09 Dekabr 2021, Cümə axşamı

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzi tərəfindən ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr edilmiş “Yeni dövrün ən yaxşı mühasibi” müsabiqəsi keçirilib.
Naxçıvan Dövlət Universitetinin dəstəyi ilə Beynəlxalq münasibətlər və hüquq fakültəsində keçirilən müsabiqədə muxtar respublikanın müəssisə və təşkilatlarında çalışan maliyyə-mühasibat işçiləri, ali təhsil müəssisələrinin tələbələri və bu sahəyə marağı olan şəxslər də daxil olmaqla, onlayn qeydiyyatdan keçmiş 45 nəfər iştirak edib.

Əvvəlcə Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin direktoru Mehriban İmanova çıxış edərək il ərzində mərkəzin qarşısında duran vəzifələrin həyata keçirilməsindən, qazanılan nailiyyətlərdən və tətbiq olunan yeniliklərdən danışıb. Bildirilib ki, keçirilən müsabiqənin əsas məqsədi yeni dövrün tələblərinə cavab verən mühasiblər arasında rəqabətin artırılmasına şərait yaratmaq və əmək bazarında mühasib peşəsinə olan marağı stimullaşdırmaqdan ibarətdir.
Sonra uğurlu mühasib olmağın yollarını əks etdirən stimullaşdırıcı videoçarx nümayiş etdirilib, mühasibat uçotu üzrə test imtahanı keçirilib. 35 sualdan ibarət imtahan tələbə və maliyyə-mühasibat işçilərinin bilik səviyyəsinə uyğun olaraq iki fərqli test nümunəsi əsasında təşkil edilib.
Növbəti gün Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyində Maliyyə Tədris Mərkəzinin əməkdaşı Pərviz Babayevin təqdimatında “Mühasib peşəsinin incəlikləri” mövzusunda maarifləndirici seminar keçirilib. Tələbə və mühasiblər arasında ən yüksək nəticə toplayan ilk üç yerin qalibinə diplom, sertifikat və hədiyyələr təqdim olunub.

Naxçıvan Muxtar Respublikası
Maliyyə Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR