01 Dekabr 2021, Çərşənbə

“Mosbuild-2021” sərgisi Rusiya Federasiyası, Qazaxıstan, Belarus, Ukrayna və digər ölkə təmsilçilərinin iştirak etdiyi MDB ölkələri arasında ən böyük tikinti sərgisidir. Sərgidə tikinti və təmir materialları istehsalı üzrə 14 bölmədə məhsul nümayişi təşkil olunur.

Martın 30-da öz işinə başlayan “MosBuild-2021” beynəlxalq tikinti və inşaat materialları sərgisində İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycanın 10 şirkəti öz məhsullarını “Made in Azerbaijan” vahid ölkə stendində təqdim edir. Şirkətlər arasında muxtar respublikada fəaliyyət göstərən “Cahan Holdinq” Kommersiya Şirkətləri İttifaqının istehsal etdiyi tikinti materialları da nümayiş olunur.
Sərgi çərçivəsində potensial müştərilərlə görüşlər keçiriləcək, məhsulların ixracına dair müzakirələr aparılacaq. Qeyd edək ki, sərgi aprelin 2-dək davam edəcək.

Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti