07 Dekabr 2021, Çərşənbə axşamı

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasında səfərdə olub. Səfər KOBİA-nın fəaliyyət istiqamətləri, mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərdiyi xidmətlər barədə Naxçıvan sahibkarlarını məlumatlandırmaq, muxtar respublikanın müvafiq qurumları ilə KOB subyektlərinin inkişafına dəstəkyönümlü təklifləri müzakirə etmək məqsədi daşıyıb.

Naxçıvan Biznes Mərkəzində Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin, Sahibkarlar Konfederasiyasının və digər müvafiq qurumların iştirakı ilə agentliyin nümayəndələri sahibkarlarla görüşüb. Tədbirdə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov təqdimatla çıxış edərək agentliyin fəaliyyəti, KOB subyektlərinə göstərilən dəstək və xidmətlər barədə ətraflı məlumat verib. Bildirilib ki, məqsəd dövlətin dəstək mexanizmlərini sahibkarlar üçün daha faydalı etmək, onların inkişafına əlverişli şərait yaratmaqdır. Hazırda agentlik tərəfindən sahibkarlara daxili bazar araşdırmalarının aparılması, sərgilərdə iştirak, klasterləşmə, startap fəaliyyəti, bilik və bacarıqların inkişafı, layihələrin maliyyələşdirilməsi istiqamətlərində dəstək göstərilir.
Tədbir çərçivəsində KOBİA-nın fəaliyyəti və dəstək mexanizmləri barədə filmlər nümayiş olunub, sahibkarları maraqlandıran suallar cavablandırılıb.
Orxan Məmmədov Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat naziri Tapdıq Əliyev və Sahibkarlar Konfederasiyasının sədri Vüqar Abbasovla görüşüb. Görüşdə KOB sahəsində birgə əməkdaşlıq imkanlarına, agentliyin dəstək və xidmətlərindən Naxçıvan sahibkarlarının istifadə etməsinə dair müzakirələr aparılıb.
KOBİA-nın nümayəndələri Naxçıvan Biznes Mərkəzində yerli istehsal olan məhsulların nümayiş etdirildiyi sərgi, eləcə də bir sıra istehsal müəssisələrinin fəaliyyəti ilə tanış olublar.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR