01 Dekabr 2021, Çərşənbə

Muxtar respublikamızda həyata keçirilən inkişaf strategiyasının əsas prioritetlərindən biri də yaşayış məntəqələrində kiçik və orta sahibkarlığın genişləndirilməsi, yeni iş yerlərinin yaradılması və özünüməşğulluğun təmin olunmasıdır. Məhz ucqar ərazilərdə, sərhəd bölgələrimizdə də bu yolla daha çox iş imkanlarının yaradılması dövlətimiz tərəfindən həyata keçirilən sosial siyasətin mühüm tərkib hissəsi kimi diqqəti cəlb edir. Naxçıvanda bu təsərrüfat forması ilə məşğul olan insanlara hər cür köməklik göstərilir. Görülən işlərin nəticəsidir ki, belə təsərrüfatların sayı ildən-ilə artır.

Muxtar respublikanın bütün rayonlarında da belə yarmarkaların keçirilməsi nümunəvi ailə təsərrüfatlarının iş təcrübəsinin yayılmasına imkan verir. Sədərək rayonunda “Ailə təsərrüfatı məhsulları” yarmarkası da bu məqsədlə təşkil edilib. Yarmarkada rayonun kəndlərindən 10-dan artıq ailə təsərrüfatı tərəfindən 125 adda, 2000-dən çox qablaşdırılmış kənd təsərrüfatı məhsulları – mövsümi meyvələr, müxtəlif növ mürəbbə və şirniyyatlar, meyvə araqları, pendir, cəviz, eləcə də turşular, təbii meyvə şirələri, doşablar, dərman bitkiləri, milli mətbəximizə aid müxtəlif çörək növləri və digər məhsullar alıcılara təqdim edilib.

Xəbərlər şöbəsi