15 Aprel 2021, Cümə axşamı

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin təşkilatçılığı ilə Hüseyn Cavid adına Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbində “Büdcəmizi anlayaq” layihəsi çərçivəsində təlim keçirilib. Layihənin əsas məqsədi ümumitəhsil müəssisələrində təhsil alan şagirdlər də maliyyə savadlılığı, qənaət, yığım və digər bacarıqlarının erkən yaşlardan inkişaf etdirilməsindən ibarətdir. 40-dan çox məktəblinin iştirakı ilə keçirilən təlim şagirdlərə maliyyə savadlılığı üzrə biliklərin əldə edilməsi və bu biliklərin təqdim edilməsi, onların yaradıcı düşünmə bacarıqlarının artırılması və maliyyə savadlılığının təşviq edilməsi imkanı yaradır.

İlk mərhələdə slaydlar vasitəsiilə “Büdcəmizi anlayaq” mövzusunda Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin Büdcə şöbəsinin sektor müdiri Səkinə Qəhrəmanovanın çıxışı dinlənilib. Təlimin növbəti mərhələsində Maliyyə Tədris Mərkəzinin baş mütəxəssisi Zəhra İsmayılova tərəfindən interaktiv oyunlar vasitəsi ilə şərti ailənin gəlir və xərclərinin müqayisəli təhlili aparılıb. Sonra məktəblilərin təqdimatı dinlənilib və səmərəli büdcə planlaşdırılması qaydaları ətrafında müzakirələr aparılıb. Bu mərhələdə 3 komanda iştirak edib. İnteraktiv mərhələdən sonra fəal iştirak edən komandalara Maliyyə Tədris Mərkəzinin sertifikatları təqdim olunub.

Naxçıvan Muxtar Respublikası
Maliyyə Nazirliyinin mətbuat xidməti

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR