17 Oktyabr 2021, Bazar

Baytarlıq qurumlarının iş şəraitinin yaxşılaşdırılması məqsədilə Kəngərli rayonunda Baytarlıq İdarəsi üçün yeni inzibati bina inşa olunur.
Bina zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarətdir. Zirzəmi hissəsində arxiv, iş otaqları, süni mayalanma avadanlıqlarının və dərmanların saxlanc otaqları, yeməkxana və qazanxana yerləşəcək. Birinci mərtəbədə iş otaqları, laboratoriya, patoloji materialların qəbulu otağı, Bakteriologiya və Serologiya şöbələri, ikinci mərtəbədə isə iş otaqları, baytar həkim və sahə baytar məntəqəsi üçün otaqlar olacaqdır.

Yeni inzibati binanın inşası Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kəngərli Rayon İdarəsinin inşaatçıları tərəfindən həyata keçirilir. İndiyədək binanın tikintisində əsas işlər başa çatdırılıb. Hazırda binanın daxilində və fasad hissədə son tamamlama işləri aparılır. Binanın həyətində isə abadlıq işlərinə başlanılıb, yerə kilid daş döşənir, bördür düzülür, piyada yolu salınır, su və işıqlandırma sistemləri çəkilir. Tikintidə işlər sürətlə və keyfiyyətlə aparılır.
Obyektdə kifayət qədər işçi qüvvəsi çalışır. Onlar inşaat sektoru üçün nəzərdə tutulmuş geyim formaları, lazımi avadanlıqlarla təmin olunublar.

Babək İsmayılov

ARXİV

Oktyabr 2021
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR