01 Dekabr 2021, Çərşənbə

Muxtar respublikada 2021-ci ilin yanvar-fevral aylarında 369 milyon 178 min 100 manatlıq ümumi daxili məhsul istehsal olunmuşdur ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,3 faiz çoxdur.
Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,7 faiz artaraq 799,8 manata çatmışdır.

* * *

Muxtar respublikada yaranan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Sənaye üzrə 179 milyon 625 min 700 manat dəyərində məhsul istehsal edilmişdir ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 1 faiz çoxdur.

* * *

Vəsait qoyuluşları çərçivəsində 2021-ci ilin yanvar-fevral aylarında muxtar respublikada bütün maliyyə mənbələrindən əsas kapitala 76 milyon 962 min 700 manat vəsait yönəldilmişdir ki, bu da bir il öncəki göstəricidən 4,4 faiz çoxdur. Əsas kapitala yönəldilmiş vəsaitin 70 milyon 692 min manatı və ya 91,9 faizi tikinti-quraşdırma işlərinin payına düşmüşdür.

* * *

2021-ci ilin yanvar-fevral aylarında 16 milyon 689 min 300 manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunmuşdur ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 4,4 faiz çoxdur. Bu dövr ərzində diri çəkidə ət istehsalı 3861 ton, süd istehsalı 5316 ton olmuşdur. 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 4,5 faiz, süd istehsalı isə 1,7 faiz artmışdır.

* * *

2021-ci ilin yanvar-fevral aylarında informasiya və rabitə xidmətlərinin dəyəri 10 milyon 140 min 100 manat olmuşdur ki, bu da 2020-ci ilin müvafiq dövründəki xidmətlərin dəyəri ilə müqayisədə 8,2 faiz çoxdur. Bu dövr ərzində mobil rabitə xidmətinin dəyəri 7 milyon 753 min 700 manat təşkil etmiş və bir il öncəyə nisbətdə 1,5 faiz artmışdır.

* * *

Təsərrüfat subyektlərinin kredit resurslarına çıxış imkanları davamlı olaraq yaxşılaşdırılmış, 2021-ci ilin yanvar-fevral aylarında muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 31 milyon 8 min 200 manat məbləğində kreditlər verilmişdir ki, bu da bir il öncəki göstəricidən 12,1 faiz çoxdur. Verilmiş kreditlərin 6 milyon 850 min 600 manatı və yaxud 22,1 faizi qısamüddətli, 24 milyon 157 min 600 manatı və yaxud 77,9 faizi uzunmüddətli kreditlər olmuşdur.

* * *

Sahibkarlıq fəaliyyətinin davamlı olaraq dəstəklənməsi, yeni istehsal müəssisələrinin yaradılması nəticəsində muxtar respublikada 384 növdə məhsul istehsal olunur ki, bunun da 127 növü ərzaq, 257 növü isə qeyri-ərzaq məhsullarıdır. Hazırda əhalinin 108-i ərzaq, 242-si qeyri-ərzaq olmaqla, 350 növdə məhsula olan tələbatı tamamilə yerli imkanlar hesabına ödənilir.

* * *

Muxtar respublikada bank sektorunun normal fəaliyyəti təmin edilmişdir.
1 mart 2021-ci il tarixə muxtar respublikanın banklarında açılmış bank hesablarının sayı 93592-yə çatmışdır ki, bunun da 81337-si və ya 86,9 faizi aktiv hesablardır. 2021-ci ilin yanvar-fevral aylarında açılmış 5887 bank hesabının 5886-sı aktiv hesablar olmuşdur.
Muxtar respublikada quraşdırılmış POS-terminalların sayı 1 mart 2021-ci il tarixə 1429-a çatmışdır.

***

Muxtar respublikada iqtisadiyyatın dinamik inkişafı xarici ticarət əlaqələrinin genişlənməsinə müsbət şərait yaratmış, 2021-ci ilin yanvar-fevral aylarında 56 milyon 280 min ABŞ dolları dəyərində xarici ticarət dövriyyəsi qeydə alınmışdır. İxracın dəyəri 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə artaraq 37 milyon 340 min 900 ABŞ dolları təşkil etmiş, 18 milyon 401 min 800 ABŞ dolları dəyərində müsbət saldo yaranmışdır.

* * *

2021-ci ilin yanvar ayında muxtar respublika iqtisadiyyatında bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 536 manata çatdırılmışdır ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 6,4 faiz çoxdur.

* * *

1 fevral 2021-ci il tarixə muxtar respublika əhalisinin sayı bir il öncəyə nisbətdə 1741 nəfər artaraq 461 min 572 nəfər olmuşdur.

Naxçıvan Muxtar Respublikası
Dövlət Statistika Komitəsinin mətbuat xidməti