07 Dekabr 2021, Çərşənbə axşamı

Kənd təsərrüfatının inkişafında və ərzaq təhlükəsizliyinin təmin olunmasında baytarlıq sahəsinin oynadığı mühüm rol nəzərə alınaraq Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidməti və tabeliyindəki qurumların iş şəraiti yaxşılaşdırılır. Kəngərli Rayon Baytarlıq İdarəsi üçün yeni inzibati binanın inşa olunması da həyata keçirilən tədbirlərin tərkib hissəsidir.

Zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarət olacaq yeni inzibati binanın tikintisinə bu il aprel ayının əvvəlindən başlanılıb. Bu günədək binanın təməl hissəsi atılıb, zirzəmi hissənin beton-karkas işləri başa çatdırılıb. Hazırda zirzəmi hissəsində arakəsmələrin hörgüsü aparılır, birinci mərtəbədə isə beton-karkas işləri üçün hazırlıq görülür. Obyektdə işlər sürətlə və keyfiyyətlə aparılır.
Qeyd edək ki, müasir layihə əsasında inşa olunan binanın zirzəmi hissəsində arxiv, iş otaqları, süni mayalanma avadanlıqlarının və dərmanların saxlanc otaqları, yeməkxana və qazanxana yerləşəcək. Birinci mərtəbədə iş otaqları, laboratoriya, patoloji materialların qəbulu otağı, Bakteriologiya və Serologiya şöbələri, ikinci mərtəbədə isə iş otaqları, baytar həkimi və sahə baytar məntəqəsi üçün otaqlar olacaqdır.
Yeni inzibati binanın tikintisi Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kəngərli Rayon İdarəsinin inşaatçıları tərəfindən həyata keçirilir.

Babək İSMAYILOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR