07 Dekabr 2021, Çərşənbə axşamı

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sərəncamları ilə təsdiq edilmiş Dövlət proqramlarında və verilmiş tapşırıqlarda qarşıya qoyulmuş vəzifələrin icrası istiqamətində mart ayında da işlərini davam etdirmişdir. Nazirliyin əməkdaşları payızlıq taxıl əkinlərinə yemləmə gübrələrin verilməsi, yaz əkinlərinə hazırlıq, kartof və soğan əkinlərinin optimal müddətə həyata keçirilməsinin əhəmiyyəti, meyvə və üzüm bağlarında görüləcək işlər, torpaqların şoranlaşmasının qarşısının alınmasında aparılacaq aqrotexniki tədbirlər barədə ailə təsərrüfatçıları və torpaq mülkiyyətçilərinin iştirakı ilə maarifləndirici tədbirlər keçiriblər.
Ay ərzində nazirliyə meyvə bağları və üzümlüklərdə yaz dövründə həyata keçiriləcək tədbirlərlə bağlı 41, taxıllara yemləmə gübrələrinin verilməsi ilə əlaqədar 14, ting əkini üçün 35, kartof əkini ilə bağlı 12, dənli-paxlalı bitkilərin əkini ilə əlaqədar 3 müraciət daxil olub, vətəndaşlara müraciət etdikləri məsələlərlə bağlı lazımi tövsiyələr verilib.

Cari ildə yaz əkinlərinin daha optimal müddətdə başa çatdırılması üçün texnika və texnoloji avadanlıqların vəziyyəti daim nəzarətdə saxlanılaraq texnika sahibləri ilə fərdi söhbətlər aparılıb. Gənc mexanizatorların hazırlanması məqsədilə nazirliyin əməkdaşı tərəfindən muxtar respublikaya gətirilmiş müasir texnikaların idarə olunması, istismar zamanı yarana biləcək nasazlıqların qısa zamanda aradan qaldırılması barədə onlara ətraflı məlumatlar verilib.
“Araz” Elm-İstehsalat Birliyinin Aqrokimya, torpaqşünaslıq və torpaqların kütləvi analizləri şöbəsi tərəfindən mülkiyyətçilərin təqdim etdiyi 8 torpaq nümunəsi analiz olunub və tərkibindəki qida maddələrinin miqdarı barədə məlumat verilib. Birliyin əməkdaşları tərəfindən Ordubad rayonunun Çənnəb, Aza, Üstüpü, Darkənd, Məzrə kəndlərində torpaq mülkiyyətçilərini maarifləndirmək məqsədilə seminar-müşavirələr keçirilərək torpaqların münbitliyinin artırılması yolları və qida maddələri ilə təminolunma kartoqramlarından istifadə edilməsi qaydaları haqqında məlumatlar verilib. Birliyin tingçilik sahəsindən Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin yaşıllıq zolaqlarına 350, Ordubad Rayon İcra Hakimiyyətinin yaşıllıq zolaqlarına 600, “N” hərbi hissəyə 1000, Süni Mayalanma Mərkəzinin yaşıllıq zolaqlarının bərpası üçün 300 çəyirdəkli, qərzəkli və tumlu meyvə tingləri verilib.
Azərbaycan Dövlət Aqrar Universitetinin Aqronomluq fakültəsinin bir nəfər tələbəsinin və Naxçıvan Dövlət Universitetinin Təbiətşünaslıq fakültəsinin 16 tələbəsinin istehsalat təcrübəsi davam etdirilib.
Toxumçuluq və bitkilərin mühafizəsi idarəsinin mütəxəssisləri taxıl əkini ilə məşğul olan fermer və ailə təsərrüfatı üzvləri ilə görüşlər keçirib, taxılın suvarılması və vegetasiya dövründə azot gübrəsinin norma nisbətində verilməsi barədə maarifləndirici söhbətlər aparıblar. İdarəyə əkin sahələrində xəstəlik və zərərvericilərin aşkarlanması məqsədilə müraciət edən 48 torpaq mülkiyyətçisi və ailə təsərrüfatı sahiblərinə mütəxəssislər tərəfindən məsləhətlər verilib. Toxumçuluq təsərrüfatları və fermerlər tərəfindən laboratoriyaya gətirilən toxumlar analiz edilərək nəticəsi onlara təqdim olunub.
Ay ərzində heyvandarlığın inkişafı istiqamətində sahibkarlarla görüşlər davam etdirilib. Baytarlıq tədbirlərinin vaxtında aparılması və otlaqlardan səmərəli istifadə olunmasının əhəmiyyəti, yeni doğulan heyvanların zoobaytar qaydalarına uyğun yemləndirilməsi mövzularında müşavirələr keçirilib. Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı ilə bağlı Tədbirlər Planının icrası diqqətdə saxlanılıb. İri arıçılıq təsərrüfatlarının sahibkarları ilə fərdi söhbətlər aparılıb. Naxçıvan Dövlət Texniki Kollecinin IV kurs Baytarlıq təbabəti ixtisası üzrə təhsil alan 12 tələbəsinə Naxçıvan Muxtar Respublikası Süni Mayalanma Mərkəzində istehsalat təcrübəsində törədicilərdən toxum alınması və süni mayalanmanın əsaslarına dair praktik dərslər keçilib.

Naxçıvan Muxtar Respublikası
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR