07 Dekabr 2021, Çərşənbə axşamı

Muxtar respublikanın ən böyük bölgələrindən biri olan Babək rayonunun münbit torpaqları burada aqrar sahənin inkişafına geniş imkanlar yaradıb. Ona görə də rayonda həm də qarğıdalı əkilib-becərilməsinə xüsusi önəm verilir. Hər il bölgənin torpaq mülkiyyətçiləri iqtisadi cəhətdən səmərəli olan bu sahədə xeyli gəlir əldə edirlər. Onlar dövlət tərəfindən müxtəlif yardımlarla, yüksək reproduksiyalı toxumlarla təchiz olunurlar. Tədarük edilən məhsulun satılmasında da heç bir çətinlik yoxdur. Cari ildə də babəklilər öz torpaqlarında bu məhsulun becərilməsi ilə məşğul olublar. Rayonda 201 hektar sahədə dən üçün qarğıdalı əkini həyata keçirilib. Sahələrə vaxtlı-vaxtında və aqrotexniki qaydada qulluq göstərilib. Bu səbəbdəndir ki, torpaq mülkiyyətçiləri bol məhsul yetişdirməyə nail olublar.
Bu il rayonun Nehrəm və Cəhri qəsəbələrində, Şıxmahmud, Uzunoba və başqa kəndlərində qarğıdalı əkinlərinə daha geniş yer verilib. Artıq sahələrdə məhsul tədarükünə başlanılıb. Bunun üçün texnikalar saz vəziyyətə gətirilib. Rayon İcra Hakimiyyətindən aldığımız məlumatda deyilir ki, 151 hektar sahədə biçin aparılıb.
Onu da qeyd edək ki, bu il qarğıdalının kiloqramı 40 qəpikdən qəbul edilərək dəyəri yerində ödənilir.

Həsrət NAĞIYEVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR