28 Noyabr 2021, Bazar

Naxçıvan Muxtar Respublikasında inkişaf etdirilən kənd təsərrüfatı sahələrindən biri də tütünçülükdür. 2017-ci ildən başlayaraq “Cahan Tabak Beynəlxalq” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Kəngərli rayonunun Təzəkənd və Xıncab kəndlərinin ərazilərində yetişdirilən tütün şitilləri muxtar respublikanın bir çox bölgələrində əkilir.

Ötən dövrdə “Vircinya”, “Oriental” və “İzmir” sortlarının yetişdirildiyi Tütün Yetişdirmə Təsərrüfatında bu il “Vircinya” və “Pirlep-66” sortlarından olan tütünlər əkilib. Belə ki, yetişdirilən tütün şitillərinin 1,5 hektarını “Pirlep-66”, 4,5 hektarını isə “Vircinya” sortu təşkil edib. Burada 40-a yaxın kənd sakini mövsümi işlərə də cəlb olunub. Artıq istixana şəraitində yetişdirilən tütün şitillərinin əkin sahələrinə köçürülməsinə başlanılıb.
Cəmiyyətdən aldığımız məlumata görə, bu günədək Şərur və Babək rayonlarının hər birində 2, Kəngərli rayonunda isə 6 hektar sahədə tütün əkilib. Ümumilikdə isə bu il 60 hektar sahədə tütün əkilməsi nəzərdə tutulub.

 Səbuhi HƏSƏNOV

ARXİV

Noyabr 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR