07 Dekabr 2021, Çərşənbə axşamı

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində “Büdcə uçotu və hesabat” adlı ikigünlük təlimə yekun vurulub.
Təlimə Naxçıvan Muxtar Respublikasının Təhsil, Səhiyyə nazirlikləri və Dövlət Vergi Xidmətinin maliyyə və mühasibat uçotu sahəsində çalışan 12 nəfər işçisi cəlb olunub. Təlimin əsas məqsədi mühasibatlıq sahəsində çalışan işçilərin peşə hazırlığının təkmilləşdirilməsi və biliklərinin qiymətləndirilməsindən ibarətdir.

Tədbirin ilk günündə mərkəzin direktoru Mehriban İmanova çıxış edərək iştirakçılara peşəkar mühasib sertifikatının verilməsi qaydaları haqqında məlumat verib, təlimin məqsədi, keçirilməsinin zəruriliyi onların diqqətinə çatdırılıb.
Sonra təlimçi-ekspert qismində iqtisad üzrə fəlsəfə doktoru Mehriban İmanovanın “Əməliyyatların maliyyə bərabərliyi qeydiyyatı” mövzusunda çıxışı dinlənilib. Mühasibat uçotunun mahiyyəti və funksiyaları, baş mühasibin vəzifələri, yeni hesablar planının və mühasibat hesablarının quruluşu, müxtəlif təsərrüfat əməliyyatlarının maliyyə bərabərliyi düsturuna təsiri, mühasibat uçotunda ikitərəfli yazılışın üsulu haqqında iştirakçılara slaydlar vasitəsilə ətraflı məlumat verilib.
Təlimin ikinci günündə isə iqtisadçı alim “Maliyyə hesabatı formalarının hazırlanması metodu” mövzusunda çıxış edib. Mövzuya müvafiq olaraq müəssisələrdə aparılmış əməliyyatların mühasibat uçotunda əks etdirilməsi, memorial orderlərin yazılması, dövriyyə kitablarının işlənilməsi və maliyyə hesabatlarının beynəlxalq mühasibat uçotu standartları əsasında hazırlanması qaydaları izah edilib.
Sonda iştirakçıların peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi üçün test imtahanı keçirilib, müvəffəqiyyət əldə edən iştirakçılara Maliyyə Tədris Mərkəzinin sertifikatları və təlimlə bağlı mərkəz tərəfindən hazırlanan bukletlər təqdim edilib.

Naxçıvan Muxtar Respublikası
Maliyyə Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR