18 Sentyabr 2021, Şənbə

Muxtar respublikada quruculuq tədbirlərinə start veriləndən qədim diyarımızın kənd yaşayış məntəqələri öz simasını əsaslı surətdə dəyişib. Hər il ayrı-ayrı ünvanlarda müxtəlif təyinatlı obyektlər inşa olunur, mövcud obyektlər yenidən qurulur, onların maddi-texniki bazaları gücləndirilir.

Belə tədbirlər Şərur rayonunu da əhatə edir. Qürurverici haldır ki, bu gün bölgənin yaşayış məntəqələrinin böyük əksəriyyəti müasirlik donundadır və belə ünvanlarda kompleks quruculuq işləri həyata keçirilib. Rayonun Dərvişlər kəndinə də həmin tədbirlərdən pay düşüb. Belə ki, kənddəki mövcud məktəb binasının yenidən qurulması təhsilin səviyyəsini yüksəltməyə hərtərəfli şərait yaradacaq. Müəllim və şagirdlərin ixtiyarına işıqlı sinif otaqları, zəngin laboratoriyalar, idman zalı, kompüter və elektron lövhəli siniflər veriləcək.

Dərvişlər kəndinin sakinlərinə böyük dövlət qayğısının ifadəsi kimi bu yaşayış məntəqəsində kənd və xidmət mərkəzləri də inşa olunur. Kənd mərkəzində yaşayış məntəqəsində fəaliyyət göstərən qurumlar üçün müasir iş şəraiti təmin ediləcək. Sakinlərin sağlamlığı keşiyində dayanmaq məqsədilə burada həm də səhiyyə məntəqəsi üçün otaqlar ayrılacaq.
Kompleks quruculuq tədbirləri çərçivəsində kəndarası yollar da təmir edilir. Bütün obyektlərdə keyfiyyət amilinə ciddi diqqət yetirilir, yerli inşaat materiallarından istifadəyə üstünlük verilir, texniki təhlükəsizlik tədbirləri diqqət mərkəzində saxlanılır.

Xəbərlər şöbəsi

ARXİV

Sentyabr 2021
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR