17 Oktyabr 2021, Bazar

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində ikigünlük təlim keçirilib.
Təlimin keçirilməsində məqsəd mühasibatlıq sahəsində çalışan işçilərin peşə hazırlığının təkmilləşdirilməsi və biliklərinin qiymətləndirilməsidir. Mərkəzin direktoru Mehriban İmanova peşəkar mühasib sertifikatının verilməsi qaydaları haqqında məlumat verib.

Təlimin ilk günü təlimçi Azər Məmmədov “Torpaq, tikili və avadanlıqlar” adlı Beynəlxalq Mühasibat Uçotu Standartının nəzəri əsasları modulu ətrafında kapital və gəlirlərlə bağlı məsrəflər, uzunmüddətli aktivlərin yenidən qiymətləndirilməsi və digər mövzular barədə məlumat verib.
Növbəti gün Beynəlxalq Mühasibat Uçotu Standartının mahiyyəti, onun tətbiq sahəsi, aktivlərin ilkin qiymətləndirilməsi, mübadiləsi, aktivin reyestri qaydaları praktik olaraq izah edilib və iştirakçıların sualları cavablandırılıb.
Sonda iştirakçılara sertifikatlar təqdim edilib.

Naxçıvan Muxtar Respublikası
Maliyyə Nazirliyinin mətbuat xidməti

ARXİV

Oktyabr 2021
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR