07 Dekabr 2021, Çərşənbə axşamı

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi tərəfindən “Naxçıvan Karqo” Məhdud Məsuliyyətli Cəmiyyətinə sürətli poçt xidmətlərinin göstərilməsi üçün müvafiq lisenziya verilib. Nazirliyə daxil olan müraciətə əsasən sənədlərə komissiyada baxılmış və müvafiq araşdırma aparıldıqdan sonra Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2021-ci il 6 mart tarixli Qərarı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında sürətli poçt xidmətlərinin göstərilməsi Qaydaları”nda tələb olunan şərtlərin ödənildiyi müəyyən edilib. Komissiya tərəfindən “Naxçıvan Kargo” MMC-ə rabitə xidmətləri növünün sürətli poçt xidməti alt növünü həyata keçirmək üçün xüsusi lisenziya verilməsinə dair qərar qəbul edilib.

“Naxçıvan Karqo”nun Naxçıvan şəhəri ilə yanaşı, yanğın təhlükəsizliyi və videomüşahidə sistemləri ilə təmin olunmuş Şərur, Ordubad və Kəngərli rayonlarında 3 saxlanma anbarı vardır, çatdırılma və kuryer fəaliyyəti üçün 2 yük avtonəqliyyatı vasitəsilə daşınmalar həyata keçirilir. Müştərilərə daha yüksək xidmət göstərmək üçün malların qəbulu, daşınması və ünvana çatdırılması ən sürətli üsullarla həyata keçirilir.
“Naxçıvan Karqo”nun əməkdaşı bildirib ki, bundan sonrakı fəaliyyətləri dövründə qaydalarda tələb olunan şərtləri yerinə yetirəcək, müştərilərə daha yüksək xidmətlər göstərməyə çalışacaq, sürətli poçt xidmətləri imkanlarını daha da genişləndirəcəkdir.
Həyata keçirilən tədbirlər muxtar respublikada bundan sonra da sürətli poçt xidmətlərinin daha təkmil formada göstərilməsinə və inkişafına öz töhfəsini verəcəkdir.

Naxçıvan Muxtar Respublikası Rabitə
və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR