07 Dekabr 2021, Çərşənbə axşamı

Muxtar respublikada iqtisadiyyatın bütün sahələrində olduğu kimi, rabitə və yeni texnologiyalar sahəsində də sürətli inkişafa nail olunub, uğurlu layihələr öz həllini tapıb. Həyata keçirilən sosial–iqtisadi islahatlar rabitə sahəsinin inkişafına da əsaslı zəmin yaradıb, ən müasir texnologiyaların tətbiq edilməsi ilə telekommunikasiya xidmətlərinin çeşid və keyfiyyətinin artırılması nəticəsində sakinlərin bu xidmətlərdən rahat istifadəsi təmin edilib.

Kəngərli rayonu da göstərilən diqqət və qayğıdan kənarda qalmayıb. Rayonda həyata keçirilən tədbirlər rabitə əlaqələrinin tam kəsintisiz həyata keçirilməsinə, genişzolaqlı internet və digər texnologiyaların icrasında uğurlu nəticələrin əldə olunmasına şərait yaradıb.
Cari ilin birinci rübü ərzində rayonun qəsəbə və kəndlərində istismar müddəti ərzində rabitə xətt və abunə qurğularında yaranmış nazaslıqların aradan qaldırılması istiqamətində operativ və zəruri tədbirlər həyata keçirilib, istismar olunan zaman sıradan çıxmış rabitə dirəklərinin, rabitə xətt və abunə qurğularının bərpası istiqamətində müvafiq işlər görülüb. Rayonun qəsəbə və kəndlərində xətt təsərrüfatının yenilənməsi məqsədilə istismara yararsız olan rabitə xətləri yenisi ilə əvəz olunaraq texniki normalara uyğun vəziyyətə gətirilib.
Rayonun bütün yaşayış məntəqələri fiber-optik xətt və sürətli internetlə təmin olunub. Stasionar telefon şəbəkəsinin genişləndirilməsi məqsədilə həyata keçirilən kompleks tədbirlərin nəticəsi olaraq mövcud avtomat telefon stansiyalarının nömrə tutumları artırılaraq yeni telefon nömrələri abonentlərin istifadəsinə verilib.
Həyata keçirilən tədbirlərin davamı olaraq əhalinin internetə olan tələbatının ödənilməsi məqsədilə Qıvraq qəsəbəsində 4, Xok kəndində 4, Şahtaxtı kəndində 2, Qarabağlar kəndində 6, Yurdçu kəndində 1, Böyükdüz kəndində 1, Çalxanqala kəndində 1 ədəd olmaqla ümumilikdə, 19 ədəd 48 yerlik internet plataları texniki göstəricilərə uyğun olaraq rayonun qəsəbə və kəndlərində fəaliyyət göstərən Avtomat Telefon Stansiyalarına əlavə edilib. Nəticədə genişzolaqlı rabitə xidmətindən istifadəsi üçün 900-dən artıq abonentin sayının artmasına şərait yaranıb.
Qeyd olunanlarla yanaşı, sakinlərin müraciətlərinə uyğun olaraq texniki dəstək və metodiki köməkliklər göstərilib, yaranmış çətinliklərin aradan qaldırılması istiqamətində zəruri texniki tədbirlər həyata keçirlib.
Yaradılan şəraitdən bəhrələnərək rayon sakinlərinin keyfiyyətli rabitə və internet xidmətləri ilə təmin olunması istiqamətində həyata keçirilən ardıcıl tədbirlər bundan sonra da davam etdiriləcəkdir.

Naxçıvan Muxtar Respublikası Rabitə
və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR