09 Dekabr 2021, Cümə axşamı

Muxtar respublikada 2020-ci ilin yanvar-noyabr aylarında 2 milyard 556 milyon 981 min 800 manatlıq ümumi daxili məhsul istehsal olunmuşdur ki, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 1 faiz çoxdur.
Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2 faiz artaraq 5550,2 manata çatmışdır.

* * *

Muxtar respublikada yaranan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Sənaye üzrə 967 milyon 182 min 300 manat dəyərində məhsul istehsal edilmişdir ki, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 1,5 faiz çoxdur.

* * *

Vəsait qoyuluşları çərçivəsində 2020-ci ilin yanvar-noyabr aylarında muxtar respublikada bütün maliyyə mənbələrindən əsas kapitala 948 milyon 959 min 900 manat vəsait yönəldilmişdir ki, bu da bir il öncəki göstəricidən 1 faiz çoxdur. Əsas kapitala yönəldilmiş vəsaitin 899 milyon 461 min 800 manatı və ya 94,8 faizi tikinti-quraşdırma işlərinin payına düşmüşdür.

* * *

2020-ci ilin yanvar-noyabr aylarında 458 milyon 7 min 200 manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunmuşdur ki, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 4,3 faiz çoxdur. Bu dövr ərzində diri çəkidə ət istehsalı 24202 ton, süd istehsalı 83067 ton olmuşdur. 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 1,6 faiz, süd ­istehsalı isə 1,5 faiz artmışdır.

* * *

2020-ci ilin yanvar-noyabr aylarında informasiya və rabitə xidmətlərinin dəyəri 52 milyon 39 min 200 manat olmuşdur ki, bu da 2019-cu ilin müvafiq dövründəki xidmətlərin dəyəri ilə müqayisədə 4,7 faiz çoxdur. Bu dövr ərzində mobil rabitə xidmətinin dəyəri 41 milyon 250 min 600 manat təşkil etmiş və bir il öncəyə nisbətdə 1,6 faiz artmışdır.

* * *

Təsərrüfat subyektlərinin kredit resurslarına çıxış imkanları davamlı olaraq yaxşılaşdırılmış, 2020-ci ilin yanvar-noyabr aylarında muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 164 milyon 795 min 700 manat məbləğində kreditlər verilmişdir ki, bu da bir il öncəki göstəricidən 30 faiz çoxdur. Verilmiş kreditlərin 17 milyon 353 min 800 manatı və yaxud 10,5 faizi qısamüddətli, 147 milyon 441 min 900 manatı və yaxud 89,5 faizi uzunmüddətli kreditlər olmuşdur.

* * *

Sahibkarlıq fəaliyyətinin davamlı olaraq dəstəklənməsi, yeni istehsal müəssisələrinin yaradılması nəticəsində muxtar respublikada 384 növdə məhsul istehsal olunur ki, bunun da 127 növü ərzaq, 257 növü isə qeyri-ərzaq məhsullarıdır. Hazırda əhalinin 108-i ərzaq, 242-si qeyri-ərzaq olmaqla, 350 növdə məhsula olan tələbatı tamamilə yerli imkanlar hesabına ödənilir.

* * *

Muxtar respublikada bank sektorunun normal fəaliyyəti təmin edilmişdir.
1 dekabr 2020-ci il tarixə muxtar respublikanın banklarında açılmış bank hesablarının sayı 91728-ə çatmışdır ki, bunun da 79964-ü və ya 87,2 faizi aktiv hesablardır. 2020-ci ilin yanvar-noyabr aylarında açılmış 34226 bank hesabının 34207-si aktiv hesablar ­olmuşdur.
Muxtar respublikada quraşdırılmış POS-terminalların sayı 1 dekabr 2020-ci il tarixə 1406-ya çatmışdır.

* * *

Muxtar respublikada iqtisadiyyatın dinamik inkişafı xarici ticarət əlaqələrinin genişlənməsinə müsbət şərait yaratmış, 2020-ci ilin yanvar-noyabr aylarında 450 milyon 839 min 200 ABŞ dolları dəyərində xarici ticarət
dövriyyəsi qeydə alınmışdır. İxracın dəyəri 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə artaraq 387 milyon 539 min 900 ABŞ dolları təşkil etmiş, 324 milyon 240 min 600 ABŞ dolları dəyərində müsbət saldo yaranmışdır.

* * *

2020-ci ilin yanvar-oktyabr aylarında muxtar respublika iqtisadiyyatında bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 529,8 manata çatdırılmışdır ki, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 13,1 faiz çoxdur.

* * *

1 noyabr 2020-ci il tarixə muxtar respublika əhalisinin sayı bir il öncəyə nisbətdə 2519 nəfər artaraq 461 min 583 nəfər olmuşdur.

Naxçıvan Muxtar Respublikası
Dövlət Statistika Komitəsinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR