28 Noyabr 2021, Bazar

Sədərək rayonunda son illər həyata keçirilən tikinti-quruculuq tədbirləri – yaşayış evləri, salınan parklar, xiyabanlar, küçələr, əkilən ağaclar, güllər-çiçəklər göz oxşayır. Yaradılan müəssisələr rayonun iqtisadi potensialını artırmaqla bərabər, yerli əhalinin məşğulluğunun yüksəldilməsinə xeyli təsir göstərib. Müasir tələblərə cavab verən təhsil, səhiyyə, mədəniyyət ocaqları, o cümlədən kənd və xidmət mərkəzləri, uşaq bağçaları inşa edilib. Yeni texnologiya əsasında təbii qazın çəkilməsi muxtar respublikanın rayonları sırasında ilk dəfə olaraq Sədərəkdə başa çatdırılıb.

Həyata keçirilən yenidənqurma, abadlıq-quruculuq işləri sırasında içməli su və kanalizasiya sistemlərinin yeniləşdirilməsi layihəsinin icrası da uğurla davam etdirilir. Bu sistemin qurulması işləri Gəmiqaya “Yol, Su, Enerji” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçılarına həvalə olunub.
Məlumat üçün bildirək ki, içməli su nasosları üçün bina inşa edilir. Evlərə içməli suyun verilməsi üçün quraşdırılma işləri görülür. Layihə çərçivəsində bütün işlər tamamlanandan sonra rayonda əhalinin su təchizatına və kanalizasiya sisteminə olan tələbatı ödəniləcək.

Gülnarə HÜSEYNOVA

ARXİV

Noyabr 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR