halda mal nümunəsi laboratoriya analizindən keçirilmişdir. Müayinə aparılmış mallar, əsasən, taxıl emalı məhsulları, unlu-qənnadı məmulatları, süd və süd məhsulları, konservlər, ət və ət məhsulları, meyvə-tərəvəz, mineral sular və sərinləşdirici içkilər, tamlı məhsullar, yağlar və digər məhsullar olmuşdur. Müayinə nəticəsində 1 halda malların keyfiyyət və təhlükəsizlik göstəricilərinin normativ-texniki sənədlərin tələblərinə uyğun olmadığı müəyyən edilmiş və bununla bağlı müvafiq tədbirlər görülmüşdür.
İstehlakçıların hüquqlarının qorunması istiqamətində həyata keçirilən tədbirlərdən biri də süni qiymət artımının qarşısının alınmasıdır. Bu məqsədlə muxtar respublikada fəaliyyət göstərən ərzaq və qeyri-ərzaq məhsullarının topdansatışını həyata keçirən 41 sahibkarlıq subyektinin 12759 və yerli məhsulların istehsalı ilə məşğul olan 42 sahibkarlıq subyektinin 1295 olmaqla, cəmi 14054 çeşiddə məhsula və onların qiymətlərinə nəzarət olunmuşdur.
Muxtar respublikada ailə təsərrüfatları sürətlə inkişaf edir. Sahibkarlığın İnkişafı Fondu tərəfindən cari ilin ötən dövrü ərzində onların fəaliyyətlərinin stimullaşdırılması, genişləndirilməsi üçün 60 ailə təsərrüfatına 946 min 700 manat güzəştli kredit verilmiş, müxtəlifölçülü taralarla təmin edilmişdir. Eyni zamanda şəhər və rayonlarımızda fəaliyyət göstərən ticarət obyektlərində ailə təsərrüfatı məhsulları guşələrinin yaradılması muxtar respublikada belə məhsulların çeşidinin və rəqabət qabiliyyətinin artırılmasında, istehlakçıların ekoloji təmiz ərzaq məhsulları ilə təmin edilməsində mühüm rol oynayır.
Yerli məhsullarımızın satışına və təbliğinə geniş imkanlar açan, süni qiymət artımına maneə yaradan, bazardakı bolluğu təmin edən kənd təsərrüfatı yarmarkaları daxili bazarın inkişaf etdirilməsində əsas istiqamətlərdən biri kimi mühüm rol oynayır. Hər həftənin şənbə və bazar günləri Naxçıvan şəhərində və rayon mərkəzlərində kənd təsərrüfatı və sənaye məhsulları yarmarkası təşkil olunmuş və məhsulların bazar qiymətlərindən 10 faiz aşağı qiymətə satılmasına nəzarətin həyata keçirilməsi təmin edilmişdir.
Muxtar respublikamızda əhalinin sağlamlığı, təhlükəsizliyi naminə keyfiyyətli məhsul istehsalı, həmçinin Naxçıvanın iqtisadi baxımdan inkişaf etmiş bir diyara çevrilməsi, istehlakçıların hüquqlarının qorunması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. Bizim hər birimiz istehlakçı kimi öz hüquqlarımızı yaxşı bilməli, yerli məhsullara üstünlük verməklə daxili bazarın qorunması və maliyyə vəsaitlərinin xaricə axınının qarşısının alınması istiqamətində aparılan dövlət siyasətinə öz əməli işimizlə töhfə verməliyik.

Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR