09 Dekabr 2021, Cümə axşamı

Muxtar respublikada həyata keçirilən dövlət gənclər siyasətinin mühüm istiqamətlərindən biri də gənclərin sosial problemlərinin həlli və mənzil şəraitinin yaxşılaşdırılmasıdır. Son illər təkcə Naxçıvan şəhərində ümumi mənzil sayı 900-ə yaxın olan 21 yaşayış binası tikilib istifadəyə verilmiş, gənclərin ipoteka kreditləri ilə mənzil sahibi olmalarına şərait yaradılmışdır. Bu tədbirlər paytaxtla yanaşı, muxtar respublikamızın rayonlarında da ardıcıl şəkildə davam etdirilməkdədir. Ötən ilin əvvəllərindən başlayaraq Şahbuz rayonunda gənc ailələrin mənzillərlə təmin edilməsi üçün inşa olunan yeni yaşayış binasında işlər yekunlaşdırılır.

Yaşayış binasındakı mənzillərdən 20-si 3 otaqlı, 20-si isə 2 otaqlıdır. 3 otaqlı mənzillərin sahəsi 83 və 90 kvadratmetrdir, 2 otaqlı mənzillərin sahəsi isə 63 və 70 kvadratmetrdir. Binanın zirzəmisində müxtəlif xidmət sahələri və mağazalar yerləşir.
Hazırda binanın ətrafında abadlıq işləri görülür, yaxın günlərdə binanın istifadəyə verilməsi nəzərdə tutulur. Gənc ailələr ipoteka kreditlərindən yararlanaraq bu binada mənzil sahibi ola biləcəklər.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR