17 Oktyabr 2021, Bazar

Muxtar respublikada müasir suvarma sistemlərinin quraşdırılması və suvarma suyundan səmərəli istifadə olunmasına nəzarət həyata keçirilir, su təsərrüfatı sistemlərinin istismarının yaxşılaşdırılması diqqət mərkəzində saxlanılır.


Əkin sahələrinin suya olan tələbatını ödəmək üçün iyul ayında bir sıra tədbirlər görülmüş, su istifadəçilərinə 34,73 milyon kubmetr su verilmiş, bunun müqabilində 29 min 320 hektar torpaq sahəsi suvarılmışdır. Ay ərzində 6,65 kilometr beton və torpaq kanal, 21,16 kilometr ara arx və 5,8 kilometr kollektor lildən təmizlənmiş, 2,55 kilometr uzunluğunda yeni suvarma boru xətti çəkilmişdir. Qeyd olunan dövrdə Şərur, Babək və Sədərək rayonlarında, ümumilikdə, 109,4 hektar torpaq sahəsinin meliorativ vəziyyəti yaxşılaşdırılmışdır.
Muxtar respublikada su təminatının həyata keçirilməsində subartezian quyularının və kəhrizlərin gücündən də geniş istifadə olunur. Qeyd olunan dövrdə 93 subartezian quyusunda təmir-bərpa işləri aparılmış, 1 kəhrizdə təmir-bərpa işləri başa çatdırılmış, 5 kəhrizdə isə işlər davam etdirilmişdir.
İyul ayında həyata keçirilən tədbirlər sırasında əhalinin keyfiyyətli və dayanıqlı içməli su ilə təmin olunması, yaşayış məntəqələrində müasir kanalizasiya şəbəkələrinin qurulması da diqqətdə saxlanılmış, 260 metr yeni içməli su xətti, 152 metr yeni kanalizasiya xətti çəkilmiş, 500 metr kanalizasiya xəttində isə təmir-bərpa işləri aparılmışdır.
Babək rayonunun Nehrəm qəsəbəsinin Əlincə, Cəhri qəsəbəsinin və Çeşməbasar kəndinin kaptajlarının 247, Şahbuz rayonunun İşgəsu və Biçənək, Ayrınc kənd kaptajlarının 250, Culfa rayonunun Bənəniyar kəndinin kaptajının 25, Ordubad rayonunun Aza, Dəstə və Qoşadizə kəndlərinin kaptajlarının isə 500 metrlik ərazilərində təmir-bərpa işləri aparılmışdır.


Naxçıvan Muxtar Respublikası
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidməti

 

 

 

ARXİV

Oktyabr 2021
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR