17 Oktyabr 2021, Bazar

Muxtar respublikanın digər rayonları kimi, Şərur rayonunda da hər bir sahədə inkişaf tempi artır. Aparılan abadlıq və quruculuq işləri çərçivəsində əhalinin müasir rabitə xidmətləri ilə əhatə olunması istiqamətində işlər davam etdirilir. Rayonun kəndlərində sakinlərin internet xidmətləri ilə təmin olunması məqsədilə müvafiq işlər həyata keçirilir. Hazırda rayonun Dərvişlər kəndində rabitə xətlərinin yenilənməsi istiqamətində həyata keçirilən tədbirlər bu sahənin inkişafına göstərilən diqqət və qayğının əyani ifadəsidir.


Rabitə sahəsində gedən sürətli inkişaf kənd sakinlərinin müasir rabitə xidmətləri ilə əhatə olunması istiqamətində işlərin davam etdirilməsinə əsas zəmin yaradır. Yeni inşa olunacaq kənd mərkəzində Rabitə Evinin də fəaliyyət göstərməsi nəzərdə tutulur. Quruculuq işləri çərçivəsində xətt təsərrüfatında əsaslı təmir işləri aparılır, kabel-kanalizasiya qurğuları inşa edilir, hava rabitə xətləri yeraltı xətlərlə əvəz olunur. Bir sıra yerlərdə uzun müddət istismar olunan və müxtəlif səbəbdən yararsız vəziyyətə düşən taxta rabitə dirəkləri dəmir dirəklərlə əvəz olunur, müxtəlif tutumlu yararsız kabellər yeni kabellərlə dəyişdirilir, yeni abonent qutuları və paylayıcı şkaflar əlavə edilməklə rabitə xətlərində olan digər nasazlıqlar aşkar edilərək bərpa olunur.
Əhaliyə göstərilən rabitə xidmətlərinin keyfiyyətinə nəzarət edilməsi üçün mütəmadi olaraq xətt təsərrüfatının vəziyyəti yoxlanılır, müraciətlərinə uyğun olaraq sakinlərə texniki dəstək və metodik köməkliklər göstərilir.
Fiber-optik xətlərin çəkilməsi, yüksəksürətli internet şəbəkəsinin yaradılması, yeni nəsil telekommunikasiya sisteminin qurulması sakinlərin müasir rabitə xidmətlərindən yararlanmasına şərait yaradır.


Naxçıvan Muxtar Respublikası
Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidməti

 

 

 

ARXİV

Oktyabr 2021
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR