07 Dekabr 2021, Çərşənbə axşamı

Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən Naxçıvan Muxtar Respublikasında torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin gücləndirilməsi, eləcə də daşınmaz əmlakın kadastrı və reyestrinin təkmilləşdirilməsi sahəsində ardıcıl fəaliyyətin təmin edilməsi cari ilin sentyabr ayında da diqqətdə saxlanılıb, xidmətin fəaliyyət sahələri üzrə işlər uğurla icra edilib.
“2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın icrası ilə əlaqədar Ordubad rayonu üzrə 161,78 hektar meyvə bağı, 50,82 hektar meşə zolağı plana alınaraq xəritələşdirilib.

“2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və ixracının stimullaşdırılmasına dair Dövlət Proqramı”nın icrası ilə əlaqədar Kəngərli rayon inzibati ərazi vahidinin sərhədləri daxilində əkin dövriyyəsindən kənarda qalmış torpaqların əhatə etdiyi ərazilərin xəritələri hazır­lanaraq aidiyyəti üzrə təqdim olunub.
Ötən ay muxtar respublikada kənd təsərrüfatı təyinatlı torpaqların münbitliyinin artırılması məqsədilə Şahbuz rayonunun Külüs, ailə təsərrüfatlarının inkişafı ilə bağlı Culfa rayonunun Ərəzin, muxtar respublikanın iqlim şəraitinə uyğun və yüksək məhsuldarlığa malik yerli meyvə-tərəvəz sortlarının bərpası və tətbiq olunması, əkin atlaslarına uyğun olaraq meyvə-tərəvəz əkinlərinin aparılması məqsədilə Babək rayonunun Yuxarı Uzunoba kəndində torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin, o cümlədən ailə təsərrüfatı nümayəndələrinin iştirakı ilə maarifləndirici tədbirlər keçirilib.
Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi ilə əlaqədar Şərur rayonunun İbadulla, Kosacan, Kəngərli rayonunun Çalxanqala kəndlərinin ərazilərində monitorinqlər başa çatdırılıb, müəyyən edilmiş qanun pozuntuları aradan qaldırılıb.
Ötən ay ərzində 709 daşınmaz əmlak obyekti üzərində hüquqlar dövlət qeydiyyatına alınıb, 534 texniki sənəd hazırlanıb, yeni yaranmış 38 daşınmaz əmlak obyektinə ünvan verilib, 117 torpaq sahəsinin plan-ölçüsü dövlət kadastr kitablarında qeydiyyata alınıb. Səyyar xidmət vasitəsilə 8 yaşayış məntəqəsində vətəndaşların müraciətinə baxılıb, 2 ailə təsərrüfatına məxsus qeyri-yaşayış obyekti, 9 ailə təsərrüfatına məxsus həyətyanı təsərrüfat binaları sənədləşdirilib, təsərrüfat fəaliyyəti ilə əlaqədar 3 ailə təsərrüfatının icarəsinə verilmiş torpaq sahəsi üzərində hüquqlar dövlət qeydiyyatına alınıb.

Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə
Dövlət Xidmətinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR