09 Dekabr 2021, Cümə axşamı

Hər il keçirilən yaz və payız iməcilikləri zamanı yeni meyvə bağları salınır, meşə zolaqlarının ərazisi xeyli genişləndirilir, ümumiyyətlə, yüz minlərlə yeni meyvə, meşə və bəzək ağacları əkilir. Aparılan tədbirlərin nəticəsidir ki, hazırda muxtar respublikada yaşıllıq zolaqlarının sahəsi ümumi ərazinin 20 faizdən çoxunu tutur.

Şərur rayonunda da bu istiqamətdə həyata keçirilən tədbirlərin həcmi getdikcə artır. Artıq Sədərək – Naxçıvan magistralının, Yuxarı Daşarx-Gümüşlü avtomobil yolunun rayon ərazisindən keçən hissəsinin hər iki tərəfi yaşıllıqlarla örtülüb, kəndlərdə və Şərur şəhərində salınmış yeni meyvə bağları göz oxşayır.
Mart ayının əvvəlindən başlanan növbəti yaz yaşıllaşdırma aylığının ilk günü Naxçıvan – Sədərək avtomagistralının Xanlıqlar kəndi ərazisindəki 0,7 hektar sahə əkin üçün yararlı hala gətirildikdən sonra yeni meyvə bağı salınıb, əraziyə 200-dən artıq calaq edilmiş ərik tingi əkilib.
Mövsüm ərzində belə tədbirlər rayonun müxtəlif ünvanlarında davam etdiriləcək, bölgənin yaşıllıq əraziləri genişləndiriləcək.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR