09 Dekabr 2021, Cümə axşamı

Əhalinin sağlamlığının və alıcılıq qabiliyyətinin qorunub saxlanılmasına, daha çox keyfiyyətli yerli məhsulların istehlakının təşviqinə xidmət edən müxtəlif nəzarət tədbirləri Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin qarşısına qoyulmuş mühüm vəzifələrdəndir.

Noyabr ayında, ümumilikdə, məhsul nümunələrinin 85 halda, o cümlədən qida məhsullarının 78 halda keyfiyyət və təhlükəsizlik göstəricilərinin yoxlanılması təmin olunmuş və bu istiqamətdə nöqsan aşkar edilməmişdir. Yerli istehsal məhsullarının keyfiyyətinin qorunması prioritet vəzifə kimi diqqətdə saxlanılır. Bu məqsədlə hesabat ayı ərzində xidmət tərəfindən 28 qida istehsalı müəssisəsinə maarifləndirmə xarakterli baxış keçirilmiş, aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması istiqamətində müvafiq işlər görülmüşdür.
İqtisadiyyatda ailə təsərrüfatı modelinin dəstəklənməsi işi muxtar respublikada davam etdirilməkdədir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 18 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı Tədbirlər Planı”nın icrası çərçivəsində noyabr ayı ərzində, ümumilikdə, 6 ailə təsərrüfatına istehsal etdikləri məhsulların etiketlərinin hazırlanmasında müvafiq köməkliklər göstərilmişdir. Ailə təsərrüfatı məhsullarının keyfiyyətinə nəzarətin aparılması üçün istehsal olunan məhsullardan 17 halda nümunələr götürülərək laboratoriyaya təqdim olunmuş, sınaqların nəticələrinin texniki normativ-hüquqi aktların və standartın tələblərinə uyğun olduğu müəyyən edilmişdir.

Ötən ay “Ailə təsərrüfatı məhsulları” yarmarkası təşkil olunmuş və yarmarkaya 447 ailə təsərrüfatı tərəfindən 1601 çeşiddə məhsul çıxarılmışdır. Ümumilikdə, 10 min 400 nəfərin iştirak etdiyi yarmarkada 410 min manat həcmində məhsul satılmışdır ki, bunun da 36 min 500 manat həcmində olanını sahibkarlıq subyektləri almışdır. Marketinq təlimi üzrə yeni ailə təsərrüfatları məlumatlandırılmış və sahibkarlıq subyektləri ilə ailə təsərrüfatları arasında kooperasiya əlaqələri daha da genişləndirilmişdir.
İstehlakçıların ailə təsərrüfatı məhsulları haqqında rahat məlumat əldə edə bilməsi və ailə təsərrüfatı məhsullarının aktiv satışının təşviqi məqsədilə hazırlanmış “Kənddən al” mobil tətbiqinin məlumat bazasının aktuallaşdırılması istiqamətində birgə fəaliyyət davam etdirilmişdir.
Hesabat ayında Naxçıvan Biznes Mərkəzində araq istehsalı ilə məşğul olan ailə təsərrüfatları nümayəndələri ilə maarifləndirici görüş keçirilmiş, minifiltr qurğusunun təqdimatı olmuş, 13 yeni ailə təsərrüfatında minifiltr qurğusunun quraşdırılması təmin edilmiş və müvafiq ailə təsərrüfatlarının sayı 47-yə çatmışdır. Alkoqollu içkilərin standartlara uyğunluğu ciddi nəzarətdə saxlanılır. Ötən ay alkoqollu içkilər istehsal edən 2 müəssisədə istehsal olunan arağın 1 halda, pivənin 1 halda laboratoriya analizləri aparılaraq keyfiyyət və təhlükəsizlik göstəricilərinin texniki normativ-hüquqi aktların, standartların tələblərinə uyğun olduğu müəyyən edilmişdir.
Xidmət sektoru əhalinin hər gün istifadə etdiyi və keyfiyyət standartlarına həssas olan obyektlərdəndir. Bu məqsədlə xidmət tərəfindən hesabat ayı ərzində 17 ət satışı mağazasına, 84 ictimai iaşə və xidmət sahəsinə, 285 ərzaq və qeyri-ərzaq mağazasına, 58 bərbərxanaya maarifləndirmə xarakterli baxış keçirilmiş, aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması təmin edilmişdir. Ticarət, ictimai iaşə, məişət və digər növ xidmət qaydalarına uyğun olaraq 7 topdansatış obyektində maarifləndirmə xarakterli monitorinqlər aparılmış, 1 topdansatış obyektində 4068 ədəd uşaq qidasının üzərində Azərbaycan dilində zəruri məlumatların olmadığı aşkarlanmış və nöqsanların aradan qaldırılması üçün tədbirlər icra olunmuşdur.
Xarici bazarlara çıxış imkanlarının artırılması, xüsusilə diqqət mərkəzindədir. Ötən ay təsərrüfat subyektləri ilə 20 halda informativ xidmət üzrə müqavilə bağlanılaraq istehsal olunan məhsulların ixrac olunacaq ölkələrə uyğun markalanması, beynəlxalq idarəetmə standartlarının tətbiqi, zərurət olduqda ixrac olunan məhsulların partiyalarla sertifikatlaşdırılmasının təmin edilməsi, təsərrüfat subyektlərinə məxsus əmtəə nişanlarının məhsul ixrac olunacaq ölkələrdə beynəlxalq mühafizəsi üçün xidmətlər haqqında məlumatlar müəssisə rəhbərlərinin diqqətinə çatdırılmışdır. Bakı və Gəncə şəhərlərində fəaliyyət göstərən “Naxçıvan məhsulları” mağazalar şəbəkəsinə tələbata uyğun olaraq davamlı qaydada məhsulların göndərilməsi təmin edilir.
Hesabat ayında Fövqəladə Hallar Nazirliyi və Dövlət Gömrük Komitəsi ilə birgə, ümumilikdə, 2048 qaz məişət cihazına baxış keçirilmiş və müvafiq təhlükəsizlik sistemi ilə təmin olunmayan 14 qaz məişət cihazının idxalına icazə verilməmişdir. Texniki normativ-hüquqi aktların, standartların və texniki şərtlərin tələblərinə uyğun olmayan 241,9 manat dəyərində keyfiyyətsiz və ya kontrafakt məhsullar satışdan çıxarılmışdır.

Naxçıvan Muxtar Respublikası
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR