17 Oktyabr 2021, Bazar

Müasir texnologiyalardan geniş istifadə insanların informasiya tələbatlarının ödənilməsində, iqtisadiyyat, elm, təhsil, səhiyyə və digər sahələrin inkişafında mühüm əhəmiyyət daşıyır. Rabitə sahəsində gedən sürətli inkişaf əhalinin müasir rabitə xidmətləri ilə əhatə olunması istiqamətində işlərin davam etdirilməsinə əsas zəmin yaradıb. Bu gün muxtar respublikada internet istifadəçilərinin müasir rabitə xidmətləri ilə təmin edilməsi, göstərilən xidmətlərin hər bir sakin üçün əlçatan olması prioritet məsələlərdəndir.

Muxtar respublikada əhaliyə rabitə və internet xidmətlərinin göstərilməsi avqust ayında da uğurla davam etdirilib. Stasionar telefon şəbəkəsinin genişləndirilməsi və əhalinin keyfiyyətli internet xidmətləri ilə təmin olunması məqsədilə həyata keçirilən kompleks tədbirlərin nəticəsi olaraq avqust ayı ərzində muxtar respublika üzrə 185 abonent yeni stasionar telefon xətti ilə, 506 abonent ADSL (Asimmetrik Rəqəmsal Abunəçi Xətti) internetlə təmin olunub. GPON (Giqabyte Passive Optical Network–Qiqabit tutumlu Passiv Optik Şəbəkə) texnologiyası əsasında həyata keçirilən “Evədək optika” layihəsi çərçivəsində isə 1 fərdi mənzilə fiber-optik xətt çəkilib, zəruri avadanlıqlar quraşdırılıb. Bunlarla yanaşı, idarə, müəssisə və digər qurumlara fiber-optik xətlər çəkilib, müvafiq avadanlıqlar quraşdırılıb və istismar müddəti ərzində fiber-optik xətlərdə yaranmış nasazlıqların qısa zamanda aradan qaldırılması istiqamətində zəruri tədbirlər həyata keçirilib.
Rabitə infrastrukturunun yenidən qurulması, xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi məqsədilə şəhər, rayon və kəndlərdə müvafiq işlər görülüb. Həyata keçirilən kompleks tədbirlərin davamı olaraq Naxçıvan şəhərinin Mirzə Ələkbər Sabir və Yunis Cabbarov küçələrində, Xətai və Atabəylər məhəllələrində, Əliabad qəsəbəsində, Şərur rayonunun Çərçiboğan və Dərvişlər kənd­lərində, Culfa rayonunun Kırna kəndində, Ordubad rayonunun Aşağı Əndəmic, Vələver, Dırnıs, Kələki, Unus və Pəzməri kəndlərində xətt təsərrüfatında əsaslı təmir işləri aparılıb. Həmçinin internet verilişində qırılmaların qarşısının alınması məqsədilə Şərur və Kəngərli rayonlarında monitorinqlərə başlanılıb.
Qeyd olunanlarla yanaşı, müraciətlərinə uyğun olaraq əhaliyə və dövlət qurumlarına texniki dəstək və metodik köməkliklər göstərilib, yaranmış çətinliklərin operativ aradan qaldırılması istiqamətində zəruri işlər görülüb.

Naxçıvan Muxtar Respublikası
Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidməti

ARXİV

Oktyabr 2021
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR