01 Dekabr 2021, Çərşənbə

Yaşıllıq sahələrinin genişləndirilməsi indiki və gələcək nəsillərin sağlamlıqlarının qorunmasına, təbiətin zənginləşdirilməsinə xidmət edir.

Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı ilə bağlı qəbul edilmiş dövlət proqramlarının uğurlu icrası, yeni meşə massivlərinin, yaşıllıq zolaqlarının və meyvə bağlarının salınması sahəsində öz töhfələrini verməkdədir. Ali Məclis Sədrinin müvafiq sərəncamı ilə “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın imzalanması isə bu sahədə yeni vəzifələr müəyyənləşdirib. Dövlət proqramının icrası məqədilə muxtar respublikanın digər rayonlarında olduğu kimi, Babək rayonunda da yaşıllaşdırma tədbirləri davam etdirilir.
Keçirilən növbəti yaşıllaşdırma aksiyasında rayon ərazisindəki Xalxal meşəsinin yaxınlığında 1 hektarlıq sahədə bağ salınıb. Burada əvvəlcədən qazılan çalalara 500 badam tingi əkilib.
Yaşıllaşdırma aksiyasında rayonun idarə, müəssisə və təşkilatlarının əməkdaşları fəal iştirak ediblər.

Xəbərlər şöbəsi