28 Noyabr 2021, Bazar

Muxtar respublikamızda həyata keçirilən tikinti-quruculuq işləri şəhərimizin simasını dəyişməklə yanaşı, həm də əhalinin rahatlığına xidmət edir. Bu istiqamətdə icra olunan layihələrdən biri də Naxçıvan şəhərində ötən ilin aprel ayından tikintisinə başlanılan “ASAN xidmət” mərkəzinin binasıdır. Zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarət olan binada beton-qəlib işləri başa çatdırılıb, zirzəmi hissəsində hörgü işləri yekunlaşdırılıb. Layihəyə əsasən binanın zirzəmisində yeməkxana, anbar, texniki otaq, qazanxana, bufet, mətbəx, arxiv və ofis, laboratoriya yerləşəcək. Digər mərtəbələrdə isə psixoloji xidmət, həkim, mühafizə, işçilər üçün otaqlar, iclas zalı, arxiv və ofis, laboratoriya nəzərdə tutulub.
Aldığımız məlumata görə, xarici görünüşü, daxili dizaynı və tərtibatı ilə seçiləcək mərkəzdə vətəndaşlara operativ və müasir tələblərə cavab verən zəruri xidmətlər göstəriləcək.
Qeyd edək ki, inşaat işlərini “Gəmiqaya Holdinq”in inşaatçıları həyata keçirir.

 Məcid RƏŞADƏTOĞLU

ARXİV

Noyabr 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR