09 Dekabr 2021, Cümə axşamı

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi aprel ayında da Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sərəncamı ilə təsdiq edilmiş Dövlət proqramlarında və verilmiş tapşırıqlarda qarşıya qoyulmuş vəzifələrin icrası istiqamətində maarifləndirmə işlərini davam etdirib.

Qəbul edilmiş Dövlət pro­qramlarının müvafiq bəndlərinin icrası ilə bağlı ailə təsərrüfatçıları və fermerlərin iştirakı ilə tarla seminar-müşavirələri keçirilib. Müşavirələrdə əkin atlaslarından istifadə etməklə yaz əkinlərində növbəli əkin sisteminin tətbiqi, qarğıdalı əkininin optimal müddətə aparılması, qızılgül bitkisinin əkilib-becərilmə texnologiyası, meyvə və üzüm bağlarında aparılacaq aqrotexniki tədbirlərlə bağlı maarifləndirici məsləhətlər verilib. Nazirliyin mütəxəssisləri tərəfindən muxtar respublikanın rayonlarında əkin sahələrində müşahidələr aparılıb, karantin mənşəli zərərvericilərə və alaq otlarına qarşı kimyəvi mübarizənin aparılması məqsədilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Respublika Bitki Mühafizə Mərkəzindən alınıb gətirilən pestisid və herbisidlər torpaq mülkiyyətçilərinə paylanmaq üçün İcra hakimiyyətlərinə verilib.
Ay ərzində nazirliyə meyvə bağları və üzümlüklərdə yaz dövrü ərzində həyata keçiriləcək vacib tədbirlərlə bağlı 32, taxıllara yemləmə gübrələrinin verilməsi ilə bağlı 10, dənli-paxlalı bitkilərin əkini ilə bağlı 9 vətəndaş müraciət edib, nazirlik əməkdaşları tərəfindən onlara lazımi tövsiyələr verilib, əməli köməkliklər göstərilib.
Cari ildə yaz əkinlərinin optimal müddətdə başa çatdırılması, əkin zamanı baş verə biləcək nasazlıqların qısa zamanda aradan qaldırılması üçün rayonlarda yaz əkinlərinə cəlb ediləcək texnikaların texniki vəziyyəti daim nəzarətdə saxlanılaraq texnika sahibləri ilə fərdi söhbətlər aparılıb.
Aprel ayında Akademik Həsən Əliyev adına “Araz” Elm-İstehsalat Birliyinin Aqrokimya, torpaqşünaslıq və torpaqların kütləvi analizləri şöbəsi tərəfindən mülkiyyətçilərin təqdim etdiyi 2 torpaq nümunəsi analiz olunub və tərkibindəki qida maddələrinin miqdarı barədə aidiyyatına məlumat göndərilib. Birliyin əkin sahəsində Naxçıvan Dövlət Universitetinin tələbələri, torpaq mülkiyyətçiləri və sahibkarların iştirakı ilə “Əkin sahələrində alaq otlarına qarşı kimyəvi mübarizə tədbirlərinin aparılması” mövzusunda tarla-seminar müşavirə keçirilib, onlara kimyəvi mübarizə tədbirlərinin aparılmasında istifadə olunan herbisidlər haqqında məlumat verilib. Birliyin ərazisində becərilən çəyirdəkli və qərzəkli tinglik sahəsindən Şərur Rayon İcra Hakimiyyətinin yaşıllıq zolaqları üçün 2000, Naxçıvan Şəhər Yaşıllaşdırma Xidmətinə 1500, Meliorasiya və Su Təsərrüfatı ASC-yə 700, Kanalizasiya və İçməli Su İdarəsinə 200 çəyirdəkli, qərzəkli və tumlu meyvə tingləri verilib. Dövlət proqramlarında verilmiş tapşırıqların icrası ilə bağlı 5 min üzüm çiliyi tədarük olunaraq əkini həyata keçirilib.
Toxumçuluq və Bitkilərin Mühafizəsi İdarəsinə toxumçuluq təsərrüfatı və fermerlər tərəfindən laboratoriyaya gətirilən toxumlar analizdən keçirilib, nəticəsi analiz aktı formasında onlara təqdim olunub. İdarəyə müxtəlif əkin sahələrində xəstəlik və zərərvericilərin aşkarlanması məqsədilə müraciət edən 52 ailə təsərrüfatı rəhbəri və fermerlərin əkin sahələrinə mütəxəssislər tərəfindən baxış keçirilib, onlara tələb olunan mübarizə tədbirləri haqqında məsləhət və tövsiyələr verilib.
Heyvandarlıq təsərrüfatlarında faraş doğulan balalara zoobaytar qaydalarına uyğun qulluq edilməsi, heyvanlar arasında baytarlıq tədbirlərinin vaxtında aparılması və otlaqlardan səmərəli istifadə olunmasının əhəmiyyəti ilə bağlı sahibkarlarla maarifləndirici müşavirələr keçirilib. Heyvanların düzgün yemləndirilməsi, mal-qaranın sığortalanması və aqrar sığortanın əhəmiyyəti, erkən yazda arı ailələrinə qulluq və arıçılıq məhsullarının artırılmasında yeni texnologiyaların tətbiqinin əhəmiyyəti ilə bağlı maarifləndirici söhbətlər aparılıb və bukletlər paylanılıb.
Nazirlik əməkdaşları tərəfindən Naxçıvan Muxtar Respublikası Süni Mayalanma Mərkəzinə dəvət olunmuş 19 süni mayalama operatoruna, süni mayalanmanın əsaslarına dair praktik dərs keçilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazir­liyinin əməkdaşları ilə birgə özünüməşğulluq proqramına uyğun olaraq dəvət edilmiş ailə təsərrüfatı sahibkarları ilə maarifləndirici görüşdə mal-qaranın, quşların, arı ailələrinin saxlanması və yetişdirilməsi ilə bağlı mühazirə oxunub.

Naxçıvan Muxtar Respublikası
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR